Milli Aviasiya Akademiyasında (MAA) “Silk Way West Airlines” şirkəti ilə birgə idarəçilik məqsədilə “Boeing 777” tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Akademiyadan bildiriblər ki, tədbirdə MAA-nın rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Silk Way Group”un şirkətlər qrupunun prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər. MAA-nın rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli…
Daha çoxDay: March 10, 2025
Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər
…2025-ci ildə bir çox rusiyalı mazut sızması ilə bağlı ekoloji fəlakət səbəbindən Anapada istirahət etməkdən imtina edib. Bəzi məlumatlara görə, ötən illə müqayisədə bron edilmiş turların sayı 40-80 faiz azalıb. SİA-nın məlumatına görə, Anapada baş verən hadisə ilə əlaqədar Qara dənizin digər kurortlarında istirahət qiymətləri xeyli artıb. Turizm mütəxəssisləri bu vəziyyətin Ural sakinlərinin planlarına necə təsir edəcəyini izah ediblər. Turizm agenti Dmitri Denqolts hesab edir ki, vəziyyət Soçi, Abxaziya və Dağıstana üstünlük verən turistlər üçün maneə olmayacaq. Ancaq tətillərini Anapa, Gelendjik və yaxınlıqdakı şəhərlərdə keçirməyə öyrəşmişlər üçün bu, problemə çevrilə…
Daha çoxDMX rəisi IV “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov IV “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüşüb. Bu barədə SİA-ya DMX-dən məlumat verilib. Bildirilib ki, Dövlət Xidmətinin rəisi Şahlar Məmmədovu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində qalibin gözləntiləri də nəzərə alınmaqla ona maraq kəsb edən sahələrdə müzakirələr və gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün şərait yaradılacaq. IV “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədov isə öz növbəsində Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə…
Daha çoxErmənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəmə prosesi əleyhinə təbliğat aparır
Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Daha çoxTürkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək
Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək. SİA bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər. Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.
Daha çox57,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-fevral aylarında 57,4 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 18,5 min şəxs münasib işlərlə təmin olunub, 816 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Həmin dövrdə Agentlik tərəfindən 653 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 37,4 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Daha çox“Qərb Birliyi bu təşkilata qarşıdır”
“BRICS sammiti beş dövlətdən təşkil olunur. Bu blok yaransa da hələ dünyada güc mərkəzi və blok kimi qeydiyyata alınmayıb. Amma təbii ki, dünyada bir çox proseslərə həm iqtisadi, həm də siyasi proseslərə təsir etməli imkanında olan qurumdur. Bu dövlətlər dünya əhalisinin təqribən 45% əhatə edir. Dünya iqtisadiyyatının da təqribən 37-38%-ni əhatə edir. Bu birliyə daxil olan dövlətlər hal-hazırda inkişaf dövrünü yaşayır. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada müəyyən iqtisadi böhran və tətbiq olunmuş tədris siyasəti var. Amma məsələn, həm Braziliya, həm də Çin iqtisadiyyatı hal-hazırda inkişaf etməkdədir. Cənubi Afrika dövləti,…
Daha çox“Ölkəmizdə qadın hüquqları yüksək səviyyədə qorunur”
“Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider həmişə ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına, qadınlarımızın rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib: “Heydər Əliyevin 1998-ci il 14 yanvar…
Daha çoxDonald Tramp Elon Muskın səlahiyyətlərini məhdudlaşdırıb
ABŞ-da müzakirə mövzusu olan məsələlərdən biri də ABŞ prezidenti Donald Trampın məsləhətçisi olan Elon Muskın səlahiyyətləri idi. Donald Trampdan yeni addım gəldi. Tramp Elon Muskın səlahiyyətlərini məhdudlaşdırır. SİA Haber Global-a istinadən xəbər verir ki, texnologiyaya milyarderi Elon Muskın Tramp Administrasiyasında məsləhətçi rolunun miqyası hələ də məlum deyil. Bu məsələdə narahatlıq federal qurumlarda, hətta Trampın partiyasında da artsa da, kritik bir inkişaf baş verib. ABŞ prezidenti Donald Tramp qarşıdurmanın mərkəzində Muskın səlahiyyətlərini məhdudlaşdırıb. Bu barədə qərar Muskın da iştirak etdiyi 2-ci Nazirlər iclasında qəbul edilib.
Daha çoxAzercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
Şirkət Mülki Müdafiə Gününə həsr olunmuş konfransda iştirak etdi 1 mart -Ümümdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda konfrans keçirilib. “Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamentinin Biznesin Dayanıqlılığı şöbəsinin rəhbəri Anar Mirzəyev tədbirdə “Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi” mövzusunda təqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladə hallara hazırlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər haqqında danışıb. Qeyd edək ki, Azercell 2021-ci ildən etibarən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir.…
Daha çox