Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. SİA xəbər verir ki, martın 12-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq. AMB-nin İdarə Heyəti ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlayır. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir. Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq:…
Daha çoxDay: March 11, 2025
Aİ Ermənistanı silahlandırır
Bakı isə yenidən İrəvanı əməkdaşlığa çağırır Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvana qarşı iddialarla çıxış edib. Foto RİA Novosti Qondarma “dqr”-in keçmiş rəhbərlərinin məhkəməsi zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış separatçı qurumla bağlı mühüm faktlar üzə çıxır. Ermənistan hakimiyyətinin Bakıda keçirilən dinləmələrlə bağlı reaksiyası isə terrora, separatçılığa haqq qazandırmaqdır. Ermənistan hökuməti məhkəmənin əleyhinə lazımsız təbliğat aparmaqdansa Azərbaycanla əməkdaşlıq etsə məsələnin həlli, daha doğrusu sülh danışıqlarında irəliləyiş əldə edilə bilər. “Sülh üçün səmimi istək və Azərbaycanla münasibətlərə yeni bir başlanğıc, digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini etiraf etmək və müharibə cinayətlərində…
Daha çoxMünxendə məktəb avtobusu tramvayla toqquşub…
…9 uşaq xəsarət alıb Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus isə ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
Daha çox“Dostluq” kinoteatrının binasının yenidən qurulması ilə bağlı müsabiqənin nəticələri açıqlanıb
Azərbaycan Memarlar İttifaqında keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və sonrakı istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üzrə müsabiqənin münsiflər heyətinin iclası keçirilib. Bu barədə SİA-ya Memarlar İttifaqından məlumat verilib. Müsabiqənin məqsədi və əhatə dairəsi Müsabiqə binanın ərazisinin istifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədilə elan edilib və mülkiyyətçinin binadan istifadəyə dair yekun qərar qəbul etməsi üçün tövsiyə xarakteri daşıyır. Müsabiqəyə aparıcı memarlıq büroları, dizayn studiyaları və müstəqil mütəxəssislər də daxil olmaqla xeyli sayda iştirakçı cəlb olunub. Təqdim olunan layihələr kreativliyi və innovativ yanaşmaları ilə fərqlənib. İştirakçılar və təqdim…
Daha çoxANAMA auditor seçir
Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 59 manatdır. İddiaçılar təkliflərini aprelin 10-na qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər. Təkliflərə aprelin 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 29,5 min manat ödənilib.
Daha çox“Bütün əsas siyasi partiyaların bir yerdə toplanması…”
Məlumdur ki, ötən günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə bağlı səfərdə iştirak edən politoloq Züriyə Qarayeva və Aytən Qurbanovanın fikirlərini öyrənib. Politoloq Züriyə Qarayeva: “2020-ci ildə Vətən müharibəsindəki qələbə ilə suverenlik bayrağını göylərə qaldıran ölkəmiz, bu gün təkcə torpaqlarını deyil, siyasi arenada birliyini də zəfərlərlə bəzəyir. Prezident İlham Əliyevin qətiyyəti ilə başlayan bu…
Daha çoxKursk vilayətində Ukrayna qüvvələri üçün təhlükə yoxdur
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bəyan edib ki, hazırda Kursk vilayətində Ukrayna bölmələrinin mühasirəyə alınması təhlükəsi yoxdur. Baş Qərargahın yaydığı məlumatda bildirilir ki, hərbi komandir hazırda Kursk qüvvələri qrupunun əməliyyat zonasında işləyir. Sırskinin sözlərinə görə, Sumı vilayətinin Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhədində vəziyyət Müdafiə Qüvvələrinin nəzarətindədir. …Sərhəd xətti boyunca adları rus təbliğatçılarının hesabatlarında qeyd olunan bir sıra yaşayış məntəqələri artıq faktiki olaraq yoxdur – onlar işğalçının atəş gücü ilə dağıdılıb. SİA-nın məlumatına görə, bunu Ali Baş Komandan vurğulayıb. …Rusların Şimali Koreya piyadaları ilə gücləndirilmiş xeyli sayda…
Daha çoxTarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət destinasiyası Qaziantep
Qədim tarixi, zəngin mədəniyyəti və dillərə dastan mətbəxi ilə Qaziantep, turistlər üçün unudulmaz bir təcrübə vəd edir. SİA xəbər verir ki, minilliklər boyunca müxtəlif sivilizasiyaların izlərini daşıyan bu şəhər, həm tarix sevərləri, həm də ləzzət axtaranları valeh edəcək məkanlarla doludur. Əgər siz tarixi abidələrlə tanış olmaq, canlı bazarlarda yerli sənətkarlığın incəliklərini kəşf etmək və ənənəvi Antep mətbəxinin dadına baxmaq istəyirsinizsə, Qaziantep sizin üçün mükəmməl bir seçimdir. Gəlin, Qaziantepin füsunkar tarixi yerlərini, görməli məkanlarını və ləzzət dolu kəşflərini birlikdə kəşf edək! Zeugma Mozaika Muzeyi – Qaziantep Zeugma Mozaika Muzeyi sənət tarixçilərinin,…
Daha çoxBöyük Qayıdışa dair I Dövlət Proqramıyla əlaqədar Hesabat hazırlanıb
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabat hazırlanıb. SİA-nın xəbərinə görə, İqtisadi Şuranın bu gün keçirilən iclasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub. Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Daha çoxDumanlı havada yol-nəqliyyat qaydalarına necə əməl etməliyik?
“Dumanlı hava da bir ərazi üzrə nəqliyyat vasitəsini idarə edən şəxs onun yaxın və uzaq fara ışıqları nəzarətdə saxlamalıdır. Yəni duman ışıqlarını nəzarətdə saxlamalıdır. Həmçinin duman zamanı digər nəqliyyatlarla ara məsafəsini gözləməlidir. Bu və digər nöqtədə fikrini yayındıracaq yoldan kənar müdaxilələrə baş qoşmamalıdır”. Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov SİA-ya açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bütün bu elementlər hamısı yerinə yetirilməli vacib məsələlərdir: “Bu kimi məsələləri mütləq dərəcə də fikirləşmək lazımdır. Çünki dumanlı havalarda yol nəqliyyat hadisələri baş verməsin. Bunun üçün əsas prioritet insanların bir-birinə diqqətli olmasıdır.…
Daha çox