Ruslar üçün vizasız gediş-gəlişin ən asan olduğu ölkə…

…Belarus Rusiyadan gələn turistlər üçün ən əlçatan vizasız xarici ölkə olaraq qalır. SİA-nın məlumatına görə, 2025-ci ildə bu qonşu ölkəyə ekskursiya turlarına tələb mövsümdənkənar olsa da yüksək olaraq qalır. Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, Belarus rusiyalı turistlər üçün ən əlçatan vizasız istiqamət olub. Bu qonşu ölkəyə ekskursiya turlarına tələbat mövsümdənkənar da daxil olmaqla 2025-ci ildə yüksək olaraq qalır. “Dolfin” və “İnturist” şirkətləri 2023-cü illə müqayisədə sifarişlərin müvafiq olaraq 1,5 və 2,2 dəfə artdığını qeyd edirlər. ATOR bildirir ki, Belarusa üç və ya dörd günlük bir tur adambaşına təxminən 43,5 min…

Daha çox

Adımıza saxta sosial şəbəkə hesabı açanlar qanunla necə cəzalandırılır?

“Son zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırlar. Saxta profil və səhifələr isə müxtəlif məqsədlər üçün yaradılır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə” adlı 148-1-ci maddəsində qeyd edilir ki, “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma…

Daha çox

Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışına qatılacaq

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin İğdır şəhərində səfərdədirlər. SİA xəbər verir ki, bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə biz İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak üçün sərhəd yaxınlığındakı İğdır şəhərindəyik ”, – paylaşımda qeyd olunub. A.Bayraktar vurğulayıb ki, səfər şəhərin valisi Erkan Turanın ofisini ziyarətlə başlayıb: “Biz bu strateji layihədə şəhərimizin rolunu, eləcə də İğdırın enerji ehtiyaclarını müzakirə etdik”. Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin…

Daha çox

İlham Əliyev Ankaraya işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib. SİA xəbər verir ki, Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

Rusiyada avtomobil biznesi ciddi tənəzzüldədir

2025-ci ilin fevralında Rusiyada ölkə üzrə çox az avtomobil satılıb: 2023-cü ilin fevral ayı istisna olmaqla, on illik antirekord qırılıb. SİA-nın məlumatına görə, Avropa Biznesləri Assosiasiyasının Avtomobil İstehsalçıları Komitəsinin rəhbəri Aleksey Kalivtsev bildirib ki, fevralda ölkə üzrə təxminən 80 min avtomobil satılıb. Satışlar 2024-cü ilin fevral ayı ilə müqayisədə 24 faiz azalaraq 10 ilin ən aşağı göstəricisidir. Avropa Biznesləri Assosiasiyası ümid edir ki, bazar öz sürətini özü tənzimləyəcək və satış vəziyyəti sabitləşəcək və daha proqnozlaşdırıla bilən hala gələcək. Hələlik Assosiasiya vəziyyəti qeyri-sabit kimi qiymətləndirir və böyük ehtimalla azalma tendensiyası davam…

Daha çox

Sosial yardım almaq üçün hansı şərtlər tələb olunur?

“Azərbaycanda işsiz gənclər ünvanlı dövlət sosial yardımı ala bilirlər. Bunun üçün təbii ki, müəyyən şərtlər tələb olunur, müəyyən prosedurlardan keçməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov deyib. Onun sözlərinə görə, ilk növbədə iş axtaran kimi onlar qeydiyyatdan keçə bilərlər. “Bunun üçün isə 15 yaşı tamam olmalıdır ki, iş axtaran statusu olsun. İnternet üzərindən Elektron Hökümət var, E-sosial internet platformaları vasitəsi ilə vətəndaşlar qeydiyyatdan keçə bilərlər. Orada əməklə məşğulluq ad sistemində iş axtaran kimi qeydiyyata durmalıdırlar. Bundan sonra onlara münasib iş təklifi edilir. Adətən belə adamlara iş təklif edilmədikdə…

Daha çox

AAYDA sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib. SİA-nın agentliyə istinadən verdiyi məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq…

Daha çox

“Zelenski axtardığı təhlükəsizlik zəmanətlərini Avropada da tapa bilmədi”

“Ağ Evdə Zelenski-Tramp görüşməsindən sonra bir çox dəyərlər, o cümlədən hüquq ilə bağlı olan, diplomatiya ilə bağlı olan dəyərlər bir növ dəyərsizləşdirildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, nəticədə bugünkü beynəlxalq münasibətlər sisteminin və dövlətlərarası münasibətlərin yenilənməyə nə qədər ehtiyacı olduğu üzə çıxdı: “Belə halda, əlbəttə ki, ərazisi işğal olunmuş bir ölkənin prezidenti kimi Zelenskinin öz olkəsinə maraqlarını müdafiə etmək üçün başqa ünvanlara üz tutması vacibliyi yaranmışdır. O da, şübhəsiz ki, Avropanı seçdi. Amma düşünürəm ki, geniş mənada avro-atlantika siyasəti ortaq dəyərlərdən, ortaq siyasi təfəkkürdən…

Daha çox

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir…

“Bu şəkildə daha yaxşı olacaq…” …Bu arada Rusiyada köhnə tezis bir daha xatırlanıb: “sanksiyalar yalnız bizim üçün faydalıdır”..? SİA-nın məlumatına görə, Dövlət Dumasının deputatı Anatoli Vasserman ruslara qarşı tətbiq edilmiş sanksiyaların zəiflədilməsi və ya ləğv edilməsinin əleyhinə çıxış edib. Rusiyalı deputatın fikrincə, Rusiya beynəlxalq sanksiyalar dövründə ölkənin daha müstəqil olduğunu unutmamalıdır. Vasserman hesab edir ki, buna görə də ABŞ prezidenti Donald Trampın mümkün məhdudiyyətləri aradan qaldırması Rusiya Federasiyasının xeyrinə olmayacaq. …Sanksiyaların ləğvi bizim üçün yaxşı deyil, çünki başqa ölkələrlə qarşılıqlı əlaqədə bizə qarşı çoxlu məhdudiyyətlər…

Daha çox