Kanar adaları fəalları turist axınına görə turizmin qadağan edilməsini tələb edirlər …Deməli, 2024-cü ildə adaları rekord sayda turist – təxminən 18 milyon insan ziyarət edib. Yerli sakinlər infrastrukturun qeyri-adekvat olması və ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ciddi narahatlıqlarını bildirirlər. SİA-nın məlumatına görə, “Turprom” portalı İspaniya mətbuatına istinadən xəbər verir ki, “Canarias tiene un límite” hərəkatının fəalları Kanar adalarında turizmə qadağa qoymağa çağırıblar. Fəalların məlumatına görə, 2024-cü ildə adaları 18 milyon turist ziyarət edib. Yerli sakinlər turist axınından əziyyət çəkir, çünki heç bir məhdudiyyət yoxdur. …Biz…
Daha çoxDay: March 6, 2025
Vətəndaşlarımız idmanın yeniliklərindən xəbərdardırlarmı?
İdman, təkcə fiziki sağlamlığı qorumaq üçün deyil, eyni zamanda psixoloji rahatlıq və sosial inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır. Müasir dövrdə oturaq həyat tərzi və texnologiyanın sürətli inkişafı insanları daha az hərəkətli olmağa vadar edir ki, bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Məhz bu səbəbdən idmanın gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi vacibdir. Bəs vətəndaşlar bu barədə nə düşünür? Onların idmana marağı hansı səviyyədədir? SİA bu barədə vətəndaşların fikirlərini öyrəndi. Şəhər sakini Suğra Kərimova: “Bu gün ki vəziyyətdə idmana münasibətim çox yaxşıdır. Oğlum üzgüçülüklə, qızım isə bədii gimnastika ilə məşğuldur.…
Daha çoxD-8 Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməyi təklif edib
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsi məqsədilə təşkilata üzv ölkələrin investisiya təşviqi agentlikləri arasında Bakıda görüş keçirməyi təklif edib. SİA xəbər verir ki, bu barədə D-8-in Baş katibinin Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşünün yekunu üzrə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub. Məlumatda bildirilib ki, nazir müavini bu təklifi dəstəkləyib və nəqliyyat, kiçik və orta biznes, insan resurslarının inkişafı, İKT, ticarət və investisiyalar da daxil olmaqla müxtəlif prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Danışıqlar zamanı tərəflər elektron ticarət…
Daha çoxSosial rifahın yaxşılaşdırılması üçün hansı işlər görülür?
“Əhalinin sosial rifahının qorunması Azərbaycan dövlətinin daxili siyasətinin proritet istiqamətidir. Cənab Prezident həmişə haqlı olaraq qeyd edir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Azərbaycan vətəndaşının sosial rifahı dayanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq sosial müdafiə və sosial rifah sahəsində olduqca böyük işlər görülür və dərin islahatlar aparılır: “Ona qədər də sosial müdafiə və sosial təminat dövlət siyasətinin mərkəzində idi. Hüquqi, siyasi, iqtisadi islahatlar bitəndən sonra, sosial sahədə dərin islahatlar 2018-ci ildən başlamışdır. İndiyə qədər də, 5 böyük sosial islahatlar…
Daha çoxMakron Aİ-nin müdafiəsi üçün nüvə silahından istifadə etmək istəyir
Fransa prezidenti Emmanuel Makron Avropanı müdafiə etmək ölkəsinin üçün nüvə silahından istifadə etmək istəyir. SİA xəbər verir ki, Fransa lideri bu barədə xalqa müraciətində bildirib. O, Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merzin çağırışından sonra müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə çəkindirici qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını deyib. “Gələcək Almaniya kanslerinin tarixi çağırışına cavab olaraq, mən Avropadakı müttəfiqlərimizin Fransanın çəkindirici qüvvələrinin köməyi ilə müdafiəsi ilə bağlı strateji müzakirələr açmağa qərar verdim”, – Fransa prezidenti bildirib. O xatırladıb ki, Fransanın nüvə silahı “1964-cü ildən Avropada sülh…
Daha çoxAzərbaycana gələn avropalı turistlərin sayı 7.3% artıb
2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min turist gəlib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Azərbaycanı ziyarət edən xarici vətəndaşların sayı artıb Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Əcnəbilərin əsas gəlmə ölkələri Qeyd edilib ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər…
Daha çox“Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar”
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil…
Daha çoxAzərbaycan Mərkəzi Bankının fəaliyyətində qadınların rolu açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda gender bərabərliyinin inkişaf etdirilməsinin ən yaxşı istedadları cəlb etmək, məhsuldarlığı artırmaq və davamlı biznes təcrübələrini təşviq etmək üçün vacib olduğunu başa düşür. SİA xəbər verir ki, bunu AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyrə İbrahimova qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda keçirilən “Ring the Bell for gender equality” (“Gender bərabərliyi üçün zəngi çalın”) adlı tədbirdə bildirib. “AMB son bir neçə ildə bu məsələyə xüsusi diqqət yetirib. İşçilərimizin 39,7 %-ni qadınlar təşkil edir. 156 rəhbər vəzifədən…
Daha çox“Bugünkü zəfərimizin təntənəsinə gəlib çıxa bildik”
“2025-ci il Azərbaycanda Prezident tərəfindən “Konstitusiya və suverenlik ili” elan edilib”. Bu sözləri SİA-ya açıqlamasında Hikmət Babaoğlu deyib. O bildirib ki, bu, əslində dövlətçiliyimizin inkişaf tarixində əldə etdiyimiz tarixi zəfərdən sonra bir növ milli hesabat dövrüdür: “Yəni Azərbaycan ərazi bütövlüyünü 2020-ci ildə bərpa etdi. Öz suveren hüquqlarını isə 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində bərpa etmiş oldu. Beləliklə, hazırda tarixi mərhələdə, ərazisinin 20 faizinin işğalından sonra, ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycana gələn yolda alınmış siyasi qərarların hesabatı mərhələsindəyik. Ona görə də, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı…
Daha çoxAvstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Avstraliya Ukraynanın Enerji Dəstəyi Fonduna əlavə olaraq 6 milyon avro yardım edib. Vəsait Ukraynanın enerji sektorunun əsas təcili ehtiyaclarını ödəmək üçün paylanacaq. SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Energetika Nazirliyinin bəyanatına istinadən xəbər verir. Ukraynanın energetika naziri Herman Qaluşenko bu çətin anlarda Ukraynaya və enerji sektoruna verdiyi dəstəyə görə avstraliyalı tərəfdaşlara minnətdarlığını bildirib. “Biz zədələnmiş texnikanı bərpa etməyə və təmir etməyə davam edirik və tərəfdaşlarımızın köməyi sayəsində milyonlarla ukraynalı ailə evində işıq və istiliklə təmin olunur”, – o qeyd edib.
Daha çox