“Heydər Əliyev Naxçıvanda olarkən həm Naxçıvan əhalisinin bu bölgəni tərk etməsinin qarşısını aldı, həm də çox təhlükəli xarakter almış erməni təcavüzü qarşısında Naxçıvanın müdafiəsini təşkil etdi. Həmin dövrdə Naxçıvanda bir qarış belə ərazi ermənilər tərəfindən işğal olunmadı. Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdə Naxçıvanın ərazisi erməni hücumlarından göz bəbəyi kimi müdafiə edildi və bir qarış belə torpaq ermənilərə güzəştə gedilmədi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Aydın Quliyev sözlərinə belə davam edib: “Eyni zamanda, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Naxçıvanda Türkiyə-Azərbaycan qardaşlığının çox böyük gələcəyinin əsası…
Daha çoxDay: March 6, 2025
Zalujnı ABŞ haqqında kəskin danışıb…
Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı NATO-nun dağılması riski barədə xəbərdarlıq edib və bu, onun fikrincə, Rusiyanın Avropa ölkələrinə hücumuna səbəb ola bilər. SİA-nın məlumatına görə, “The Times” xəbər verir ki, o, bu barədə “Chatham House”da çıxışı zamanı bildirib. …Qeyd edək ki, Zalujnı həm də dünya düzəninin məhvinə görə məsuliyyəti təkcə Qərbin əleyhdarlarının deyil, həm də ABŞ-ın üzərinə qoyub. …Dünya düzənini dəyişməyə çalışan təkcə şər qüvvələr deyil. ABŞ da onu məhv edir. Nəşr bunu ukraynalı diplomatdan sitat gətirir. Diplomatın sözlərinə görə, Ağ Ev Qərb…
Daha çoxBakıda “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir keçirilib
Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Türkiyədən hüquq, media, sağlamlıq üzrə ekspertlər, tekstil, qida sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil edilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Tədbirin məqsədi Azərbaycanın tarixi və milli dəyərlərini xatırladaraq cəmiyyətin ortaq dəyərlər ətrafında birləşməsi və birgə fəaliyyəti gücləndirmək, iş dünyasında…
Daha çoxAzərbaycan XİN başçısının müavini Surinamla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
Azərbaycan Surinamla əməkdaşlıq üçün energetika, qalıq yanacaq, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və təhsil sahələrini əsas istiqamətlər kimi nəzərdən keçirir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinama səfəri zamanı yerli televiziyaya müsahibəsində bildirib. “Biz surinamlı tələbələrin Azərbaycanın aparıcı universitetlərində təhsil alması imkanlarını araşdırır, həmçinin hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdiririk. Bundan əlavə, neft və LNG ticarəti diqqət mərkəzindədir ki, bu da nümayəndə heyətimizin tərkibində SOCAR nümayəndələrinin olmasını izah edir. İqtisadi və biznes perspektivləri də müzakirə olunur və məhz buna…
Daha çox8 Marta özəl restoranlarda vəziyyət necədir?
