Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb

“Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi mədəni və digər sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur”. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi ölkəsinin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.…

Daha çox

Hədiyyələrin məzmunu maddi olaraq müxtəlif ola bilər

8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli…

Daha çox

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,26 % azalaraq 71,40ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 69,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,96 ABŞ dolları və ya 2,72 % azalaraq 70,12 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…

Daha çox

YAP-ın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində Milli Məclisin deputatı Samir Vəliyevin “Bəsirətin Zəfəri” kitabının təqdimatı da olub. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə…

Daha çox

Türk oteli ayrı-seçkiliyə görə cərimələnib…

Urfa Değişim: Otel iki kişini bir otaqda yerləşdirməkdən imtina etdiyinə görə cərimə ödəyəcək …Məşhur kurort şəhəri Antalyada yerləşən türk oteli qonaqların yerləşdirilməsi ilə bağlı siyasətinə görə ciddi maliyyə nəticələri ilə üzləşib. SİA xəbər verir ki, yerli “Urfa Değişim” nəşrinin məlumatına görə, otel iki kişiyə bir otaq verməkdən imtina etdiyi üçün 300 min rus rubluna ekvivalent olan 141 min 900 türk lirəsi məbləğində cərimə ödəməyə məcbur olub. “Urfa Değişim” qəzetində dərc olunan məlumata görə, iki dost eyni otaqda yerləşmək xahişi ilə otel rəhbərliyinə yaxınlaşıblar. Ancaq otelin…

Daha çox

Misirdə turistin bilməli olduğu yeni qaydalar..?

Rusiyalı qadın Misirdə istirahət etməyi planlaşdıran turistlərin qaydaları ilə bağlı yeni müşahidələrini paylaşıb. Onun sözlərinə görə, dəyişikliklər yerli bələdçilərin işinə aiddir. Misirə beşinci və ya altıncı dəfə səfər edərək, bələdçilərin ekskursiya xidmətlərinin təşkilindəki dəyişikliklərlə tətilçiləri qorxutmağa başladığını görüb. …Turistlərdən getdikcə geri qayıdış uçuşunun tarixi barədə soruşulur və biletlərini göstərmələri tələb olunur. Bu, yəqin ki, turistlərin ölkənin müxtəlif şəhərləri arasında səyahət edərkən özləri ilə orijinal pasportların olması ilə bağlı yeni tələblə bağlıdır. Məsələn, ekskursiya sifariş edən bloggerlərdən biri ondan pasportun əslini, onun surətlərini və gediş-dönüş aviabiletini istəyəndə təəccüblənib. Səyahət zamanı qız…

Daha çox

Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir?

“Bəzən insan müəyyən mənfi keyfiyyətləri, müəyyən mənfi əməlləri təkrar etdikcə onun vərdişinə çevrilir. Həmin bu vərdişlər çox təkrarlanan zaman artıq insanın xasiyyətinə keçir. Xasiyyəti dəyişmək isə qeyri-mümkündür. Mübarək Ramazan ayı yeganə çıxış yoludur ki, insan xasiyyətini dəyişə bilər”. Bu sözləri ilahiyyatçı Fazil Əhməd SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, buyurulub ki, sübh azanından məğrib azanına kimi ac qalmaq lazımdır və bu əlbəttə çətin və əziyyətli bir prosesdir: “Ramazan ayında əsas şərt ondan ibarətdir ki, insan gərək gözlərini, qulaqlarını, dilini haramdan qorusun. İnsan gərək qeybət etməkdən, yalan danışmaqdan uzaq olsun ki,…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.14% – 43,006.59 bəndədək, S&P 500 indeksi 1.12% – 5,778.15 bəndədək, Nasdaq indeksi isə 1.46% – 18,552.73 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 0.04% – 8,755.84 bəndədək azalıb, Fransanın CAC-40 indeksi 1.56% – 8,173.75 bəndədək, Almaniyanın DAX indeksi 3.38% – 23,081.03 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.14% artaraq 1.0804 dollar təşkil edib.

Daha çox

Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib

Baş nazir Əli Əsədov bu gün Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər. Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin…

Daha çox

Türk Dövlətləri Təşkilatının Brüsseldə Regional Su Forumu keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Brüsseldə keçirilən TDT-nin Regional Su Forumunda məruzə ilə çıxış edib. Tədbir TDT, Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) və Quraqlığın Qarşısının Alınması İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. SİA xəbər verir ki, forumda Belçika Krallığında akkreditə olunmuş TDT-yə üzv dövlətlərin diplomatik missiyalarının rəhbərləri, yüksəkvəzifəli rəsmilər, ekspertlər, eləcə də türk dövlətlərində və onların hüdudlarından kənarda su ehtiyatlarının idarə edilməsi və davamlılığı ilə bağlı aktual problemlərin həllinə maraq göstərən tərəflər iştirak edib. Tədbirin gündəliyi regional əməkdaşlığın inkişafı, dayanıqlı su texnologiyalarının təşviqi və yaşıl inkişafa investisiya…

Daha çox