Qırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. SİA mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub. Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib. Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı Həmrəylik…

Daha çox

Azərbaycanın sığorta bazarı 11 %-ə yaxın böyüyüb

2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur. Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.

Daha çox

Gen Z hansı nəsli əhatə edir?

“Generation Z adətən 1997-ci ildən sonra anadan olan nəsli ifadə edir. Bu nəsil, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə böyüdüyü üçün texnoloji mühitə uyğunluq və yeniliklərə təsir baxımından əhəmiyyətli xüsusiyyətlər daşıyır. Gen Z-nin texnologiya ilə münasibəti və onların texnoloji yeniliklərə təsiri müxtəlif cəhətlərlə izah oluna bilər”. Bu sözləri İnformasiya və Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis Asif Rzayev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə , Gen Z, internetin, smartfonların, sosial media platformalarının və digər rəqəmsal texnologiyaların geniş yayıldığı bir dövrdə böyüyüb: “Onlar üçün texnologiya həyatın təbii bir hissəsidir. Bu nəsil, texnologiyanı yalnız…

Daha çox

Rövşən Rzayev Dövlət Komitəsində vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş qəbulu keçirib. Komitədən SİA-ya verilən məlumata görə, vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb.…

Daha çox

Əməkhaqqı və pensiya artımı əhalinin neçə faizini əhatə edəcək?

“Azərbaycan sosial dövlətdir”. Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib. O bildirib ki, cənab Prezident İlham Əliyev daim söyləyir ki, Azərbaycanın daxili siyasətində sosial müdafiə, əhalinin sosial rifahının gücləndirilməsi həmişə prioritet istiqamətdir: “Təsadüfi hal deyil ki, Azərbaycanın müstəqillik dövründə onun dövlət büdcəsinin 30 faizindən çoxu, son illərdə isə 40 faizindən çoxu sosial müdafiə xərclərinə yönəlib. Artıq Azərbaycanda dərin islahatlar uğurla davam edir. 4 islahatlar paketi bu günə kimi qəbul olunub. Bu il isə 5-ci sosial islahatlar zərfi icraya başlamışdır. Bunun ananosunu ötən ilin sonunda parlamanetin 7-ci çağırışında Cənab Prezident xalqımıza…

Daha çox

Suraxanıdakı yollar nə zaman təmir olunacaq?

Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinin küçələri bütünlüklə palçıq və gölməçələrindən ibarət olması barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaşlar yolların istifadəyə yararsız olmasından şikayətlənirlər. Çox az yağış yağdığı halda bu yollar istifadəyə yararsız hala düşür. Sakinlər bildirir ki, piyadalar yoldan istifadə etməkdə çətinlik çəkir. Sözügedən küçədən keçdinsə, ünvan başına təmiz halda çatmaq mümkün olmur. SİA mövzu ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Suraxanı rayonunda asfaltsız küçələrin təmiri ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb: “Qeyd edək…

Daha çox

MSK-ya təşviqatla bağlı heç bir şikayət daxil olmayıb

Bələdiyyə seçkilərində şəffaflıq üçün bütün şərait yaradılıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, namizədlərin təşviqat prosesi üçün seçicilərlə 5 912 görüş ünvanı ayrılmışdı: “Bu müddət ərzində MSK-ya təşviqatla bağlı heç bir müraciət və ya şikayət daxil olmayıb”.

Daha çox

Marketlərdə satılan toyuqlara öldürücü dərmanlar qatılır?

“Marketlərdə dərman vurulmayan broylerlər yetişdirilən toyuqlar satılır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Ümumiyyətlə onu biz bilək ki, Azərbaycanın istənilən yerində, ən hündür dağ kəndi belə azad gəzən toyuqlara, hətta kənd toyuqlarına da iynə vurulmasa, salamat qalmır. Mütləq onlara dərman verilir, iynə vurulur. Son 25 ildir artıq hər yerdə bu mövcuddur. Lakin broyler toyuqlarını tez yetişdirmək, ona müəyyən əmtəə görünüşü vermək üçün əlbəttə müəyyən dərmanlar, antibiotiklər vurulur ki, xəstələnməsinlər, qırılmasınlar və s. Son kəsimdən öncə bir həftə öncə yoxlanılır.…

Daha çox

Azərbaycanda ötən il bütün istiqamətlərdə büdcə xərcləri tam icra edilməyib

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin funksional təsnifatının bölmələri üzrə xərc istiqamətlərinin heç biri tam icra edilməyib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, büdcə xərcləri 37 milyard 719,7 milyon manat olmaqla və yaxud təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 %) az icra edilib. O cümlədən, ötən il ümumi dövlət xidmətləri xərcləri proqnoza nisbətən 9,1 % az – 4 milyard 115,2 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri proqnoza nisbətən 5,1 % az – 6 milyard 563,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və…

Daha çox

Sabah gecə səsvermənin ilkin nəticələri açıqlanacaq

Sabah gecə səsvermənin ilkin nəticələri açıqlanacaq. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib. “Səsvermə gecəsi ilkin nəticələri açıqlayacağıq. Hətta gecədən keçmiş belə olsa, ilkin nəticə səsləndiriləcək”, – o qeyd edib.

Daha çox