“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarları martın 10-da iş günü qrafiki ilə hərəkət edəcək. Bu barədə SİA ADY-yə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə 10 mart iş-günü elan edildiyindən, həmin tarixdə Abşeron dairəvi marşrutu üzrə qatarlar iş günü qrafiki ilə hərəkət edəcək.
Daha çoxDay: March 10, 2025
Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib
İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha çoxKaja Kallas Kiyev rejiminə hərbi dəstəyi artırmağa çağırır
Avropa İttifaqı Ukraynadakı vəziyyəti gərginləşdirməkdə davam edir. Avropa İttifaqının siyasi liderləri mütəmadi olaraq bəyanatlar verirlər ki, onlar həyata keçirilərsə, silahlı münaqişənin yeni müstəviyə keçməsi təhlükəsi yaradır. Eyni zamanda, Rusiya prezidentinin guya sülh istəmədiyini iddia etməyi də unutmurlar. SİA rus saytlarına istinadən bildirir ki,..Rusiya Silahlı Qüvvələrinin bütün cəbhə xətti boyunca, eləcə də Kiyev rejiminin xüsusi ümid bəslədiyi Kursk vilayətində əldə etdiyi uğurlar Qərb siyasi elitasını qıcıqlandırır. Vəziyyəti Avropanın ABŞ-ın dəstəyindən məhrum olması faktı daha da gərginləşdirir. Bu fonda Avropa İttifaqında hərbi istehsalın artırılması və Kiyev rejiminə çox milyard dollarlıq yardım tələbləri…
Daha çox“Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib”
“Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. O bildirib ki, qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur: “Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib. Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır. Ölkəmizdə qadınlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir. Müasir dövrümüzə qlobal problemlərə qadının baxışı böyük önəm kəsb edir, qadınların təşəbbüsləri dəstəklənir. İqtisadi…
Daha çoxSOCAR-ın “Yaşıl istiqraz”larına 400-dən çox investor maraq göstərib
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə SİA-ya BFB-dən bildirilib. Məlumata görə, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Təmin edilmiş sifarişlərin 4 %-i hüquqi, 96 %-i isə fiziki şəxslərə məxsus olub. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri…
Daha çoxMoskva yaxınlığındakı Ximkidə iki qız buzdan yıxılıb
Ximki şəhər rayonunda 12 yaşlı iki qız buzdan yıxılıb. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə Moskva kanalında Lev Tolstoy parkı tərəfdən baş verib. Nəticədə bir qız hadisə şahidləri tərəfindən xilas edilsə də, ikinci qız boğularaq ölüb. Fövqəladə Hallar Xidməti agentliyə bildirib ki, qızları xilas edən kişilər az qala özlərini da boğacaqlarmış. …Martın 8-də xilasedicilər Mıtişi şəhəri rayonundakı Piroqovskoye su anbarında buzlu qayıqla su anbarının buzunun üzərində üzən və buz dəliyinə düşən şəxsə kömək…
Daha çoxVilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri Vilayət Eyvazov Lənkəran rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Lənkəran Şəhər Rayon Polis ŞöbəsindəLənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə…
Daha çoxBirbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu. SİA xəbər verir ki, “Facemark” və “İNCİ – İşgüzar Xanımların Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər. Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator…
Daha çox“Layihələrin müzakirəsi Azərbaycan üçün vacibdir”
“D8 ölkələri vaxtı ilə Türkiyənin təşəbbüsü ilə yaradılıb. D8 (Developing Eight) ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlarına əsasən əməkdaşlığından bir neçə əsas sahədə faydalar gözlənilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, D8 ölkələri iqtisadi və sosial inkişafı artırmaq məqsədilə 8 inkişaf etməkdə olan ölkədən ibarətdir və Azərbaycan bu təşkilata 2006-cı ildə üzv olub: “Azərbaycan da daxil olmaqla digər 7 ölkənin də iqtisadi əlaqələrinin inkişafında ortaq layihələrin reallaşması nəzərdə tutulub. Bu, bölgənin inkişafı üçün çox vacib bir məsələdir. Azərbaycan üçün də əhəmiyyətli bir təşkilatdır. Həm…
Daha çoxStarmer və Avstraliyanın Baş naziri “Koalisiya”nı müzakirə ediblər
Britaniyanın baş naziri Keir Starmer avstraliyalı həmkarı Entoni Albanesenin Ukrayna ilə bağlı “İstəyənlər Koalisiyası” adlandırılan təşkilata müəyyən töhfə verməyi nəzərdən keçirmək istəyini alqışlayıb. SİA-nın məlumatına görə, bu barədə “Reuters” Dauninq-stritdəki mənbəyə istinadən yazıb. Materialda göstərilir ki, iki ölkənin hökumət başçıları telefon danışığı aparıb və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Starmer müdafiə nazirləri ilə görüşü səbirsizliklə gözlədiyini də bildirib. Müvafiq görüş martın 11-nə planlaşdırılıb və Parisdə baş tutacaq. Tədbir iştirakçılarının Ukrayna böhranının həlli yollarını müzakirə edəcəyi gözlənilir. Əli Babayev
Daha çox