Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq. SİA-nın məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında fərman imzalayıb. Universitet mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial elmlər kimi sahələr üzrə beynəlxalq standartlara uyğun təhsil verəcək. 2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetin təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin tədris proqramları əsasında qurulacaq və Özbəkistan qanunlarına uyğun çalışacaq.
Daha çoxDay: January 28, 2025
300 min fələstinli Qəzzanın şimalına qayıdıb
Yurd yuvalarından didərgin düşmüş 300 000 fələstinli Qəzzanın şimalına qayıdıb. SİA xəbər verir ki, Qəzzadakı media ofisinin məlumatına görə, 300 mindən çox məcburi köçkün ”Həmas” və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərçivəsində Qəzzanın şimalına qayıdıb. Yanvarın 19-da qüvvəyə minən atəşkəs İsrailin Qəzzada apardığı müharibəyə son qoydu. İsrailin 470 gün ərzində törədiyi hücumlar nəticəsində 47 300-dən çox adam həyatını itirdi, çox sayda adam yaralandı və itkin düşdü. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətlərə görə İsrail liderlərinin həbsinə order verib. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxBAMF-ın Himayəçilik Şurasının illik hesabatı dinlənilib
Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının cari ildə ilk iclası keçirilib. SİA-nın məlumatına görə, BAMF-dan bildirilib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın ötən il üzrə yekun hesabatını Himayəçilik Şurasının diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib: “2024-cü il BAMF üçün əlamətdar nailiyyətlərlə yadda qalan bir il olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası,…
Daha çoxSerbiyanın baş naziri Miloş Vuçeviç istefa verib…
İki aydan çoxdur ki, ölkədə kütləvi etirazlar davam edir. …Yanvarın 28-də Serbiyanın baş naziri Miloş Vuçeviç noyabrın əvvəlindən ölkəni bürüyən kütləvi etirazlar fonunda istefa verdiyini açıqlayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Polskieradio məlumat yayıb. Baş nazirlə yanaşı, Novi Sad şəhərinin meri Milan Djuric də istefa verdiyini açıqlayıb. Vuçeviç qeyd edib ki, istefasını Serbiya prezidenti Aleksandr Vuçiçlə müzakirə edib və o, bunu qəbul edib. Bundan əvvəl, yanvarın 27-də Vuçiç hökumətin təcili və ciddi şəkildə yenidən qurulmasını tələb edərək, kabinetin ən azı…
Daha çoxHayların amerikalılardan gözlədikləri və qorxduqları “SÜRPRİZLƏR”
ABŞ ilə “razılaşma” kimi qələmə verilən və Strateji Tərəfdaşlıq Xartiyası adlı son sənədin məhz Ermənistanı nüvə sınağı poliqonuna çevirəcəyi qorxusu hayların yuxularını ərşə çəkib. Bu qorxu heç də təsadüfi deyil. Artıq ermənilər başa düşürlər ki, onların çox acınacaqlı bir durumda, ehtiyac içərisində, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olan ölkələri ilə hansısa “tərəfdaşlıq” adında sənəd imzalamağa amerikalılar maraqlı ola bilməzlər və deməli, ortada hayları gözləyən dırnaqarası “sürprizlər” olması ehtimalı daha böyükdür. Həmin sürprizlərdən birinin də məhz Ermənistan ərazilərinin nüvə sınağı poliqonuna çevrilməsi olacağı ehtimalı daha böyükdür. Dırnaqarası əməkdaşlığın əsas problemlərindən…
Daha çoxFiko Zelenskiyə təzyiq etməyin yollarını təklif edir
Avropanın Rusiyaya qarşı sanksiyalarının ləğvi təhlükəsi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsi vasitəsilə qaz tranziti ilə bağlı mövqeyini dəyişə bilər. SİA-nın məlumatına görə, Teraz portalı xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Ukrayna liderinə təzyiq üsulunu təklif edib. …Bu, Zelenskinin anladığı dildir. O, bilir ki, əgər Rusiyaya qarşı bütün sanksiyaları dayandırsaq, o, Avropa İttifaqından bir avro da almamaq riski ilə üzləşir. Bunu Slovakiyanın baş naziri bildirib. …Yanvarın 27-də məlum olub ki, Avropa Komissiyası Ukrayna ilə qazın Avropaya tranziti ilə bağlı danışıqları davam etdirəcək və Macarıstan eləcə də Slovakiyanı da bu…
Daha çoxHərbiçi və əməkdar ad almış şəxslərin məvacibləri niyə gecikdirilir?
Hərbiçilərə aid pensiyalar, eləcə də əməkdar müəllim, jurnalistlərə və s. hər ayın 16-si və 20-si tarixlərində ödənilən məvaciblər artıq gecikdirilməkdədir. Bu barədə SƏS Media Qrupunun redaksiyasına çoxsaylı şikayətlər daxil olaraq məsələnin yaxından araşdırılması istənilib. SİA məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, sözügedən məsələ ilə bağlı yaxın zamanda açıqlama veriləcək. PSS. Məsələ diqqətdə saxlanılır.
Daha çoxHindistan vә Çin arasında uçuşlar bәrpa olunur
Bu barədə hindistanlı diplomat Pekinə səfəri zamanı açıqlama verib Hindistan və Çin beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etməyə hazırlaşır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə hindistanlı diplomat Pekinə səfəri zamanı açıqlama verib. Bu addım iki qonşu arasındakı münasibətlərin yenidən normallaşdığını göstərir. Hər iki ölkə etimadı artırmağı, ticarət məsələlərini həll etməyi və müqəddəs hindu ziyarətlərini bərpa etməyi vəd edib. Uçuşların təşkili ilə bağlı müzakirələrin tezliklə yekunlaşacağı gözlənilir. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxKallas Suriyaya tətbiq olunan sanksiyalarla bağlı paylaşım edib
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün yol xəritəsi üzərində razılaşdıqlarını açıqlayıb. SİA-nın məlumatına görə, Kaya Kallas Suriyanın devrilmiş lideri Bəşər Əsəd rejimini hədəf alan sanksiyaların ləğvi ilə bağlı rəsmi internet səhifəsində paylaşım edib. O, “Aİ xarici işlər nazirləri Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsi üzərində razılaşıblar” deyərək “Tez hərəkət etməyi hədəfləyirik. Lakin səhv addımlar atılarsa, sanksiyaların ləğvini dayandıra bilərik” deyə bildirib. Kaya Kallas qərarın hansı sektorları hədəf alan sanksiyalarla bağlı olduğunu açıqlamayıb.…
Daha çoxNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib
çıxışı Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu…
Daha çox