Süni intellekt: bəşəriyyətin ən mükəmməl uğuru, yoxsa… – MÜSAHİBƏ
Daha çoxDay: January 28, 2025
İcma bəyanat yayıb
Qərbi Azərbaycan İcması Human Rights Watch təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edir. SİA-nın məlumatına görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, özünü insan hüquqlarının müdafiəçisi adlandıran Human Rights Watch təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib: “Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də…
Daha çoxAMB “PAŞA Sığorta”ya icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta” ASC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində məlum olub ki, “PAŞA Sığorta” sığorta qaydalarında müəyyən edilmiş şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib.
Daha çoxBu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söyləyib. “Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır”, – deyən dövlətimizin başçısı əlavə edib ki, yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatlarının yaradıldığını, ortaq, müştərək müəssisələrin qurulduğunu vurğulayan Prezident qeyd edib: “Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.
Daha çoxZəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir
Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Dövlətimizin başçısı qeyd edib: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.
Daha çoxYuxusuzluq bu xəstəliklərə yol aça bilər
“Yuxusuzluq insan orqanizmində çox ciddi təsir göstərən xəstəlikdir və həm qısa, həm də uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilir. Bu xəstəlik daha çox beyin funksiyalarını və psixi sağlamlıq problemlərində özünü göstərir. Çünki insanlar uzun müddətli yuxusuz qaldığı hallarda konsentrasiya və yaddaş pozğunluğu əmələ gəlir. Yuxusuzluq beyin məlumatlarını işləmə və yadda saxlama problemlərini üzə çıxartdığı üçün insanlarımızda daha çox yaddaşsızlıq, unutqanlıq, əhval-ruhiyyənin pozulması, qərar vermə qabiliyyətinin zəifləməsi kimi şikayətlər olur. Həmçinin yuxu rejimi ürək-damar sağlamlığı üçün çox önəmlidir. Çünki yuxusuzluq problemləri eyni zamanda ürək-damar xəstəlikləri olan, xüsusilə də arterial hipertenziya, ürəyin…
Daha çoxBakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır
Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib. “Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq.…
Daha çoxAzərbaycandan Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzrə atılacaq addımlar müzakirə olunub
“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika nazirinin müavini Orxan Zeynalov Özbəkistanın Daşkənd şəhərində keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşündə öaparılıb. Tədbirdə çıxış edən nazir müavini Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulayıb. Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar, yaşıl…
Daha çoxHərbi əməkdaşlıq müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zakir Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu, ölkə rəhbərliyi tərəfindən bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və daima diqqət mərkəzində saxlanıldığını bildirib. General Faiyad bin Hamed Al Rovaili Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək göstərilən qonaqpərvərliyə görə…
Daha çoxNəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi…
Daha çox