Türkiyəyə gedən rus turistlərin sayı azalıb…

Yanvarda ölkəyə 12 faiz az rusiyalı səfər edib Ötən ay Türkiyəyə ümumilikdə 203 min rusiyalı səfər edib. İndi turistlərin sayına görə birinci yer yanvarda 40 minə yaxın daha çox turist qəbul edən İrana məxsusdur. Rusiyalıların ölkəyə səfər etməsi baxımından türk turizm biznesi üçün ən yaxşı il 2019-cu il olaraq qalır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yanvar ayında ölkəyə Rusiyadan 203 min turistin gəldiyini göstərən statistik məlumatları açıqlayıb ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 12 faiz azdır. O zaman səlahiyyətlilər Rusiya Federasiyasından 279…

Daha çox

“Verilişlər əsəb, ürək bulantısı gətirir”

“Sosial şəbəkələrə daxil olduqda görürük ki, tamaşaçıların əksəriyyəti televiziyadakı verilişlərin keyfiyyətini tərifləmir”. Bu sözləri SİA-ya açıqlamasında jurnalist Kamran Həsənli deyib. O bildirib ki, tək tamaşaçı yox, bundan bütün millət narazıdır: “Verilişlərin keyfiyyətsiz, ədəbsiz olması nəinki millətin zövqünə, ümumiyyətlə, səviyyəsinə uyğun gəlmir. Televiziyadakı verilişlərin keyfiyyəti, hətta 1990-cı illərdən də aşağı səviyyədə qalıb. Bu gün televiziyamızda olan ədəbsiz, tərbiyəsiz, əxlaqdan uzaq olan mənzərə “illüziya”dır. Əslində millətimiz bu səviyyədə deyil. Düşüncəmə görə, bunu aradan qaldırmaq üçün həmin mənzərəni efirdən silib, yeni televiziya formatı qoymaq lazımdır. Yəni normal televiziya formatı qoymaq lazımdır, hansı ki,…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 6-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti yenidən 90 min dolları ötüb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.27% bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28% artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.99%, BNB 3.08%, Tether isə 0.01% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

Münasibətləri normallaşdirmaq cəhdlərinə qarşı MANEƏLƏR

Ən azı 2009-cu ildən bəri Amerika Birləşmiş Ştatlarının məhz Rusiya Federasiyası ilə münasibətlərini pozduğunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Çünki yaxşıca müşahidə də edib. Bütün dünya onu da “müşahidə” edib ki, Amerika bunu etməyi hətta “başqalarına” da tövsiyə edib. İndi hər iki dövlət arasında münasibətlərin normallaşdırılması, hətta yaxşılaşdırılması üçün səylər barədə müzakirələr gedir, amma bunun üçün, yəni, normal vəziyyətə gətirilməsi üçün nə qədər “vaxt” lazım olacağı hələ qətiyyən məlum deyil. Bilirik ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında məhz uzun sürən fasilədən, daha dəqiq desək, bir neçə ildən sonra ilk danışıqların…

Daha çox

Papa Fransisklə bağlı klinik mənzərə sabit qalıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı klinik mənzərə sabit olaraq qalır. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. “Papa hər hansı tənəffüs böhranı keçirməyib, gündüz yüksək axınlı oksigen qəbul edib, gecə isə qeyri-invaziv mexaniki ventilyasiya bərpa olunacaq. O, bəzi iş fəaliyyətlərini bərpa edib, günü kresloda keçirib, tənəffüs fizioterapiyasını və aktiv motor terapiyasını artırıb. Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, pontifikin səhhəti ilə bağlı proqnoz qorunur”, – deyə məlumatda bildirilir. Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli…

Daha çox

Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur

İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur. Dövlət Turizm Agentliyindən SİA-ya bildirilib ki, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq, qonaqlara şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları tanıdılır. Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edir. Fevralın 25-dək davam edəcək sərgidə 1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən artıq ziyarətçinin iştirakı…

Daha çox

“Bu gün dünyanın humanizmə ehtiyacı var”

“Bu gün əslində Ramazanın cəmiyyətə töhfəsi daha böyük olmalıdır. Çünki cəmiyyətdə transformasiyalar, xüsusilə düşüncə transformasiyası baş verir. Belə şəraitdə şübhəsiz ki, məhz bu qaydalar sistemi cəmiyyətdə mənəvi, əxlaqi təmizlənmə həyata keçirməyə kömək etməlidir. Çünki bu gün cəmiyyətə, insana təsir edən müxtəlif təsir vasitələri var. Sosial şəbəkələr, sosial media, insana mənəvi, əxlaqi təsirlər göstərir. Bax belə təsirlər fonunda Ramazan fəzilətləri, bu bayramın müsbət məziyyətləri şübhəsiz ki, cəmiyyətə, insanlığa töhfə verməlidir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün dünyanın humanizmə ehtiyacı var: “Ona görə insanlar məhz…

Daha çox

BP bu il AÇG blokunda platformaların dayandırılmasını planlaşdırmır

BP şirkəti 2025-ci ildə texniki xidmət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda platformaları dayandırmağı planlaşdırmır. Bu barədə SİA-ya “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadən xəbər verir. “Bu il platformalardan heç biri dayandırılmayacaq”, – T.Bayatlı jurnalistlərə bildirib. Ötən il şirkət “Dərinsulu Günəşli” platformasını 15 günlük profilaktik işlər üçün dayandırıb. Belə proqramlar planlı şəkildə həyata keçirilir. İllik iş proqramına və illik büdcəyə daxil edilir. “Cari il üçün platformaların dayandırılmasını planlaşdırmamışıq”, – T. Bayatlı bildirib. Qeyd edək ki, 2024-cü ildə AÇG blokundan 16 milyon ton (11,1 % az) neft hasil edilib.

Daha çox

Liviya cihad vergisini ləğv edib

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası Liviya Cihad Fondu üçün üç faiz vergi nəzərdə tutan 1970-ci ildə qəbul edilmiş qanunu ləğv edib. SİA xəbər verir ki, bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb. Məlumata görə, palatanın qərarına əsasən, işçilərin maaşından cihad vergisinin tutulması dayandırılıb. Ləğv edilmiş qanunun maddəsinə əsasən, pullar fonda islam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək məqsədilə köçürülüb. Hazırda Liviyada faktiki olaraq iki hökumət – ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə Milli Birlik Hökuməti var.

Daha çox