“Azərbaycan-Türkiyə əlaqələrində tarixi bir gün yaşandı”

“Dünən Azərbaycan-Türkiyə əlaqələrində tarixi bir gün yaşandı. Türkiyə-Azərbaycan tarixinə yeni bir səhifə əlavə olundu. Cənab Prezidentin Türkiyəyə etdiyi səfər iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verdi. İki Prezident arasındakı dostluq dünyanın diqqətini çəkməkdədir. Dünən bütün dünyanın gözü Ankarada idi. Həmçinin Ankarada verilən mesajlara diqqət çəkirdilər”. Bu sözləri Türkiyənin Azərbaycan arasındakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, dünən İğdır-Naxçıvan arasında qaz kəmərinin açılışı edildi: “Bu İğdır tərəfdən çox-çox vacib bir məsələdir. İğdırın 30 il qazla enerji təhlükəsizliyini təmin etmiş…

Daha çox

“Mən evimin içində oğruya çevrilmişəm”

“Hal-hazırdakı dönəmimizdə gənclik arasında geniş yayılan, hətta deyərdim ki, xəstəlik növlərindən biri olan anoreksiyanı, həm də bulumianı aid edirəm”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. O bildirib ki, ən çox da gənc xanımların kişilərə nisbətən anoreksiyaya tutulması 2-3 qat daha çox özünü göstərə bilir: “Biz baxırıq ki, bədənlərini formada saxlamaq üçün həddindən artıq çox idmandan, arıqladıcı dərmandan istifadə edirlər. Yemək yeməməzlik edirlər. Sonunda yaranacaq problemin isə onların şəxsiyyət xüsusiyyətindən irəli gəldiyini başa düşmürlər. İnsanın özünə qarşı kompleks yaratması, özünə qarşı inamının olmaması, özgüvənin aşağı düşməsinin insanın şəxsiyyət xüsusiyyətlərindən…

Daha çox

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlanıb

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur. İkinci yerdə qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü…

Daha çox

Dördüncü “Yüksəliş”in qalibləri üçün mentorluq proqramına başlanılıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mentorların təqdim etdiyi 1 illik fərdi inkişaf planını həyata keçirməyə başlayıblar. SİA xəbər verir ki, bununla bağlı müsabiqənin İşçi Qrupu mentorlar və qaliblər arasında bölgünü müəyyən edib. Müsabiqənin qaydalarına uyğun olaraq 25 qalib 1 il ərzində mentorluq proqramında iştirak edəcək və müvafiq idarəçi rəhbərlərin təcrübəsindən faydalanacaq. Hər bir qalib iki müxtəlif idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq. Mentorluq proqramının bölgüsü isə aşağıdakı kimi həyata keçirilib: İqtisadiyyat naziri Mikayıl Cabbarov Qaliblər: Təbriz Əmmayev, Toğrul Yaqublu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev…

Daha çox

Avropa silahlanma yarışında Rusiyanı məğlub etməlidir

Polşanın baş naziri “dönüş nöqtəsi” elan etdi …Polşanın baş naziri Donald Tusk bildirib ki, Avropa öz təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə qərarlı və hazırdır. O, əmindir ki, Avropa İttifaqı Rusiyanın tətbiq etdiyi silahlanma yarışında qalib gəlməyə qadirdir. SİA xəbər verir ki, bu barədə “European Pravda” nəşri Tuskun Avropa İttifaqının Brüssel sammitinə gələrkən verdiyi bəyanata istinadən məlumat yayıb. …Ancaq bu gün hər şey dəyişib. Mən həm Avropa Komissiyasının təkliflərini, həm də dünən Parisdə, Londonda olan bütün həmsöhbətlərimin qətiyyətini nəzərdə tuturam. Hər kəs bu çağırışın…

Daha çox

“Qadınlarımız həmişə azad, firavan yaşasınlar”

“Türk bacı-qardaşlığını 44 günlük Vətən müharibəsində də gördük”. SİA xəbər verir ki, bu sözləri “Bir millət, iki dövlət ortaq gələcək zirvəsi” mövzusundakı konfransda Polad Həşimovun anası Səmayə Həşimova deyib. Onun sözlərinə görə, Türkiyə bizim, Azərbaycan da Türkiyənin vətənidir: “Biz həmişə bir-birimizə dəstək oluruq, bir-birimizin yanındayıq. Heç kim bizim qardaşlığımıza mane ola bilməz. Mən bu gün bütün türk qardaşlarımıza təşəkkür edirəm. Bizim qadınlarımız həmişə azad, firavan yaşasınlar. Qadınlarımız möhkəm olmalıdır və kişilərin arxasında dayanmalıdır”.

Daha çox

Hökumətin hesabatı Milli Məclisə daxil olub

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub. SİA-nın əldə etdiyi məlumata görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub. Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alır. Xatırladaq ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətləri barədə hesabat verir.

Daha çox

Türkiyə Ukraynaya qoşun yeritməyə hazırdır

Ankara şərti adlandırdı NATO-nun ABŞ-dan sonra ikinci ən böyük ordusuna sahib olan Türkiyə Ukraynaya potensial sülhməramlı missiyada iştirak etmək üçün qoşun göndərə biləcəyini bildirib. SİA-nın məlumatına görə, bu barədə The Telegraph yazır. …Missiyaya töhfə vermək məsələsi regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, baxılacaq və bütün maraqlı tərəflərlə birgə müzakirə olunacaq. Bu, Ankaranın mövqeyidir. Ukraynanın müttəfiqləri arasında yalnız Fransa və Böyük Britaniyanın bu təşəbbüsü “ictimai olaraq” dəstəklədiyi vurğulanır. Əli Babayev

Daha çox

“Yaz fəsli təbiətin oyanışı ilə yanaşı, orqanizmin də yenilənmə dövrüdür”

“Yaz fəsli təbiətin oyanışı ilə yanaşı, orqanizmin də yenilənmə dövrüdür”. Bu sözləri SİA – ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, bu mövsümdə orqanizm qışdan sonra yüngül və vitaminlə zəngin qidalar tələb edir: “Ona görə də rasionda mövsümi məhsullara üstünlük vermək lazımdır. Kahı,ispanaq, turp kimi yarpaqlı tərəvəzlər C vitamini və liflə zəngindir, həzmi asanlaşdırır. Çiyələk, albalı və digər giləmeyvələr antioksidantlarla doludur, immuniteti dəstəkləyir. Toyuq, balıq və ya bitki mənşəli qidalar (noxud, mərci) ağır ətlərə alternativ ola bilər. Havaların istiləşməsi ilə orqanizmin susuzlaşma riski artdığından gündə ən…

Daha çox

“Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq”

“Hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycanda Novruz tətili günləri 10-12 gün olacaq. Həmin Novruz günləri ərəfəsində Azərbaycana gələn əcnəbi və yerli turistlər xüsusən bölgələrə səfər edəcəklər. Hava şəraitini biz müşahidə etdiyimizə görə axıra qalan çovğunlu, qarlı, intensiv qar-yağışdan sonra gözəl, günəşli hava gözlənilir. Hava durumunu takib etdikdə biz bunu görə bilərik ki, Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq. Hesab edirəm ki, bu günəşli hava Azərbaycana gələn əcnəbi turistlər, eyni zamanda yerli turistlər üçün əlverişli olacaq. Xüsusəndə şimal bölgəsində Şəki, Qax, Quba, Qusar eyni zamanda Şəki,…

Daha çox