Qərbi Azərbaycan İcmasının BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. SİA xəbər verir ki, bu barədə icma bəyanat yayıb. “Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı. Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı…
Daha çoxDay: January 28, 2025
Azərbaycanda ipotekaya əlçatanlıq hansı səviyyədədir?
“Ümumiyyətlə keçmiş MDB məkanında həm nümunəvi, həm də yaxşı ipoteka şərtlərindən biri də Azərbaycandadır”. Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, Azərbaycan ilk ölkələrdəndir ki, MDB məkanında faiz dərəcələrinə görə və digər şərtlərə görə hətta digər bir sıra qonşu ölkələri və bəzi Avropa ölkələrini belə qabaqlayır: “Düzdü bəzən suallar yaranır ki, ipotekaya əlçatanlıq aşağı səviyyədədir ona görə ki, qoyulan tələblər mövcud şərtlərlə uzlaşmır. Amma aydın məsələdir ki, Azərbaycanda gəlirlərin rəsmiləşdirilməsi ilə bağlı uzun illərdir ciddi problemlər var idi. Amma bu problemlər artıq ildən-ilə aradan…
Daha çoxKapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı
Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib. SİA xəbər verir ki, istiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb. 120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü…
Daha çox“Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir”
“Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir. Çünki xarici siyasət vektoru istənilən normal yetkin dövlətdə həmişə bir, üç və ya beş günlük cızılmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Tofiq Abbasov sözlərinə belə davam edib: “Yəni bu vektor uzun müddətli bir paradiqma kimi müəyyən edilir və həmin o vektorun üzərinə də həmişə yeni hədəflər, sonra cari məsələlərin həlli ilə bağlı yanaşmalar və s. müəyyən edilir. Bu baxımdan Ermənistan çox anlayışmayan və fərqli bir mövqe nümayiş etdirir. Çünki ilk dəfə özünü Rusiyanın müttəfiqi sayan, digər tərəfdən Rusiyanın hərbi bazasını ora gətirən…
Daha çoxYeni müharibə təhlükəsi – Bölgədə vəziyyət dəyişir (Səs TV – CANLI)
Yeni müharibə təhlükəsi – Bölgədə vəziyyət dəyişir (Səs TV – CANLI)
Daha çoxAzərbaycan və Dünya Bankı AZURE-nin qiymətləndirilməsini müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) ilə bağlı müzakirələr aparılıb. Bu barədə SİA-ya Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə AZURE-nin iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib. Tərəflər…
Daha çoxQurumların siyahısı genişləndirilib
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.
Daha çoxAMB Harvard Universiteti ilə görülən işləri müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universiteti arasında ölkəmizdə rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov Universitetin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib. Görüş çərçivəsində AMB-nin pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, maliyyə sektorunun dayanıqlılığının daha da artırılması və maliyyə vastiçəliyinin genişləndirilməsi, xüsusilə də rəqəmsal maliyyə xidmətləri üzrə görülən işlər barədə geniş müzakirələr aparılıb.
Daha çoxOmbudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb
Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb. SİA xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb. Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar. Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş bahalaşır
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,35% artaraq 2 775,8 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,45% artaraq 30,55 ABŞ dollarına bərabər olub.
Daha çox