Afrika ölkələrindən Rusiyaya turist axını iki ildə 60 faiz artıb

…Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin müavini Yuliya Maksutova bildirib ki, son iki ildə Afrika ölkələrindən Rusiyaya turist axını 1,5 dəfədən çox artıb. O əlavə edib ki, Afrika perspektivli, lakin hələ də istifadə olunmamış turizm bazarıdır. Qitədə hər biri özünəməxsus şəkildə maraqlı olan 50-dən çox ölkə var. Bir çox Afrika ölkəsi üçün turizm sürətlə inkişaf edən iqtisadi sektordur. SİA-nın məlumatına görə, Maksutova qeyd edib ki, afrikalı turistlər arasında, xüsusən də aktiv işgüzar və təhsil mübadilələri fonunda Rusiya ətrafında səyahətə tələbat var. Bu gün Botsvana, Cape Verde, Mavrikiy, Namibiya, Tunis, Cənubi Afrika və…

Daha çox

SHXÇDX Şəkidə gənclər üçün tədbir keçirib

Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İcra Hakimiyyətinin akt zalında “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Dövlət Xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Dövlət Xidmətinin İctimaiyyətlə iş və…

Daha çox

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri üçün kibertəhlükəsizlik təlimi keçirib. Təlimdə nazirliyin 30-dan çox rəhbər şəxsi iştirak edib. Agentlikdən SİA-ya bildirilib ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov dövlət qurumlarının informasiya sistemlərinin milli təhlükəsizliyin əsas sütunlarından biri olduğunu vurğulayaraq nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli olmasının əhəmiyyətini qeyd edib: “Kənd təsərrüfatı sektoru ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və bu sahədə rəqəmsal transformasiya sürətlə gedir. Elektron kənd təsərrüfatı sistemlərindən tutmuş,…

Daha çox

“Böyük Qayıdış” ilə bağlı hansı yeniliklər var?

“Ermənistan 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Bu işğal dövründə Ermənistan bütün ərazini yerlə-yeksan etdi. Soydaşlarımız bu 30 ildə yataqxanalarda, çadır şəhərciklərində yaşayırdı. Bu illər ərzində nə qədər həsrət çəksələr belə, vətən, torpaq həsrəti xalqımızın qəlbində yaşayırdı. Bu illər ərzində dövlətimiz də torpaqların geri qaytarılması üçün əzmlə çalışırdı. Başda Prezident İlham Əliyev olmaqla, bütün xalqı səfərbər etdi. Bir bayraq altında birləşdirdi. Prezidentin xarici və daxili siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu qlobal güclərin, maraqların toqquşduğu bir zamanda İlham Əliyevin apardığı unikal siyasət idi ki, torpaqlarımız işğaldan azad…

Daha çox

Tramp HƏMAS-ı hədələdi

ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxmağı tələb edərək təşkilatı hədələyib. SİA xəbər verir ki, o, bu barədə “Truth” hesabında yazıb. “Bütün girovları indi azad edin, sonra deyil. Əks təqdirdə sizin üçün hər şey bitdi. Sizin gözəl gələcəyiniz ola bilər, amma girovları saxlamağa davam etsəniz, bu belə olmayacaq. Ağıllı qərar qəbul edin. Onları indi azad edin, yoxsa bunun bədəlini ödəməli olacaqsınız”, – Amerika lideri yazıb. O həmçinin HƏMASI İsrailə lazımi bütün dəstəyi verməklə də hədələyib: “Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm, dediyimi etməsəniz,…

Daha çox

Aprel döyüşü şəhidinin anım mərasimi keçirilib

Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn kapitan Nəcməddin Akif oğlu Savalanovun anım mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov çıxış edərək şəhidimizin xidmət yolundan, döyüşlərdə göstərdiyi şəxsi igidliklərindən və hərbçi kimi yüksək peşəkar fəaliyyətlərindən danışıb.…

Daha çox

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 26 mindən çox elektron arayış alınıb

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 26 min 503 elektron arayış alınıb. Bu barədə SİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib Həmin arayışların 7 min 663-ü pensiya, 9 min 948-i müavinət və təqaüd, 5 min 962-si fərdi şəxsi hesab, 1 195-i ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 268-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 588-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 864-ü isə əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Daha çox

Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “GMB-nin sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu…

Daha çox

Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində…

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Sonra birgə foto çəkdirildi. Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir…

Daha çox

Yaponiyada “Toyota” zavodunda partlayış olub

Yaponiyada Ayçi prefekturasında “Toyota” avtomobil şirkəti üçün komponentlər istehsal edən zavodda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası (NHK) məlumat yayıb. Hadisə nəticəsində azı 3 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir. İlkin məlumatlara görə, sənaye tipli toztoplayıcılardan biri partlayıb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.

Daha çox