Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını qrafikdən əvvəl ödəyib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.
Daha çoxDay: March 10, 2025
“Neft qiymətləri ikinci rübdən başlayaraq artacaq”
“İndiki şəraitdə qlobal neft təsisatı mənzərəsini dəyərləndirmək bir az çətindir. Çünki qlobal qeyri – müəyyən siyasi vəziyyət yaxın dövrlərdə neft bazarlarındakı vəziyyəti dəyərləndirməyi bir az çətinləşdirir. Təbii ki indiki şəraitdə neft qiymətlərini təhdid altına alan əsas faktorlardan biri ABŞ-də prezident seçkisindən sonra Donald Trampın yürütdüyü neft siyasəti ilə bağlıdır. Bu siyasət neft qiymətlərini və eyni zamanda qlobal neft bazarlarının gələcəyini təhdid altına alır. Çünki Trampın siyasəti qiymətlərin düşməsinə səbəb ola bilər. Ticarət müharibələri və gömrük vergilərinin əhəmiyyətli dərəcədə artması son nəticədə qlobal iqtisadi tənəzzülə gətirib çıxara bilər ki, bu da…
Daha çox“Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi türk dünyasının inkişafına xidmət edir”
“Əvvəla onu deyim ki, Azərbaycanla Türkiyənin münasibətləri hər baxımdan böyük önəm kəsb edir və bu münasibətlər əsrlərin sınağından uğurla çıxmış münasibətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, uzun illər ərzində möhkəmlənən bu münasibətlər bir sıra vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib: “Belə layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir. Prezident İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur…
Daha çoxZelenski açıqlama verib…
Ukrayna Səudiyyə Ərəbistanına ABŞ nümayəndə heyəti ilə görüşmək üçün 4 rəsmi göndərməyi planlaşdırır. SİA xatırlafır ki, Ukrayna prezidenti Vladimir Zelenskinin verdiyi məlumata görə, Ukrayna komandası Ukrayna Prezidentinin (OPU) Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sıbiha, müdafiə naziri Rustem Umerov və OPİ rəhbərinin müavini Pavlo Palisadan ibarət olacaq. …Gələn həftə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam və vəliəhd şahzadə ilə bazar ertəsi görüşümdən sonra Ukraynanın diplomatik və hərbi nümayəndələri çərşənbə axşamı Amerika komandası ilə görüşdə qalacaqlar, – deyə Zelenski qeyd edib. O əlavə edib ki, Ukrayna tərəfində “konstruktivliyə aydın…
Daha çoxTələbələr Novruz tətilini harada və necə keçirəcəklər
Min illərdir bir çox xalq tərəfindən qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri də fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur.Bu məsələ ilə bağlı SİA tələbələrin fikrlərini öyrənməyə çalışıb. Tələbə Tamilə Əzizova: “Daşkəsən rayonunun Bayan kəndində Novruz bayramının keçirilməsi xüsusi ab-havada olur. Hər çərşənbələrdə Novruz inancına görə, subay qadınlar fala baxmaqla evlənəcəyi tarixi müəyyən edərlər. Üzüyü suyun üzərinə qoyub bir balaca tərpətməklə dayanana kimi sayını sayırlar və həmin saya görə də qızın ailə həyatı qurmaq üçün yaşı təyin edilir. …
Daha çoxEnergetika naziri Saatlıda vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi, transformatorun istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edib.
Daha çoxCeyhun Bayramov Qazaxıstana gedəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə SİA Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır.
Daha çoxİsveçdə kişi və qadın arasında bərabərlik əlçatmaz olaraq qalır
Son iyirmi il ərzində İsveç cəmiyyətində qadınlar və kişilərin bərabər imkanlarının təmin edilməsi hədəfinə nail olmaq üçün siyasət aparılır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla belə, bir sıra sahələrdə inkişaf dayanıb və gender bərabərliyi əlçatmaz olaraq qalır. Ölkədə 5,26 milyon qadın yaşayır. Son onilliklərdə bərabərlik məsələlərində əhəmiyyətli irəliləyişlər əldə olunub, lakin Gender Bərabərliyi Agentliyinin (Jämställdhetsmyndigheten) təhlilinə əsasən proses dayanıb. Siyasətdə, məsələn, bələdiyyə səviyyəsində qadınların payı son 25 ildə təxminən 40 faizə bərabərdir. İqtisadi baxımdan qadınlar hələ də kişilərdən ayda təxminən 4 min kron (təxminən 380 dollar) az qazanırlar, əməkhaqqında…
Daha çoxTexniki Universitetdə tələbələrlə görüş
7 mart 2025-ci il tarixində “QAYIDIŞ” İctimai Birliyinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızının tələbələrlə görüşü keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Texniki Universitetinin Humanitar fənnlər kafedrasının müdiri dosent Hebib Mirzəyev çıxış edərək bu kimi tədbirlərin və ərsəyə gələn kitabların gənclik və gələcək nəsillər üçün mahiyyətindən danışıb. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və vətənpərvərliyin təbliğatı üçün “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn kitablar haqqında layihənin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədov ətraflı məlumat verərək kitabları…
Daha çox“Azərkosmos” Macarıstanda təlim keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “Təlim və Konsultasiya” proqramı çərçivəsində Macarıstanda təlim keçirib. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir. Məlumata görə, “Peyk İdarəetmə və Yerüstü Sistemlər” (Satellite Control & Ground Systems) adlı təlim 3-6 martda Budapeştdə baş tutub, “4iG Space & Defence Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub, onun tabeliyində olan “Hungaro DigiTel” və “Remred” şirkətlərinin mühəndis və rəhbər şəxslərini bir araya gətirərək onlara dəyərli bilik və təcrübə qazandırıb. “Azərkosmos” bu təlimin keçirilməsi ilə təlim və konsultasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da gücləndirir və…
Daha çox