Bu gün Azərbaycanda “sükut günü”dür

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür. SİA xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz. Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2025-ci…

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Daha çox

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i…

Daha çox

Tarix muzeyindən qədim qızıl dəbilqə oğurlandı

Oğrular Niderlandın Assen şəhərində Drents muzeyinə partlayıcı qurğu vasitəsilə daxil olaraq 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsini və 4 əntiq qızıl əşyanı oğurlayıblar. SİA xəbər verir ki, oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilən nadir dəbilqə olub. Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib. İstintaqa İnterpol cəlb edilib, polis isə kamera görüntülərini araşdırır. Drents muzeyinin baş direktoru Harri Tupan hadisəni muzeyin tarixində “qara gün” adlandırıb. Onun sözlərinə görə,…

Daha çox

Netanyahu gələn həftə Vaşinqtonda Trampla görüşə bilər

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid edir. SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Amerika rəsmilərinə istinadla məlumat yayıb. “Rəsmilər Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun bu həftə Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfəri zamanı təfərrüatların dəqiqləşdirilə biləcəyini bildiriblər”, – nəşr yazıb. Agentlik qeyd edir ki, səfər bu müddət ərzində baş tutarsa, Netanyahu keçən həftə vəzifəsinin icrasına başlayan Trampla Ağ evdə görüşən ilk xarici ölkə lider ola bilər. ABŞ administrasiyası bu məlumatı şərh etməyib. Netanyahunun sözçüsü Ömər…

Daha çox

9 min işçi ixtisar ediləcək

Yaponiyanın “Nissan Motor Co.” avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, şirkət bununla iflasdan yayınmağa çalışır. Məlumata görə, bütün dünya üzrə 9 minə yaxın işçinin ixtisar edilməsi planlaşdırılır. “Nissan” 2024-cü ilin noyabr ayında böhranla üzləşib. Həmin ay şirkət xalis gəlirlərinin 94 faiz azaldığını bəyan edib.

Daha çox

ABŞ “Dəmir qübbə” üçün hərəkətə keçdi

Amerikanın yeni administrasiyası ABŞ-də İsrailin “Dəmir qübbə”sinə bənzər raketdən müdafiə sisteminin yaradılması haqqında fərmanlar hazırlayır. SİA xəbər verir ki, bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində bildirib. Heqset ölkənin müdafiə naziri kimi bu fərmanların operativ şəkildə həyata keçirilməsini təmin edəcəyini vurğulayıb.

Daha çox

“Kaşaqan” yatağından ilk neft partiyası Bakıya göndərilib

“Kaşaqan” neftini daşıyan Qazaxstana məxsus “Taraz” tankeri Aktau limanından Bakı istiqamətində yola çıxıb. SİA “KazMunayQaz” şirkətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bundan sonra neft Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə qədər nəql ediləcək. 2022-ci ildə “KazMunayQaz” (KMQ) və SOCAR arasında Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. 2024-cü ilin martında KMQ və SOCAR arasında neftin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması ilə bağlı razılıq əldə edilib. Sənəd il ərzində tranzit həcminin 2.2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

Daha çox