İşgüzar görüşlər və tədbirlər üçün mükəmməl məkan

Türkiyə, dünya səviyyəli məkanları, rahat nəqliyyat imkanları və misilsiz qonaqpərvərliyi ilə işgüzar görüşlər, motivasiya səfərləri, konfranslar və sərgilər sahəsində qlobal lider mövqeyini möhkəmləndirib. SİA xəbər verir ki, son iyirmi il ərzində İstanbul beynəlxalq tədbirlər sektorunda ön sıralara yüksələrək irimiqyaslı konqreslərə və korporativ tədbirlərə ev sahibliyi edir. Müasir konqres mərkəzləri, premium otel şəbəkələri və innovativ şəhərsalma layihələri ilə Türkiyə bu sahədə liderliyini qoruyub saxlayır. Möhtəşəm təbiəti, zəngin mədəni irsi və məşhur mətbəxi ilə yanaşı, Türkiyə tədbir sahəsində ən son texnologiyalara əsaslanan infrastrukturu və yenilikçi yanaşmaları ilə yeni standartlar müəyyənləşdirir. İstanbulun Qlobal…

Daha çox

2024-cü ildə Xankəndidə, Xocalı və Ağdərə rayonlarında hansı işlər görülüb?

İşğaldan azad edilən Xankəndi şəhərində son bir ildə geniş abadlıq tikinti quruculuq işləri aparıb. 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki,2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb. İlk növbədə ərazidə inzibati idarəetmənin…

Daha çox

Sosial Xidmətlər Agentliyi beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Agentlik sosial xidmət sahəsində verdiyi töhfələrə görə “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və uşaqların gələcəyinin inkişaf etdirilməsinə yönəlmiş layihələrinə görə “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı” ilə təltif edilib. Qeyd edək ki, müsabiqə Asiya regionunda fəaliyyət göstərən təşkilatların və fiziki şəxslərin uğurlarını nümayiş etdirərək, onların dünya səviyyəsində tanıdılması məqsədi daşıyıb.

Daha çox

“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri həyata keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) istiqrazları üzrə növbəti dəfə faiz ödənişləri həyata keçirib. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Məlumata görə, istiqrazlar sahibləri ümumilikdə 4,5 milyon ABŞ dolları qazanıb. Faiz ödənişlərinin 3 milyon ABŞ dolları 3 mart 2023-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazların, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların payına düşüb. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 6…

Daha çox

Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər

Vaşinqtondan yeni yardım olmasa, Ukraynadakı Patriot raketlərinin tədarükü bir neçə həftəyə tükənə bilər. SİA xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb. Telekanal qeyd edir ki, Ukrayna ordusunu hazırda Patriot sistemlərini əvəz edə biləcək alternativi yoxdur. CNN onu qeyd edib ki, Kiyevin arsenalında sözügedən zenit sistemləri üçün dəqiq neçə raket qaldığı hələ də məlum deyil.

Daha çox

Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir

Bu gün Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-də Avrasiya Dağ Turizmi Forumu keçirilir. SİA xəbər verir ki, tədbir Avrasiya Dağ Kurortları Alyansının və səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda təşkil olunub. Forumda Agentliyin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstanın 150-yə yaxın turizm nümayəndəsi iştirak edir. Forumun açılışı Alyansa üzv dövlətlərin xizək təlimçilərinin öz milli musiqilərinin müşayiəti altında yürüşü ilə başlayıb. Martın 6-na kimi davam edəcək Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət…

Daha çox

“Boz iqtisadiyyat”ın leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “boz iqtisadiyyat”ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib. SİA xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib. Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib: “Bu gün iqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq…

Daha çox

“YAŞAT” Fondu Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

Ötən gün “YAŞAT” Fondunun ölkəmizdə fəaliyyət göstərən bankların nümayəndələri ilə görüşü baş tutub. Fonddan SİA-ya bildirilib ki, tədbir Azərbaycan Banklar Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində gerçəkləşib. “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində həyata keçirilən işlər, sosial layihələr və təşəbbüslər barədə məlumat verib. Həmçinin müvafiq çərçivədə nəzərdə tutulan məsələlər və prioritet hədəflər diqqətə çatdırılıb. Görüş iştirakçıları arasında qeyd olunan məqamlar üzrə əməkdaşlıq perspektivləri, Fondun fəaliyyəti üzrə icra olunacaq layihələrə mümkün dəstək tədbirləri müzakirə edilib. “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və…

Daha çox

Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı:…

Daha çox