Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 4,8 % az və 6,3 % çoxdur. Son nəticədə icmal büdcədə 5 milyard 80,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən təxminən 2 dəfə azdır.

Daha çox

Bakıda şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.

Daha çox

BP “Şahdəniz” yatağından aşağı təzyiqli qaz hasilatına başlayacaq

“BP-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ilk aşağı təzyiqli qazın hasilatını 2029-cu ilin ortalarına planlaşdırır. Bu barədə SİA-ya şirkətdən məlumat verilib. Şirkət qeyd edib ki, qaz yataqlarının işlənməsi zamanı lay təzyiqinin azalması təbii bir prosesdir və bu, qaz hasilatının həcminin tədricən azalmasına səbəb olur: “Bu vəziyyətdə qazın kompressiyası neft-qaz sənayesində geniş tətbiq edilən və özünü doğruldan bir texnologiyadır. Aşağı təzyiqli qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşası planlaşdırılır. Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur: – Elektrik enerjisi…

Daha çox

Belarusun yeni səfiri əməkdaşlıq perspektivlərini müzakirə edib

Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Daha çox

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artır

Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi hər il əvvəlki illə müqayisədə artıb. 2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 127 milyon manat təşkil edib və bu, 2020-ci illə müqayisədə 5,3 faiz və ya 901,1 milyon manat az olub. MTM-dən SİA-ya bildirilib ki, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,6 faiz və ya 1 138,5 milyon manat artaraq…

Daha çox

“İqtisadi artım” üzrə işçi qrup 2024-cü ilin monitorinq nəticələrini müzakirə edib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəflərinin icrasına dair “İqtisadi artım” işçi qrupunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya çərçivəsində 2024-cü ildə həyata keçirilən tədbirlərin ölkənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin olunmasında rolunu vurğulayıb. İşçi qrupun əhatə etdiyi fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr diqqətə çatdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə məlumat verib. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və…

Daha çox

Sosial Dəstək Mərkəzinin 500 min manatdan çox yığılmış zərəri var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü ili 156 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 190 min manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, bununla da, Sosial Dəstək Mərkəzinin yığılmış zərəri 40,7 % artaraq 539 min manata çatıb. 2023-cü ildə Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 868 min manat (2022-ci ilə nisbətən 19,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 510 min manat (1 % çox), sosial xidmət və maddi yardım xərcləri 246 min manat (69,7 % çox), köhnəlmə və amortizasiya xərcləri…

Daha çox

Havanın əhvalımıza təsiri

“Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Gülşən Mahmudzadə bildirib. Mövsümi depressiyanın əlamətləri aşağıdakılardır. – Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək; – Əvvəlkinə…

Daha çox