Zelenski Səudiyyə Ərəbistanına gəlib

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparmaq üçün Ciddəyə gəlib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazır. Martın 11-i çərşənbə axşamı, fevralın 28-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Zelenski arasında mübahisədən sonra Kiyev və Vaşinqton nümayəndələri arasında ilk rəsmi görüş Səudiyyə Ərəbistanında baş tutacaq. Əli Babayev

Daha çox

Şəhər sakinləri Yel çərşənbəsini necə qeyd edəcək?

Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsidir. Xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Badi (külək) çərşənbə”, “Nəfəs çərşənbə”, Muğanın bir sıra kəndlərində isə “Heydər çərşənbə” adlandırılır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. SİA şəhər sakinləri arasında yel çərşənbəsini…

Daha çox

Dünya bazarlarında neftin qiyməti azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,48% azalaraq 1 barelə görə 70,02 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,55% azalaraq 1 barelə görə 66,67 ABŞ dollarına bərabər olub.

Daha çox

“Aİ Azərbaycana münasibətdə qərəzli mövqelər nümayiş etdirir”

“Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin aprel ayının 5-də Ermənistanın Baş naziri, Yeni Avropa Şurasının prezidenti və ABŞ-nin həmin dövrdə olan dövlət katibi Blinken arasında Brüsseldə görüş baş tutdu. Bu görüşdən bildirilirdi ki, görüşün keçirilməsinin məqsədi Ermənistan əlavə təhlükəsizlik təminatının verilməsindən ibarətdir. Azərbaycan tərəfi buna sərt reaksiya nümayiş etdirdi. Sonra görüşün keçirilməsinin motivlərini fərqli təqdim etməyə başladılar. Guya Ermənistanın iqtisadi inkişafın dəstəklənməsi, cəmiyyətin demokrasifləşməsinə köməyin edilməsi və s. kimi iqtiqamətlərdə izah etməyə başladılar. Amma əslində görüşün əsas məqsədi ondan ibarətdir ki, Ermənistana ciddi dəstək olunsun və həmin dövrdə də Avropa…

Daha çox

Vilayət Eyvazov Şimali Makedoniya DİN rəhbəri ilə görüşüb

Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. SİA DİN-ə istinadən xəbər verir ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. V.Eyvazov, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində…

Daha çox

“Səfər Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir”

“Öncəliklə onu xüsusilə qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyevin qardaş ölkəyə növbəti səfəri və səfər zamanı martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı istər Azərbaycan-Türkiyə əməkdaşlığı, istərsə də ümumilikdə Türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir. Əvəlla ona görə ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var”. Bu sözləri…

Daha çox

Danimarka Ukraynaya qoşun yeritməsi ilə bağlı bəyanat yayıb

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ölkəsinin Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə DR teleradio şirkətinə istinadən xəbər verir. Rasmussenin sözlərinə görə, Danimarka Ukraynada Avropanın mövcudluğunu təmin etmək üçün öz sülhməramlı kontingentini təqdim etməyə hazırdır. …Əgər söhbət atəşkəs və ya sülh razılaşması əldə etmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gəlirsə, o zaman Danimarka, prinsipcə, buna hazırdır. Bunu Rasmussen bildirib. Bundan əvvəl Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen hadisələrin bu cür inkişafı barədə danışmaq üçün hələ tez olduğunu bildirmişdi. Nazir həmçinin…

Daha çox