Avropada qazın qiyməti 520 dollardan aşağı enib

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 520 ABŞ dollarından aşağı enib. SİA xəbər verir ki, 27 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 519,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (539 dollar) ilə müqayisədə 3,6% azdır. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha çox

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır. Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə “Cengiz İnşaat” Füzulədən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə…

Daha çox

Gəncədə avtobus parkının layihələndirilməsinə başlanılıb

“BakuBus” MMC ötən ilin may ayından sərnişin daşımağa başladığı Gəncə şəhərində avtobus parkının layihələndirilməsinə başlayıb. SİA bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, layihələndirməni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək. Bu işin 240 min manata başa gələcəyi gözlənilir.

Daha çox

Dənizkənarı Bulvar İdarəsi auditor seçir

Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 47 manatdır. İddiaçılar təkliflərini fevralın 11-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 11-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Daha çox

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan martın 18-20-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MITT 2025” (“Moscow International Travel & Tourism”) 31-ci beynəlxalq turizm və səyahət sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. MITT sərgisi MDB məkanında aparıcı turizm tədbiri sayılır, Rusiyadan və digər ölkələrdən olan turizm agentlərinə və turoperatorlara birbaşa əlaqə yaratmağa şərait yaradır, iştirakçılara məhsullarını geniş hədəf auditoriyasına çıxarmağa, satışın həcmini və qlobal əhatəsini artırmağa imkan verir.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 27-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.65% – 44,713.58 bəndədək artıb, S&P 500 indeksi 1.46% – 6,012.28 bəndədək, Nasdaq indeksi isə 3.07% – 19,341.84 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 0.02% – 8,503.71 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.27% – 7,906.58 bəndədək, Almaniyanın DAX indeksi 0.53% – 21,282.18 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.54% azalaraq 1.0435 dollar təşkil edib.

Daha çox

Dünya bazarlarında neftin qiyməti artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,28% artaraq 1 barelə görə 76,39 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,26% azalaraq 1 barelə görə 73,36 ABŞ dollarına bərabər olub.

Daha çox

Azərbaycan Metrologiya İnstitutu auditor seçir

Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 15,5 manatdır. İdddiaçılar təkliflərini fevralın 12-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 12-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Professional Financial Experts” MMC olub. Şirkətə 2,35 min manat ödənilib.

Daha çox