Qarşıdan 8 mart Beynəlxalq qadınlar günü gəlir. Bununla bağlı bəylərimiz xanımlarına hədiyyələrlə yanaşı, onları xoş əhval-ruhiyyə bəxş etmək üçün restoranlara aparırlar. Həmçinin qadınlarda öz rəfiqələri ilə 8 marta özəl restoranlara, əyləncə mərkəzlərinə üz tuturlar. Bəs həmin gün restoranlarda və əyləncə mərkəzlərində qiymətlər, şou-proqramlar necə olacaq? SİA bununla bağlı restoranların 8 marta özəl proqramlarını və qiymətlərini təqdim edir: “Neolit” restoranı: “Neolit restoranında 8 mart-Beynəlxalq qadınlar gününə özəl şou-proqram olacaq. Həmçinin bu özəl gündə unudulmaz ifalar, dinamik performanslar və yüksək əhval-ruhiyyə ilə dolu bir axşam olacaq. Bununla yanaşı səhnədə Qurd, Ceyhun Bakınsky,…
Daha çox“Ermənistanın Azərbaycana qarşı hər zaman təxribat xarakterli addımları olub”
“Ermənistanın Azərbaycana qarşı hər zaman təxribat xarakterli addımları olub. Bu məsələdə gözləntilər hər zaman olub. Ümumiyyətlə isə Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün 2 istiqamətdə gözləntilər ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, birinci istiqamət Azərbaycanın əsas istəyi qeyri-hərbi yolla sülh müqaviləsinin bağlanmasıdır: “İkinci istiqamət isə Ermənistanın bu təxribatlarını sonlandırması və sülh müqaviləsinin şərtlərini qəbul etməsidir. Ermənistanın bu təxribatlarını təhlil edərkən söhbət burada həm silahlı təxribatlardan, həm də digər təxribatlardan gedir, bu təxribatları təhlil edərkən görürük ki, siskalasiya sisteminin yaranmasıdır. Yəni hərbi müstəvidə toqquşma…
Daha çoxAbxaziyada etirazlara səbəb olan razılaşmanın taleyi bəlli olub
…Abxaziya ilə Rusiya arasında investisiya sazişi ilkin formada həyata keçirilməyəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin seçilmiş prezidenti Badra Qunba məlumat verib. Onun sözlərinə görə, abxaz cəmiyyəti belə bir razılaşmanın əleyhinədir, ona görə də xalqın fikrini dinləməlidir. Qunba əlavə edib ki, o, rusiyalı həmkarlarına bu qərarı verməməyi təklif edib və onlar razılaşıblar. Qunba qeyd edib ki, hətta respublika prezidentinin səlahiyyətlərini icra edən kimi o, investisiya sazişi ətrafında yaranmış münaqişəli vəziyyəti həll etmək xahişi ilə “səlahiyyətli orqanlara, o cümlədən Rusiya Federasiyasının rəhbərlərinə” müraciət edib. Onun sözlərinə görə, bu…
Daha çox“Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu”
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xüsusi təyinatlı təhsil müəssisələrinin xanım əməkdaşlarının iştirakı ilə “Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev Azərbaycan qadınının xalqımızın mənəvi dəyərlərinin qorunmasındakı müstəsna xidmətlərindən danışıb, həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə onların fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ailə institutunun qorunub saxlanılmasında, sağlam və vətənpərvər…
Daha çoxİranda baş verən hadisələrin nəticəsi necə olacaq?
“İranda reformist və mühafizəkar olan hökumət fraksiyaları arasında siyasi gərginlik son həftələrdə daha da artıb. Bunu şərtləndirən başlıca amillər İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və fundamentalistlərin ABŞ-la danışıqlara qarşı sərt mövqeyi və Məsud Pezeşkianın seçki zamanı verdiyi vədlərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elmir Səftərov deyib. Onun sözlərinə görə, siyasi mühitdəki problemləri qabardan birinci məsələ Ali Rəhbər Əli Xamenei ilə Prezident Məsud Pezeşkian arasında ABŞ-la danışıqlarla bağlı fikir ayrılıqlarıdır: “Belə ki, Ə.Xamneyi ABŞ-a qarşı düşmənçilik siyasətinin davam etdirilməsində maraqlı görünür, çünki rejimin ideoloji legitimliyi ABŞ-a qarşı…
Daha çoxBankomatın partladılmasının səbəbi məlum olub
…Moskvada ticarət mərkəzində bankomatın partlaması naməlum şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verib. SİA-nın məlumatına görə, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti bildirib. İlkin məlumatlara görə, partlayışı Snejnaya küçəsindəki meqamall-a gələnlərdən biri törədib. Versiyalardan birinə görə, bankomat fırıldaqçıların qurbanına çevrilə bilərdi. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Amma ticarət mərkəzinin binasının şüşələri sındırılıb. Hadisə yerində əməliyyat qrupu işləyir. Əli Babayev
Daha çox