ABŞ-də təyyarə helikopterlə toqquşub

ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub. SİA-nın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Hələlik heç bir itki barədə məlumat yoxdur. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Daha çox

Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Bu gün Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz…

Daha çox

ABŞ-də qəzaya uğrayan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu təsdiqlənib

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. SİA-nın CNN-ə istinadla verdiyi məlumata görə, Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması bağlı məlumatlandırıldığını təsdiqləyib.

Daha çox

Yerə asteroid düşə bilər

2024-YR4 asteroidi 2032-ci ildə Yer planeti ilə toqquşa bilər. SİA xəbər verir ki, bunu rusiyalı astronom, “Ka-Dar” rəsədxanasının rəhbəri Stas Korotkiy bildirib. Asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalı 6 faizdir. Bu da onun kəşf olunmasından bəri ən yüksək proqrnoz göstəricisidir. Qeyd edək ki, bəhs edilən asteroid 2024-cü ilin dekabr ayında kəşf olunub.

Daha çox

Avropa birjasında qazın qiyməti 550 dolları ötdü

Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb. SİA xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir. 29 yanvarda 6 %-ə yaxın artım qeydə alınıb. Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara qalxıb. Beləliklə, 15 noyabr 2023-cü il tarixindən bəri ilk dəfə 550 dollar səviyyəsi üstələnib.

Daha çox

NDU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib. Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Qeyd edilib ki, kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına olan sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub. Rektor bildirib ki, kitabda tanınmış alimlərin,…

Daha çox

İsveç və Kolumbiya arasında kokain qaçaqmalçılığına qarşı mübarizə haqqında saziş imzalanıb

İsveç və Kolumbiya arasında mütəşəkkil cinayətkarlıq və kokain qaçaqmalçılığı ilə mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. SİA xəbər verir ki, “Polis sazişi” adı ilə tanınan sənəd İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard, Kolumbiyanın ədliyyə naziri Anxela Mariya Buitraqo və Latın Amerikası ölkəsinin müdafiə naziri İvan Velaskes tərəfindən imzalanıb. Saziş transsərhəd cinayətkarlıq, terrorizm və kibercinayətkarlıqla mübarizədə ölkələr arasında informasiya və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. İsveç ədliyyə naziri Qunnar Strömmer qeyd edib ki, narkotik vasitələrin ticarəti, xüsusən kokain qaçaqmalçılığı mütəşəkkil cinayətkarlığı maliyyələşdirir. Bu isə ölkə vətəndaşlarının və demokratik institutların təhlükəsizliyinə…

Daha çox

Ankara Bəyannaməsinin mətni açıqlandı

Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir. SİA xəbər verir ki, bu barədə yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur. Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar. Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə…

Daha çox

İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu

Amerikalı milyarder İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. SİA xəbər verir ki, bu barədə sloveniyalı deputat Branko Qrims “X” sosial şəbəkəsində məlumat paylaşıb. Nobel İnstitutunun Maskın namizədlər siyahısına daxil edilməsinə dair təsdiqini dərc edən deputat qeyd edib ki, o, söz azadlığının və insan haqlarının qorunmasına xidmətlərinə görə mükafata namizəd göstərilib.

Daha çox

İsrail 110 fələstinli məhbusu azad edəcək

İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində 110 fələstinli məhbusu azad edəcək. SİA xəbər verir ki, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb. Məlumata görə, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir. Qeyd edək ki, bundan öncə “HƏMAS” Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi yanvarın 30-da azad edəcəyini açıqlayıb.

Daha çox