ABŞ-ın yeni prezidenti Donald Tramp Konqresin birgə iclasında çıxış edərək, administrasiyasının bürokratiyanı azaltmaq, Amerikanın ən yaxın ticarət tərəfdaşlarına yüksək tariflər tətbiq etmək və Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəyə son qoyması üçün təzyiq göstərmək yönündə atdığı addımları vurğulayıb. Tramp çıxış edərkən Demokratlar açıq şəkildə ona etirazlarını nümayiş etdirib. İkinci müddətə vəzifəsinə başlayan Trampın Konqresin birgə sessiyası qarşısındakı çıxışı onun ilk məruzəsi idi. Tramp Qrenlandiya, Panama və Marsı da unutmayıb. Bəzi məqamları təqdim edirik. Ukrayna münaqişəsi haqqında Bu çılğınlığa, bu qətllərə son qoymağın vaxtıdır. Biz bu sonsuz müharibəyə son qoymalıyıq. Bunun…
Daha çoxDay: March 6, 2025
“Orucluq ayında əsas məqsəd və mahiyyət mənəvi ruhun inkişafıdır”
“Ramazan ayı mərhəmətli aydı. Eyni zamanda bu ayda insanların birinin digərini duymasıdır. Adından göründüyü kimi “yanmaq” və “yandırmaq” mənalarına gəlir. Yəni insanlar 11 ay günahlarını məhz bu Ramazan ayında yandırırlar. Ramazan ayının əvvəli mərhəmət, ortası bağışlanmaq, sonu isə cəhənnəm atəşindən qurtuluşdur. Ramazan yalnız cismin ac qalması deyil. İnsanlar səhərdən şam azanına qədər ac qalırlar. Yəni bu mədənin boşluğu oruc tutmaq deyil. Orucluq ayında əsas məqsəd və mahiyyət mənəvi ruhun inkişafıdır. İnsan oruc tutarsa, onun həm metofizik, ruh aləmi, həm də vicdanı və Allaha olan bağlılığı artır”. Bu sözləri Qafqaz Müsəlmanlar…
Daha çoxQarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək
Azərbaycanın sığorta şirkətləri fevralın sonu – martın əvvəl qeydə alınmış qarlı hava şəraitində baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş etməyi planlaşdırır. Bu barədə SİA-ya “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib. “Məlum olduğu kimi, 21 fevral-2 mart tarixlərində ölkə ərazisində qeydə alınmış intensiv qarlı və şaxtalı hava şəraitində bir sıra hadisələr qeydə alınıb. Həmin hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan son dəqiq məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə…
Daha çoxPrezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-da başa çatıb. SİA xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola saldılar.
Daha çoxTokayev Putinə zəng edib
Tokayev Putinə zəng edib
Daha çoxDövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri xiyabanı ziyarət edib
Ulu Öndər Heydər Əliyev tərəfindən 2000-ci il martın 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanmasının 25-ci ildönümü və 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarları önünə gül dəstələri düzülüb.
Daha çoxAzərbaycanda “E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb
Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi” (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb. SİA nazirliyə istinadən xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək. Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq.
Daha çoxAzərbaycan ilə NATO arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə SİA-ya NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib. “Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”, – məlumatda bildirilib.
Daha çoxBDU-da “Gələcək üçün bacarıqlar” layihəsi barədə infosessiya keçirilib
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin “Gələcək üçün bacarıqlar” layihəsinin IV “Tusi” inkubasiya proqramı ilə bağlı infosessiya keçirilib. SİA xəbər verir ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov belə layihələrin gənclərin karyera inkişafında önəmli rol oynadığını bildirib. İnnovasiyalar Mərkəzi direktorunun müşaviri Ləman Əhmədova IV “Tusi” inkubasiya proqramının istiqamətləri, qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, Mərkəz tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil…
Daha çox“Dünya düzəni dəyişmə mərhələsindədir”
“Azərbaycanın dövlət başçısının Türkiyəyə, Türkiyənin dövlət başçısının Azərbaycana səfərləri artıq davamlı prosesə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, bu səfərlərdə hər hansı bir fasilə heç vaxt olmuyub: “Əlbəttə, fasilənin olması da çox ciddi təəccüb doğura bilərdi. Ona görə ki, Türkiyə-Azərbaycan qardaşlığı bu gün dünyada analoq tanımayan bir ikitərəfli əməkdaşlıq modelidir. Dünyada onlarla, bəlkə də, eyni xalqdan, eyni dildən və eyni mədəniyyətdən olan xalqların dövlətləri olsa da, onların heç biri ola bilməz ki, Azərbaycan-Türkiyə qədər milli, dini, tarixi, mədəni eyniliyin üstündə qurulan model qədər…
Daha çox