“Azərbaycan Bakı-Tblisi-Qars dəmiryolunu bağlayıb”

“Martın 5-6 da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri çox mühüm bir ərəfədə oldu. Belə ki, həmin səfər zamanı Naxçıvan qaz kəmərinin açılışı oldu. Bu da Naxçıvana sabit qaz təminatının təmin olunması üçün çox müsbət bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, biz Naxçıvana İran vasitəsilə qaz alırdıq: “İndi isə Azərbaycan qazı Türkiyə üzərindən həm Türkiyə həm də Avropanın 10-dan artıq ölkəsinə nəql olunur. Eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığı bundan irəli gəlirki, 2021-ci ildə bizim müttəfiqlik haqqında strateji əməkdaşlığımız bəyannaməsi…

Daha çox

Londonda “Tower Bridge” körpüsü bağlanıb

Londonda yerləşən məşhur “Tower Bridge” körpüsü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisəyə bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub, xilasetmə məqsədilə nərdivan quraşdırılıb və həmin şəxslə ünsiyyət qurmağa cəhd edilib. Təxminən iki saat sonra London polisi şəxsin təhlükəsiz şəkildə yerə endiyini və körpünün qısa müddət ərzində yenidən açılacağını açıqlayıb. Polis məsələ ilə bağlı əlavə məlumat verməyib.

Daha çox

DİQQƏT: Sabahdan hava yenidən dəyişir?

“Martın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Qurum rəsmisi bildirib ki, bəzi yerlərdə ara-bir duman olacaq: “Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 10°-15° isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə ara-bir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə saatlarında 17°-22°, dağlıq ərazilərdə isə 8°-13° dərəcə isti olacaq”. Müəllif: Qumral Əlizadə

Daha çox

Azərbaycana BTİ-nin layihəsinə tərəfdaş olmaq təklifi edilib

Bu ilin sonu, noyabrın 17-dən 28-dək Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) toplanacağıq. Fəxr edirəm ki, bu konfrans Bakıda keçiriləcək. SİA xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı deyib. “Qlobal ictimaiyyətimiz, bütün BTİ üzvləri rəqəmsal əlaqəni artırmaq, insanlarımızın internetdən çox mənalı istifadə etməsinə əmin olmaq üçün, ən ağrılı, kəskin maddələri və sahələri müzakirə etmək üçün bir araya gələcək. “Onlayn Azərbaycan” layihəsi rəqəmsal infrastrukturun müasir texnologiyalar və platformalarla təkmilləşdirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərin parlaq nümunələrindən biridir”, –…

Daha çox

Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rəsmi səfər çərçivəsində martın 11-də nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Daha çox

Makron Rusiya haqqında yalan danışmaqda ittiham olunur

Fransa prezidenti Emmanuel Makron diqqəti ölkənin daxili problemlərindən yayındırmaq üçün Rusiya təhlükəsi barədə yalan danışır, “Aris, France” partiyasının lideri Nikola Dupon-Aignan deyib. SİA-nın məlumatına görə, bu barədə “France Info” yazır. Fransa lideri martın 5-də xalqa Rusiyanın “Fransa və Avropa üçün təhlükəyə” çevrildiyini deyib və Fransanın nüvə silahından bütün Avropa İttifaqını müdafiə etmək üçün istifadə edilməsini müzakirə etməyə çağırıb. …Avropa İttifaqı üçün Rusiya təhlükəsi yoxdur. Bu, fransızları qorxutmaq, ictimai rəyi manipulyasiya etmək və ölkəmizi daha da borca ​​batmaq üçün respublika prezidentinin uydurduğu cəfəngiyyatdır, – deyə siyasətçi vurğulayıb. Dupon-Aignan deyib ki, Makron…

Daha çox

“Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub”

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən…

Daha çox

“X” sosial şəbəkəsində genişmiqyaslı nasazlıqlar müşahidə edilir

“X” sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri xidmətin genişmiqyaslı nasazlıqlarından şikayət edirlər. SİA xəbər verir ki, ən çox şikayət Yaponiyadan – 87,97 min, ABŞ-dən (21,21 min) və Böyük Britaniyadan (10,84 min) daxil olub. Əhəmiyyətli nasazlıqlar Almaniya, Fransa, Niderland, İtaliya, Kanada, İspaniya, Türkiyə və bir sıra digər ölkələrdə qeydə alınıb. İstifadəçilərin əksəriyyəti tətbiqin işində, veb-saytda və serverlə bağlantıda xətalar barədə şikayət edib.

Daha çox

Milli Məclisin sədri Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Şalva Papuaşvili bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunverici orqanın rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib. Ş.Papuaşvili Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq deyib ki, intensiv səfərlər və sıx qarşılıqlı təmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O, ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə…

Daha çox

“Rusiyanın tükənmiş qoşunları dayanıb..?”

Ukraynalılar Donbassda əks-hücuma keçiblər..? …Ukrayna qüvvələri Donetsk vilayətinin şərqində Rusiyanın irəliləyişini dayandırmağa nail olub və tədricən kiçik əraziləri geri almağa başlayıb. SİA-nın məlumatına görə, bunu “The New York Times” ukraynalı hərbi rəsmilərə və analitiklərə istinadən yazır. Rusiya təşəbbüsü saxlamağa çalışıb, şərq cəbhəsində hər gün onlarla hücum təşkil etsə də, amma qoşunları xeyli tükənib. 15 aydan çox davam edən fəal hücum texnika və işçi qüvvəsinin itkisinə səbəb olub. …Və Ukrayna ordusu da bu şəraitdən öz xeyrinə istifadə edir. …Son aylarda Rusiyanın Donetskdəki hücum cəhdləri pis hava…

Daha çox