İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Baş nazirlə yanaşı, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində istintaq aparılır. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır. Meloni cinayətdə iştirak və dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə istintaqa cəlb olunduğunu deyib. “Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə…
Daha çoxDay: January 29, 2025
Mehindən Avroviziyaya “seçilməsinə” reaksiya
Mehindən Avroviziyaya “seçilməsinə” reaksiya
Daha çoxƏr-Riyadda II Beynəlxalq Əmək Bazarı Konfransı keçiriləcək
Yanvarın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Əmək bazarının gələcəyi” şüarı altında II Beynəlxalq Əmək Bazarı Konfransı (GLMC) keçiriləcək. SİA əudiyyə Ərəbistanının “Mubasher info” saytına istinadla xəbər verir ki, tədbirdə 45 nazir, 100-dən çox ölkədən əmək siyasətini formalaşdıran şəxslər, ekspertlər və mütəxəssislər də daxil olmaqla 5000-dən çox iştirakçı və 200 spiker iştirak edəcək. İki gün davam edəcək konfrans çərçivəsində bir sıra tədbirlər, o cümlədən əmək nazirlərinin dəyirmi masası, Səudiyyə Ərəbistanı İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin yaratdığı əsas məhsulların təqdim edildiyi sərgi təşkil olunacaq. Həmçinin müxtəlif müqavilələrin imzalanması gözlənilir. Bundan əlavə,…
Daha çoxABŞ Federal Məhkəməsi Ağ evin federal qrantları dayandırmaqla bağlı qərarını bloklayıb
ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının bütün federal yardımı dondurmaq planlarının bir hissəsini müvəqqəti olaraq bloklayıb. SİA-nın məlumatına görə, Vaşinqton dairə hakimi Loren Ali Xan tərəfindən təsdiqlənən qısamüddətli fasilə federal hökumət tərəfindən artıq verilmiş qrantlar üçün maliyyəni dayandırmaqla bağlı qərarı fevralın 3-ü yerli vaxtla saat saat 17:00-a qədər dondurmağı nəzərdə tutur. Qeyd edək ki, Ağ evin İdarəetmə və büdcə ofisi federal qrant və kreditlərin müvəqqəti dayandırılması ilə bağlı memorandum qəbul edib. Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni qrantların…
Daha çoxAzərbaycan “Avroviziya 2025″də bu sırada çıxış edəcək
İsveçrənin Bazel şəhərində baş tutacaq “Avroviziya 2025″də iştirak edən ölkələrin yarımfinal püşkatması baş tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkəmizi təmsil edən müğənni birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. “Avroviziya 2025″də ölkəmizi təmsil edəcək müğənni və onun ifa edəcəyi mahnı hələ də ictimaiyyətə təqdim olunmayıb. Qeyd edək ki, verilən açıqlamada yaxın günlərdə onun kim olduğunun bəlli olacağı bildirilib.
Daha çoxABŞ-də miqrantların genişmiqyaslı həbsləri başladı
Donald Trampın prezidentliyə başlamasının ardınca ABŞ-nin böyük şəhərlərində qanunsuz miqrantlara qarşı genişmiqyaslı reydlərə start verilib. SİA xəbər verir ki, bu barədə “New Yok Times” məlumat yayıb. Belə ki, təkcə ötən bazar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) 956 qanunsuz miqrantı həbs edib. Əməliyyatlar bazar günü Çikaqo və Nyu-Yorkda başlayıb. Gələn həftə daha üç şəhərin hədəf alınacağı gözlənilir. Qeyd edək ki, Donald Tramp hələ seçki yarışı zamanı ABŞ-nin qüdrətini bərpa etmək üçün miqrantlarla bağlı xüsusi tədbirlər planı görəcəyini açıqlamışdı.
Daha çoxTramp CNN müxbirini təhqir etdi
ABŞ Prezidenti Donald Tramp CNN müxbiri Cim Akostanı təhqir edib. SİA xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Cim getdiyi yerdə yıxılacaq, tamamilə uduzmuş bir şəxsdir. Jurnalistika tarixinin ən pis, ən vicdansız müxbirlərindən biri, tamamilə yaramaz adamdır”, – o, jurnalistin reytinqləri ilə bağlı problemi şərh edərkən qeyd edib. Trampın sözlərinə görə, Cim Akosta istefa verməyi planlaşdırır.
Daha çoxTramp Netanyahunu Ağ Evə dəvət etdi
ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Vaşinqtona Ağ Evə dəvət edib. SİA xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb. Netanyahu və Tramp arasında danışıqların fevralın 4-də Ağ Evdə baş tutacağı gözlənilir. Beləliklə, Netanyahu inaqurasiyadan sonra Trampla danışıqlar aparan ilk xarici lider olacaq. Xatırladaq ki, Netanyahu bundan əvvəl Donald Tramp və Co Baydenə Qəzza zolağı ilə bağlı sazişin bağlanmasında göstərdikləri köməyə görə təşəkkür etmişdi.
Daha çoxKonqo Enerji və İnvestisiya Forumunda Azərbaycanla tərəfdaşlıq müzakirə ediləcək
Martın 24-dən 26-dək Konqo Respublikasının paytaxtı Brazzavildə I Konqo Enerji və İnvestisiya Forumu (CEIF 2025) keçiriləcək. Qlobal enerji sektorunun liderlərini və siyasətçiləri bir araya gətirəcək forumda investisiya imkanları araşdırılacaq və Konqonun neft-qaz sektorundakı yeniliklər müzakirə ediləcək. SİA Afrika Press Agentliyinə (APA) istinadla xəbər verir ki, forumda Konqonun qaz ehtiyatlarının kommersiyalaşdırılması və qazdan elektrik enerjisi istehsalı layihələrinin inkişafı məsələlərinə diqqət yetiriləcək. Tədbirdə, həmçinin enerji sektorunda texnologiya transferi və potensialın artırılması məsələləri, Qazaxıstan, Azərbaycan və digər ölkələrlə tərəfdaşlıqlar müzakirə olunacaq, Konqonun LNG layihəsi təqdim ediləcək və onun ölkənin təbii qaz ixrac potensialına…
Daha çoxBu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir. SİA xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək. Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.
Daha çox