Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SIA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
Daha çoxDay: March 11, 2025
Roma Papasının son durumu açıqlanıb
Roma Papası Fransiskin son durumu açıqlanıb. SİA xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 14-dən xəstəxanada olan Papanı müalicə edən həkimlər onun vəziyyətinin davamlı olaraq yaxşılaşdığını qeyd edərək müsbət proqnoz veriblər. Açıqlamada qeyd olunub ki, buna baxmayaraq, ikitərəfli pnevmoniya ilə mübarizə aparan 88 yaşlı pontifik xəstəxanada müalicəsini davam etdirməlidir.
Daha çox“Birbank”ın “PO Growth” proqramına başlanılıb
“Birbank”ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verilib. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq. “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və…
Daha çoxVladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib. SİA xəbər verir ki, Rusiya dövlət başçısının Fərmanı 2025-ci il martın 10-da dərc olunub. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Daha çoxTəbii fəlakətlər sürət qazanır…
Təbiət hadisələrinin Yer kürəsində gələcək həyatı necə təhdid etdiyi məlum olub …Braziliyada Buritikupu şəhəri çökmələrə görə yox olmaq təhlükəsi ilə üz-üzədir. Evləri dağıla biləcək 1200 nəfər üçün fövqəladə vəziyyət elan edilib. SİA-nın məlumatına görə, çökmələrə illərlə torpaq eroziyası və tikintinin düzgün planlaşdırılmaması səbəb olur. …Son 50 ildə dünyada təbii fəlakətlərin sayı 5-6 dəfə artıb. Kəskin temperatur dəyişiklikləri, güclü küləklər və anormal istilik qlobal istiləşmə ilə əlaqələndirilir. Son illərdə antisiklonların bloklanması daha tez-tez baş verir və uzun müddət davam edən həddindən artıq istilərə səbəb olur. 2025-ci…
Daha çoxİnsanlara hücum edən itləri qarşısını necə alınmalıdır?
“İnsanlar küçələrdə yaşayan heyvanlarla bağlı iki cəbhəyə bölünüb. Bir tərəf sahibsiz küçə itlərinin dərhal küçələrdən toplanması və sığınacaqlara salınmasını tələb edir, digər tərəf isə qısırlaşdırılmasını və peyvənd edilməsini, yenidən küçələrə buraxılmasını. Küçə heyvanları sterilizasiya olunmasa, yəni qısırlaşdırılmasa, cütləşmək dövrü gəldikdə aqressivləşirlər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, sterilizasiya edildikdə daha itaətkar olurlar, aqressiyaları itir: “Ev heyvanları saxlayan insanlar bunu asanlıqla müşahidə edə bilər: “Üstəlik, erkək və dişi heyvanın mütəmadi cütləşməsi il ərzində sahibsiz küçə heyvanlarının çoxalmasına səbəb olur. Lakin, heyvanların toplaşaraq insanlara hücum etməsinin, onların…
Daha çox