Mərkəzi Bankı ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlıq genişləndirilir

Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub. SİA xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun…

Daha çox

Hərbi vəzifəlilərin təlim toplanışı başlayıb

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması,…

Daha çox

Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Baş Prokurorluq ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib. Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə…

Daha çox

Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Yol Xəritəsi ilə, bu il təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələri qeydiyyat orqanının onlayn qaydada Ədliyyə Nazirliyindən əldə etməsini, kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması planlaşdırılır. Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə…

Daha çox

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın tərkibi dəyişib

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olarkən bu vəzifəni icra edən maliyyə naziri Sahil Babayev olub. Eyni zamanda Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri də daxil edilib.

Daha çox

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin

Min illər ərzində Türkiyənin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılmışdır. SİA xəbər verir ki, Türkiyədə hər bir bölgənin özünəməxsus xüsusiyyətləri – etik dəyərləri, yaşam tərzi və qaydaları var. Türkiyəni tanımaq bu bölgələrin tanıtımından başlayır. Türkiyənin tarixində özünəməxsus yeri olan Mardin haqqında oxucularımıza bu yazımızda məlumat verəcəyik. Mardin Türkiyənin böyük əyaləti və əhalisinin sayına görə iyirmi altıncı olan bir şəhəridir. 2021-ci il statistikasına görə Mardinin əhalisi 862,757 nəfərdir. Mardin Cənub-Şərqi Anadolu Bölgəsinin Dəclə vadisində yerləşir. Bu bölgə Suriya ilə həmsərhəddir. Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin,…

Daha çox

Bakının bir çox yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 9. Üzeyir…

Daha çox

Xəzərə çirkab su axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilik dəyişdiriləcək

Xəzər dənizinə çirkab sularının axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilikdə dəyişikliklər ediləcəyi gözlənilir. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib. “Bundan sonra biz tam fəaliyyətə başlayacağıq. Hazırda Novxanı çimərliyində və yaxud Xəzəryanı digər ərazilərdə çirkab suların birbaşa axıdılması faktı inanmıram ki, olsun. Çünki, belə bir hal olsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh orqan kimi çox ciddi tədbirlər görər”, – deyə o qeyd edib.

Daha çox

““Konstitusiya və Suverenlik İli” Azərbaycanın milli gücünün artması ilə əlamətdar olacaq”

“Dövlət başçısının müstəqil və qətiyyətli siyasəti Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir”. SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti və nəhayət, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı…

Daha çox

Alman şirkəti Yapon cihazını işə salacaq

Almaniyanın “Isar Aerospace” şirkəti Yaponiyanın “ElevationSpace” şirkəti ilə təkrar giriş avtomobilini nümayiş etdirmək üçün müqavilə bağlayıb. SİA-nın məlumatına görə, bu barədə “European Spaceflight” nəşri məlumat yayıb. Martın 4-də Almaniyanın Spectrum raketindən istifadə edərək Yaponiyanın 200 kiloqramlıq AOBA reentry avtomobilinin buraxılması üçün müqavilə elan edilib. Yapon şirkəti “Isar Aerospace”-in ilk Asiya müştərisi oldu. AOBA-nın 2026-cı ilin ikinci yarısında işə salınması planlaşdırılır. Aparat altı ay Yerə yaxın orbitdə qalacaq, bundan sonra atmosferə enməyə cəhd edəcək. ElevationSpace-ə görə, Spectrum-un seçilməsinin əsas səbəbləri çevik buraxılış cədvəli və AOBA nümayiş etdiricisini birbaşa hədəf orbitinə çıxarmaq…

Daha çox