Azərbaycan və Türkiyə arasında turizm sahəsində Protokol imzalanıb

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun Bakıda keçirilən 4-cü iclasında turizm sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarəedilməsi, sağlamlıq turizmi və dayanıqlı turizm istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. İclasda dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin yaradılması, regional turizm və mədəni irsin idarəçiliyi üzrə əməkdaşlıq, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsi üçün 2025-ci il üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Turizm…

Daha çox

Uşaqları qorxutmaqla tərbiyə etmək: Yanlış yoldur!

“Uşaqlıqda hamımız müxtəlif ifadələrlə qarşılaşmışıq: “Yeməyini təmiz yeməsən, nişanlın çirkin olacaq”, “Axşam ağlayan uşağın göz yaşından qara daş düşər” və ya “Yerə çörək atanın əli quruyar””. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, valideynlər bu cür ifadələri bəzən uşaqları tərbiyələndirmək, qaydalara əməl etdirmək və ya pis vərdişlərdən uzaq tutmaq üçün istifadə edirlər: “Bu metodlar psixoloji baxımdan nə dərəcədə doğrudur? Qorxu ilə Böyüyən Uşaq: Nəticələr Nə Ola bilər? 1. Anlaşılmaz və məntiqsiz qaydalara inanmaq Uşaq hələ məntiqi düşünməyi tam inkişaf etdirmədiyi üçün deyilən hər şeyə inanır.…

Daha çox

AMB “SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Daha çox

İrəvan nə istəyir?

Rusiya səfiri: Ermənistan istər Aİİ-də, istərsə də Aİ-də ola bilər, amma… Ermənistan bu gün bir ayağı burda, o biri ayağı gorda olan xəstəyə daha çox oxşayır. Guya balaslı siyasət yürüdür, həm Avrasiya İqtisadi İttifaqında (Aİİ), həm də Avropa İttifaqında (Aİ) təmsil olunmağın nümunəsini təqdim etmək istəyir. ABŞ-la müttəfiqlik haqda memorandum imzalayır, “axırda-naxırda” bir olacaqlarını elan edir, digər bir tərəfdə isə Vaşinqtonun əzəli düşməni İranla “qardaş-bacı” siyasətindən danışır. Əlbəttə, bütün bu gedişlər “əlacsızlıq” sindromudur, Ermənistan başını itirib. Mümkün deyil ki, İranla və ABŞ, yaxud Avropa İttifaqı ilə bağlanan müqavilələrdə bir-birinə zidd…

Daha çox

Yer qütblərinin yerdəyişməsi təhlükəsi nədir?

Son illərdə Yerin qütblərinin qəfil yerdəyişməsi ilə bağlı fərziyyə həm alimlərin, həm də geniş ictimaiyyətin diqqətini daha çox cəlb edir. SİA mütəxxəsislərin dediklərinə istinadən bildirir ki, qütblərin yerdəyişməsi sırf hipotetik hadisədir və dünyamız üçün potensial fəlakətli nəticələrə səbəb ola bilər. Pole Shift nədir? Qütblərin yerdəyişməsi Yerin coğrafi qütblərinin və deməli, onun fırlanma oxunun nisbətən qısa müddət ərzində Yer qabığına nisbətən öz mövqeyini dəyişməsi hadisəsidir. Bu prosesi ləng baş verən və qlobal təbii fəlakətlərə səbəb olmayan presessiya və ya kontinental sürüşmə ilə qarışdırmamaq vacibdir. Qütb sürüşməsinin mümkün səbəbləri Belə bir dəyişikliyə…

Daha çox

Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin

Türkiyənin Şərqi Anadolu bölgəsi, müxtəlif landşaftı, təbiət gözəllikləri, zəngin tarixi və qonaqpərvər insanları ilə unudulmaz bir səyahət təcrübəsi vəd edir. SİA xəbər verir ki, Sıldırım vadilərdən tutmuş möhtəşəm memarlıq nümunələrinə və heyranedici arxeoloji abidələrə qədər, burada hər kəsi heyrətləndirəcək bir məkan var. Bununla belə, bu füsunkar bölgənin gözəlliyini və müxtəlifliyini tam hiss etmək üçün az tanınan, lakin mütləq görməli olduğunuz məkanlar da mövcuddur. Türkiyənin Şərqi Anadolu bölgəsində yerli sakinlər kimi kəşf edə biləcəyiniz ən maraqlı yerləri sizə təqdim edirik. Malatyada Arslantepe Açıq Hava Muzeyi Dadlı qaysısı və tarixi abidələri ilə…

Daha çox

Ötən il Azərbaycanda qadın sürücülərin sayı artıb

İlin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, ötən il doğulan 102,3 min körpədən 47 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir. Elmi işçilərin 60 faizdən…

Daha çox

BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib

Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib. SİA xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb. Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi. Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib. Bu gün…

Daha çox

“İnsanlar sülh və atəşkəsi qarışdırmasınlar”

Ağ Partiyanın sədri Tural Abbaslının SİA-ya müsahibəsini təqdim edirik: – Bu yaxınlarda ABŞ-də Tramp və Ukrayna prezidenti arasında görüş keçirildi. Bu görüş dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hətta müəyyən reaksiyalar baş verdi. Bu görüşün özünəməxsusluğu nədədir? Nəyə hesablanmışdı və nə ilə nəticələndi? – Niyyət nə idisə, o da oldu. Tramp seçilməmişdən əvvəl də Ukraynanın Amerika üçün zərərli layihə olduğunu, Trampın təbirincə desək, “ağlını itirmiş qocanın” Amerikanı çəkdiyi savaş kimi ona baxır. Zelenskini dəvət edib, Amerikanın indiyə qədər oraya xərclədiyi pulları geri almaq və Rusiya ilə reallığı nəzərə alaraq atəşkəsi təmin…

Daha çox

Ukrayna NASA-ya robotlar tədarük etməyə başlayıb

Artıq sınaq partiyası ABŞ-a göndərilib Ukrayna NASA-ya robotlar tədarük etməyə başlayır. Sınaq qrupu artıq ABŞ-a yola düşüb. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın baş nazirinin müavini, rəqəmsal transformasiya naziri Mixaylo Fedorov bildirib. Onun sözlərinə görə, əməkdaşlığa NASA-nın təşəbbüs göstərməsi vacibdir. DroneUA-dan olan tərtibatçılar isə yaxın gələcəkdə NASA ilə sistematik tərəfdaşlıq qurmağa ümid edirlər. …Müharibə müdafiə texnologiyaları bazarına güclü təkan verdi, texnologiyalarımız çox sürətlə inkişaf edir. Məqsədlərdən biri də avadanlığın xaricə çatdırılmasıdır, çünki bu, büdcəyə milyardlarla gəlir gətirə bilər. Ukrayna texnologiyaları hər yerdə effektivdir. Quruda, suda…

Daha çox