Avropa İttifaqı Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin edib

Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin olunub. SİA xəbər verir ki, bu vəzifəni danimarkalı diplomat Peter Sorensen yerinə yetirəcək. Aİ-nin yeni xüsusi nümayəndəsi Serbiya və Kosovo arasında münasibətlərin hərtərəfli normallaşmasına töhfə verəcək və xüsusən də bu istiqamətdə müvafiq sazişin həyata keçirilməsi ilə dialoqa vasitəçilik edəcək. Sorensen Qərbi Balkan regionunda böyük təcrübəyə malikdir, Bosniya və Herseqovina və Şimali Makedoniyada Aİ-nin müxtəlif vəzifələrində çalışıb. O, fevralın 1-də vəzifəsinin icrasına başlayacaq və ilkin səlahiyyət müddəti 13 ay olacaq. Qeyd edək ki, Serbiya ilə Kosovo hazırda Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində…

Daha çox

Ayrılan məşhur cütlük yenidən barışdı

Barışan və yenidən bir-birlərinə şans verən məşhur aşpaz Somer Sivrioğlu ilə jurnalist-yazar Ayşe Özyılmazel birlikdə görüntülənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Somer şef “Evlilik yaxındır?” sualına cavab verib. O, “Bunları danışmaq hələ tezdir. Bizi nələrin gözlədiyini bilə bilmərik. Amma münasibətimiz çox yaxşıdır, əhval-ruhiyyəmiz yerindədir” deyə cavab verib.

Daha çox

Ukrayna nüvə silahından əl çəkməməli idi

Ukrayna nüvə silahından əl çəkməməli idi. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində bildirib. Ukrayna lideri Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir. “Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”, – deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi. Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ…

Daha çox

Konqoda döyüşlər davam edir

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında ötən gecə başlanan döyüşlərdə ölən və yaralananların sayı bəlli olub. SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib. Məlumata görə, azı 17 nəfər həlak olub, 367 nəfər yaralanıb. Rəsmi açıqlama yoxdur. Döyüş əməliyyatları davam edir. Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar.

Daha çox

Mediasiya institutları arasında memorandum imzalanıb

Yanvarın 27-də Türk Dünyası Mediatorlar Birliyinin rəhbərləri Tbilisiyə səfərə gəliblər. SİA xəbər verir ki, səfər Gürcüstan Mediatorlar Assosiasiyasının dəvəti ilə baş tutub. Səfər çərçivəsində Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, birliyin İdarə Heyətinin sədr müavinləri, Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov Gürcüstan Mediasiya Assosiasiyasının sədri İrakli Kandaşvili və qurumun komitə rəhbərləri ilə görüşüblər. Bildirilib ki, Tbilisiyə səfərin əsas məqsədi region ölkələri arasında mediasiya sahəsində əməkdaşlığı gücləndirmək, mediasiya institutlarının inkişafı və…

Daha çox

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək. SİA xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında deyib. Onun sözlərinə görə, Danimarka Qrenlandiya, Şimal Buzlu okeanı və Şimali Atlantikanın müdafiəsinə 14,6 milyard kron və ya təxminən 2 milyard avro sərmayə qoyacaq. Vəsaitlə üç yeni Arktika döyüş gəmisi və iki uzaqmənzilli pilotsuz təyyarə də alınacaq. Danimarka, həmçinin peyk və yerüstü müşahidəni genişləndirir. Qrenlandiyalılara adanın suverenliyini qorumaq üçün daha çox böhran vəziyyətinə qarşı təlimlər təklif olunacaq. Nazir bildirib ki, ayrılacaq sərmayə yalnız başlanğıcdır və bu vəsait yaya qədər artırıla bilər.

Daha çox

Kalaşnikov AK-12-nin yeni modifikasiyaları hazırlanıb

…Kalaşnikov mütəxəssisləri AK-12-nin iki modifikasiyasını hazırlayıblar: qısaldılmış və yığcam versiya. SİA xəbər verir ki, konsernin məlumatına görə, yeni versiya ilk dəfə Əbu-Dabidə (BƏƏ) keçiriləcək sərgidə təqdim olunacaq. …Kalaşnikov konserni ilk dəfə olaraq IDEX 2025 beynəlxalq silah və müdafiə texnologiyası sərgisində ən son 5,45 mm-lik AK-12 qısaldılmış (AK-12K) və 5,45 mm-lik AK-12 yığcam hücum tüfənglərini (AK-12SK) nümayiş etdirir. Qeyd edək ki, sərgi fevralın 17-dən 21-dək Əbu-Dabidə keçiriləcək. 5,45 x 39 mm çaplı patronlar üçün kameralı pulemyotlar düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Qeyd olunur ki, yeni modellər təkmilləşdirilmiş texniki,…

Daha çox

İstifadə edilən ən etibarlı 10 ailə avtomobilinin adı…

Reytinqə Avropa və Asiya avtomobil istehsalçılarının modelləri daxil edilib… …Böyük krossoverlər və yolsuzluq avtomobilləri dünyanın bir çox avtomobil bazarlarında üstünlük təşkil etsə də, kompakt ailə modellərinə hələ də yüksək tələbat var. Lakin bu avtomobillərin bəziləri tez slradan çıxır, yəni tez-tez xarab olur. SİA-nın məlumatına görə, “What Car?” ekspertləri ən etibarlı 10 ailə avtomobilini müəyyən edib. Reytinq “MotorEasy” sığorta şirkəti ilə birgə aparılan genişmiqyaslı sorğu əsasında tərtib edilib. Reytinqdə Böyük Britaniyadan on minlərlə avtomobilçisi də iştirak edib. Onlar avtomobillərinin son 12 ay ərzində hansı nasazlıqlarla üzləşdiyini…

Daha çox

Hindistanda müəmmalı xəstəlik epidemiyası araşdırılır…

Bu müəmmalı xəstəlik artıq 17 nəfərin həyatına son qoyub… …Hindistanın Cammu və Kəşmir əyalətinin ucqar Badhaal kəndində naməlum xəstəlik yaşanır. Son məlumatlara görə, 13-ü uşaq olmaqla 17 nəfər ölüb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yerli hakimiyyət orqanları karantin elan edib və ölümlərin səbəbini müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya başlayıb. …Xəstəliyin ilk halları dekabrın əvvəlində qeydə alınıb. Qurbanların hamısı bir neçə qohum ailənin üzvləridir. Mərhumun cəsədlərinə baxış keçirən həkimlər onların beyin və sinir sisteminə ciddi ziyan vurduğunu müəyyən ediblər. Hindistan federal hökuməti də istintaqa…

Daha çox

Ukraynada sülh yalnız Rusiya ilə mümkündür..?

Bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk iddia edir… …Vladimir Zelenskinin gedişi ilə Ukraynaya sülh qayıtmayacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib. Medvedçuk bildirib ki, Ukraynada sülh yalnız Rusiya ilə mümkündür. …Zelenskinin vəzifəsindən kənarlaşdırılması heç də Ukraynada sülhün bərqərar olması demək olmayacaq. Bu gün orada müharibə partiyasından başqa heç bir partiya yoxdur və Zelenski aradan qaldırılandan sonra onlar arasında şiddətli rəqabət olacaq. Qeyd edık ki, Medvedçuk bunu “Smotrim.ru” portalı üçün məqaləsində bildirib.…

Daha çox