Arkadi Qukasyan məhkəmədə etiraf edib ki…

Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb Martın 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Qarabağda erməni dili ilə bağlı problem olmadığını bildirib. SİA xəbər verir ki, Arkadi Qukasyan Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. A.Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar…

Daha çox

“Bu gün su neftdən bahalıdır”

“Suyun sosial-iqtisadi həyatımızda rolu əbədi və əzəlidir. Yənu əvəzedicisi yoxdur və bu aspektən məsələyə baxmış olsaq, su hər zaman ən vacib həyati predmet olaraq sosial-iqtisadi münasibətlərin əsas komponenti olub. Təbii ki, son yüz ildə sənaye inqilabları fonunda müəyyən mənada neftə olan ehtiyac qabardı. Amma indiki şərtlər daxilində bu öncüllüyün və əhəmiyyətliliyinin suya keçməsini müşahidə etmişik. Suyun artıq nefti əvəzlədiyini deyə bilərik. Bu gün bərpa olunan alternativ enerji mənbələrinin istifadə meyillərinin artması, bu istiqamətdə böyük investisiyalarının qoyulması, texnologiya inkişafının enerji səmərəliyini artırması və istehsal imkanlarının genişləndirilməsi neftə olan təlabatı azaldırsa, bunun…

Daha çox

Siyasi birlik – gücümüzə güc qatan yeni konfiqurasiya

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi islahatları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin birliyinin təmin edilməsi uğrunda atdığı addımların məntiqi davamı adlandırmaq olar. Ölkəmizin daim yeniləşən, müasirləşən siyasi həyatında partiyaların təşəbbüslərlə, yeni təkliflərlə çıxış etməsini də dövlətimizin sağlam siyasi mühiti formalaşdırmaq istəyindən irəli gəldiyini deyə bilərik. Siyasi sistemin komponentləri arasında dialoq, anlaşma, ümumi məsələlərdə birgə fəaliyyət çox önəmlidir. Əlbəttə bunlar olmadan cəmiyyətdə birliyini təmin etmək mümkün olmaz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə daxilində sabitliyin, sağlam siyasi mühitin yaradılmasında məqsədi cəmiyyətdə birliyi, partiyalar arasında anlaşmanı təmin etməkdir.…

Daha çox

Ukraynalı miqrantlar Polşa büdcəsinə 4 milyard dollar əlavə ediblər

Polşada iki milyon ukraynalı yaşayır… …2024-cü ildə Ukraynadan olan miqrantlar Polşa büdcəsinə daxilolmaların 15,1 milyard zloti (təxminən 4 milyard dollar) artmasına töhfə veriblər. SİA-nın məlumatına görə, bu barədə Bankier.pl Polşa İqtisadiyyat Bankının (BGK) məlumatlarına istinadən xəbər verir. Bankın ekspertlərinin fikrincə, ukraynalı miqrantlar Polşada aldıqları sosial yardımın məbləğini xeyli üstələyiblər. Xüsusilə, “Ailə 800 Plus” proqramı çərçivəsində ukraynalıların aldığı hər 1 zlotiyə görə dövlət büdcəsinə təxminən 5,4 zlotı vergi ödəyiblər. 2024-cü ilə qədər Polşada 2 milyondan çox ukraynalı yaşayır, onlardan bir milyonu 2022-ci ildə tammiqyaslı müharibənin başlamasından…

Daha çox

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir. SİA xatırladır ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir. El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək. Yel çərşənbəsinin…

Daha çox

Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Bu barədə SİA muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martin 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.

Daha çox

Parlamentlər arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar. Qeyd olunub ki, bu sənəd qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Daha çox

İndi Rusiyanın da əlində “kozır”ları yoxdur..?

Baxmayaraq ki, cəmi bir neçə həftə əvvəl ABŞ prezidenti onların mövcud olduğunu söyləmişdi …O vaxt, Ağ Evdəki mübahisə zamanı ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskiyə Rusiya ilə potensial danışıqlarda güclü mövqeyə işarə edərək, onun yəni Ukrayna prezidentinin əlində heç bir “kozır” olmadığını deyib. SİA-nın məlumatına görə, ötən gün “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Tramp,..Sən demə, heç Putinin də belə bir “kozır”a sahib olmadığını deyib. …Bilirsiniz, mən deyirəm ki, onların heç bir “kozır”ları yoxdur. Həqiqətən heç kimin üstünlüyü yoxdur. Qeyd edildiyi kimi,…

Daha çox

Ramazanın 11-ci gününün duası

Sabah Ramazan ayının on birinci günüdür. SİA xəbər verir ki, imsak vaxtı saat 05:33-ə, iftar vaxtı isə 18:57-yə təyin olunub. 11-ci günün İmsak duası: “Allahummə-həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niran. Bi-ovnikə ya ğiyasəl-mustəğisin”. Tərcüməsi: “İlahi, bu gün ehsan etməyi mənə sevdir. Bu gün fisq və asilikdən məni ikrah etdir. Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır. Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi,…

Daha çox

“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

Martın 6-da dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Bitget” şirkəti Azərbaycanda yerli media nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı ilə ilk mətbuat konfransını keçirib. Tədbirdə regionda kriptovalyuta bazarının inkişafı, kriptovalyuta istifadəsinin perspektivləri və blokçeyn texnologiyalarının gündəlik həyatda tətbiqi mövzuları müzakirə olunub. “Bitget”in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə şirkət fəaliyyətində qazandığı təcrübələrini bölüşərək, “Bitget”in inkişaf planını və xidmətini təqdim edib. “Bu gün “Bitget” dünyanın ilk beş kriptovalyuta birjasından biri kimi Azərbaycan bazarına genişlənməyi planlaşdırır. Biz həm pərakəndə, həm də institusional istifadəçilər üçün yüksəkkeyfiyyətli və təhlükəsiz xidmətlər təqdim edərək, biznesimizi…

Daha çox