Qayalara həkk olunmuş mədəni irs

Türkiyənin Kappadokiya ərazisində turistlərin axın etdiyi bir məkan var. Bu Göreme Açıq Hava Muzeyidir. İl ərzində bir muzeyə nə qədər turist gələ bilər? SİA xəbər verir ki, Göreme Açıq Hava Muzeyi bu baxımdan rekord hesab etmək olar. İl ərzində bu muzeyə 2 milyona yazın turist gəlir. Bu muzeyin başqa bir özəlliyi isə burada onlarla kilsәnin olmasıdır. Yüz illәr әrzindә müxtəlif irq vә dillәrә ev sahibliyi etmiş Göreme Açıq Hava Muzeyi dini baxımdan әhәmiyyәtә malikdir. Göreme xarabalıqları çox sayda muzey vә monastra ev sahibliyi edir. Bölgәdә gәzә bilәcәyiniz çox sayda kilsә…

Daha çox

Kosmetik vasitələrdən istifadə orucu poza bilərmi?

“Ramazan ayının olmazsa-olmaz ibadətlərindən biri də oruc tutmaqdır. Hər kəs çalışır ki, Ramazan boyunca 30 günlük orucu tamamlasın və orucu gözəl şəkildə tutub, Rəbbimizə təslim eləsin. Təbii ki, burada daha çox xanımları maraqlandıran kosmetik vasitələr kimi suallar meydana çıxır: kremlər, ətrilər, pomadalar və s. Təbii ki, bir şeyi fərqinə varmaq lazımdır ki, orucu batil edən amillər məlumdur: onlar yemək, içmək, cinsi əlaqədə olmaq – bunlar orucu əsasən batil edən amillər kimi sayılır. Digər amillər isə yalan danışmaq, böhtan atmaq, qeybət etmək kimi İslam alimləri tərəfindən şiddətlə tənqid olunub və oruc…

Daha çox

“Bu gün Türkiyə-Azərbaycan üçün önəmli bir gündür…”

Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında bildirib. Dövlətimizin başçısı deyib: Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.

Daha çox

Günəşdə güclü partlayış

Günəşdə “M” sinfinə aid güclü partlayış qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, partlayış Bakı vaxtı ilə dünən saat 14:50-də baş verib və 9 dəqiqə davam edib. “Günəş ləkələri qrupunda 4016 (S25E43) rentgen diapazonunda “M1.7″ partlayışı qeydə alınıb”, – deyə qeyd edilib.

Daha çox

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

Fevralın 24-dən 27-dək İranın Tehran şəhərində təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib. Dövlət Turizm Agentliyindən SİA-ya bildirilib ki, tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyi Aparatının rəhbərinin müavini – Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və keçiriləcək tədbirlər siyahısı təsdiq edilib. Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması…

Daha çox

“KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, KOBİA-nın dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb. Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcək. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.…

Daha çox

ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib. “Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib”, – o qeyd edib. 1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər…

Daha çox

“Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib. Dövlətimizin başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.

Daha çox

Ağ ev ABŞ-HƏMAS danışıqlarını təsdiqləyib

Ağ evin mətbuat katibi Karolin Levitt Vaşinqtonun Fələstinin HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib. Bu barədə SİA xarici mediaya istinadla xəbər verir. “Trampın xüsusi nümayəndəsi istənilən şəxslə danışmaq hüququna malikdir. Bu, İsraillə razılaşdırılıb. Danışıqlar və müzakirələr davam edir. Mən bu təmasların təfərrüatlarını açıqlamayacağam”, – deyə Levitt brifinqdə vurğulayıb. Daha əvvəl “Axios” mənbələrinə istinadla bildirmişdi ki, Tramp administrasiyası HƏMAS ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanmasının mümkünlüyü ilə bağlı birbaşa danışıqlar aparır.

Daha çox