11 auditor minimum dəyər tələbini pozub

Bu ilin yanvar ayında aparılmış monitorinq zamanı “Auditor xidmətlərinin dəyərinin minimum hədlər”inə 7 auditor təşkilatı və 4 sərbəst auditorun “Auditorun şəxsi kabineti” sistemində qeydiyyata alınmış 14 müqaviləyə əsasən əməl etmədiyi müəyyən olunub. SİA bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatına istinadən xəbər verir. Sənədə əsasən, “Bakı Hesabat Mərkəzi”, “Davud Mamedov”, “Forum”, “Elvi Audit Finans”, “KH.J.A Audit-Consulting Xidməti” və “Professional Financial Experts” MMC-lərin hər birinin bağladığı 1 müqavilə; “RM Audit” MMC-nin bağladığı 4 müqavilə, sərbəst auditorlar Abbasov Çingiz Abbas oğlu, Alıyev Köçəri Əmrah oğlu, Əliyev Natiq Firuddin oğlu və Hacı-Əzizov İlham…

Daha çox

Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. İki ölkə arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha çox

8 Mart – bayram, yoxsa faciə?

8 mart – tək Beynəlxalq Qadınlar Günü deyil. Bu həm də zərif cinsin nümayəndələrinə diqqət günüdür. Bəs qadınlarımız bu gün nə hədiyyə gözləyirlər? Kişilərimiz qadınlara nə hədiyyə etməyi düşünürlər? SİA olaraq bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Şəhər sakini Gültəkin Qasımova: “Mənim üçün hədiyyənin önəmi, ya da fərqi yoxdur. İndiyə kimi ən yaddaqalan hədiyyəm gül buketi olub. Yenə də gül hədiyyə alsam, sevinərəm. Hədiyyənin baha, ya da ucuz olmasının önəmi yoxdur”. Şəhər sakini Dilşad Məmmədova: “İndiyə kimi həyat yoldaşımdan hədiyyə almışam. Bundan sonra da mənim üçün…

Daha çox

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən martın 8-dən 19-dək “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq. SİA xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır. Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı…

Daha çox

“Bir millət, iki dövlət ortaq gələcək zirvəsi” mövzusunda konfrans keçirilir

Bu gün “Bir millət, iki dövlət ortaq gələcək zirvəsi” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirin məqsədi Azərbaycanın tarixi və milli dəyərlərini anmaq, ictimai mübarizəni gücləndirmək və iş dünyasında yeni iş birlikləri formalaşdırmaqdır.

Daha çox

“Şizofreniya xəstəliyi psixi pozuntulara aiddir”

“Şizofreniya xəstəliyi psixi pozuntulara aiddir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Psixoloq sözlərinə belə davam edib: “Ümumiyyətlə psixi pozuntular, nevrotip pozuntular var amma şizofreniya daha çox psixi pozuntulara aiddir.Şizofreniya yeganə psixi pozuntudur ki orada müalicə çətin gedir həm psixoterapiyaya cəlb etmək çox çətin olur və müalicəsi çox uzun müddətlidir. Bəzən də insanın ömrünün sonuna qədər davam edə bilir. Şizofreniya xəstələrinin ümumiyyətlə fərqli düşüncələri olur bəzən qarabasmalar olur bəzən düşünürlər ki kimsə onun haqqında danışır. Şübhəçilik daha çox olur. Şizofreniya xəstəliyi barəsində məlumat verərkən mütləq burada genetik faktoruda önə…

Daha çox

Dünya ticarət müharibəsi

Dünya ölkələri yeni sınaq mərhələsinə qədəm qoyur. ABŞ-ın yeni prezidentinin gəlişindən sonra münasibətlərdə qeyri-sabitlik, hətta böyük müharibənin başlanması ehtimalı hər keçən gün artır. Kanadanın baş naziri Castin Trüdo bildirib ki, hökumət ABŞ-ın Kanada mallarına yüksək rüsumlar tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına iddia qaldırıb. Ottava bu vəziyyəti ABŞ, Meksika və Kanada arasında üçtərəfli razılaşma (USMCA) vasitəsilə həll etməyə çalışacaq. Bundan əvvəl baş nazir Amerika mallarına cavab olaraq 25 faizlik rüsumların tətbiq ediləcəyini açıqlamışdı. “İndi mən konkret bir amerikalıya birbaşa müraciət etmək istəyirəm. Donald, cəmi səkkiz il birlikdə işlədik, böyük…

Daha çox

Dağıdıcı müxalifətin “siyasi məhbus” şousu iflasa uğradı

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, dağıdıcı müxalifət bütün siyasi məzhəkələrinin, şoularının, bəzən isə şər və böhtanlarının arxasında xaricdəki maliyyə şəbəkələrindən qrant almaq dayanır. Məhz qrant almaq naminə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və onların ətrafında olan trollar Azərbaycanın milli və dövlətçilik maraqlarına yönələn açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar. Son vaxtlar “siyasi məhbus” terminindən daha çox istifadə edir və öz ağılları ilə ölkəmizə təzyiqlər təşkil edəcəklərini düşünürlər. Müxtəlif qrupların, siyasi təşkilatların adından yayımlanan qondarma “siyasi məhbus” siyahılarından aydın olur ki, tərəflər qrant almaq yarışında bir-biri ilə…

Daha çox

Qüdrət Orucovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Zəngəzur mahalının Mığrı bölgəsinin tanınmış ziyalısı, xalq müəllimi, Mığrı rayonunun beynəlmiləl Lehvaz kənd orta məktəbinin direktoru Qüdrət Xuduş oğlu Orucovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin çıxışı ilə başlayıb. Daha sonra universitetin rektoru Cəfər Cəfərov, kimya elmləri doktoru, professor İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev, Fəlsəfə elmlər doktoru Qoşqar Əliyev, “Vətəndaşların sosial Rifahı naminə İB sədri” İradə Rzazadə, C. Cabbarlı adına İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyev, Azərbaycan…

Daha çox