“Hava şəraitinin turizmə təsiri nələrdir sualına birbaşa cavab vermək olar ki, 365 gün turizm inkişaf edirsə və turizm növlərində qış turizmidə mühüm yer tutursa, təsirlər çox az ola bilər. Yeganə təsir nəqliyyat məsələlərində ola bilər. Hava məkanında təyyarələrin uçuşunda, qatarların, avtobusların gedişində çətinlik müşahidə edilə bilər”. Bu sözləri Аzərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qış şəraitində də turizm yüksək səviyyədə inkişaf edir: “Şahdağ da, Tufandağ da və digər yerlərdə qış turizminin növü çox yaxşı inkişaf etmişdir. Bakıya gələn turistlər, Azərbaycanın paytaxtının füsunkar…
Daha çoxDay: March 6, 2025
Lənkəranda idman paradı təşkil edilib
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ölkənin müxtəlif bölgələrində olduğu kimi, Lənkəranda da təntənəli şəkildə qeyd edilib. Bu əlamətdar gün münasibətilə idman paradı təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirə regionun idman ictimaiyyətinin nümayəndələri, veteran idmançılar, ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri və idmançı şagirdləri ilə yanaşı, şəhid ailələrinin üzvləri də qatılıblar. Paradın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və regionda idmanın inkişafına töhfə verməkdir. Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə peşəkar idmançıların nümunəvi çıxışları təşkil edilib. İştirakçılar boks, ağırlıqqaldırma, taekvondo,…
Daha çox“Nas Exchange” valyuta bazarına daxil olmaqdan imtina edib
Azərbaycanda 2024-cü ilin yanvar ayında yaradılmış “Nas Exchange” MMC valyuta bazarına daxil olmaqdan imtina edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, şirkət nizamnamə kapitalını 550 min manat və ya 12 dəfə azaldaraq 600 min manat manatdan 50 min manata endirdiyini elan edib. Baxmayaraq ki, əvvəlki kapital “Nas Exchange”ə Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, Bakıda 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi. Hazırda Azərbaycanda 7 hüquqi şəxs – “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”,…
Daha çoxPrezidentlər İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində…
Martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər. Sonra videobağlantı formatında İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
Daha çoxABŞ yeni viza məhdudiyyətləri siyasətini elan etdi
Vaşinqton bundan sonra ABŞ administrasiyasının qanunsuz miqrasiyada iştirak etdiyini güman etdiyi xarici rəsmilərə qarşı birtərəfli sanksiyalar tətbiq edəcək. SİA xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib. “Bu gün yeni viza məhdudiyyətləri siyasətini elan edirəm. Bu məhdudiyyətlər digər ölkələrin hökumət rəsmilərinə, o cümlədən miqrasiya və gömrük xidməti əməkdaşlarına, hava və dəniz limanlarında çalışanlara, eləcə də Vaşinqtonun qanunsuz miqrasiyaya bilərəkdən şərait yaratmaqda şübhəli bildiyi digər məmurlara şamil olunacaq”, – dövlət katibinin yazılı açıqlamasında bildirilib.
Daha çoxAzərbaycanda indiyə qədər 257 hotelə ulduz sertifikatı verilib
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu indiyə qədər əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verib. SİA agentliyə istinadən xəbər verir ki, bunu qurumun sədrinin müşaviri Kənan Quluzadə Bakıda keçirilmiş “Azərbaycan Hotel Assosiasiyası” (AHA) İctimai Birliyinin 6-cı Baş Assambleyasında bildirib. Tədbir ötən il görülmüş işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək məqsədilə təşkil olunub. Assambleyada dövlət qurumlarının nümayəndələri, hotelçilik sənayesinin təmsilçiləri və digər turizm assosiasiyalarının rəhbərləri iştirak ediblər. K.Quluzadə turizmin inkişafı üçün çoxistiqamətli işlər həyata keçirildiyini, hotellərin təklif etdiyi xidmət səviyyəsi və qiymət siyasətinin…
Daha çoxRamazanın altıncı gününün duası
Sabah Ramazan ayının altıncı günüdür. SİA xəbər verir ki, imsak vaxtı 05:41, iftar isə 18:52-yə təyin olunub. 6-ci günün duası: “Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”. Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə…
Daha çoxAzərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi…
Daha çoxPrezidentlərin təkbətək görüşü başlayıb
Prezidentlərin təkbətək görüşü başlayıb
Daha çoxÖpüş qalmaqalı yaşayan futbolçuya dövlət mükafatı verildi
Cennifer Hermoso İspaniyanın dövlət mükafatına layiq görülüb. SİA xəbər verir ki, İspaniya milli komandasının futbolçusu 8M mükafatının sahiblərindən biri olub. Bu, daha yaxşı həyat və bərabərlik uğrunda mübarizə aparan qadınlara verilən “8 Mujeres, 8 Motivos” (8 Qadın, 8 Səbəb) mükafatıdır. Mükafat Madriddə İspaniya hökumətinin nümayəndə heyəti tərəfindən təqdim olunur. İspaniyanın paytaxtında doğulmuş, yaşayan və ya işləyən qadınlar ona müraciət edə bilərlər. Bu il mükafat ikinci dəfə təqdim olunub. “Mən qadınlar üçün dünyanı gələcəkdə daha sadə bir yerə çevirəcək bu kiçik dəyişikliklərlə fəxr edirəm. Bu, Madriddən olan qadınlar üçün bir bələdçi…
Daha çox