İndiyədək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanla bağlı 53 layihə icra olunub. SİA xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deyib. Onun sözlərinə görə, cari ildə 51 layihə qalib elan olunub və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb: “Bu il BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir keçiriləcək”. A.Əliyeva xatırladıb ki, 2024-cü il ərzində qrant müsabiqələri çərçivəsində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu…
Daha çoxDay: March 12, 2025
Kanada Castin Trüdonu əvəzləyəcək yeni baş nazirini seçib
Kanada Castin Trüdonu əvəzləyəcək yeni baş nazirini seçib. SİA-nın məlumatına görə, Kanadanın Liberal Partiyası lider postuna dörd namizəd arasında səsvermə keçirib. Mark Karninin səsvermənin qalibi olub. Karni dərhal Liberal Partiya lideri vəzifəsini tutsa da, Trüdo hələ açıqlanmayan qısa keçid dövrü müddətində Kanadanın baş naziri olaraq davam edəcək. Çıxışı zamanı Karni ABŞ Prezidenti Donald Trampın Kanadaya tətbiq etdiyi tariflərə toxunaraq, mövcud hadisələri ölkə həyatının ən böyük böhranı adlandırıb. Karninin bu həftə and içəcəyi gözlənilir. Yeni seçilmiş Liberal Partiya liderinin artıq aprelin sonunda seçkiləri elan edəcəyi proqnozlaşdırılır.
Daha çoxPozitiv düşünmək üçün nələri bilməliyik
“Hər günün öncəkindən daha xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır. Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artıracaq, streslərimizi və depressiya hallarımızı ən aza endirəcəkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və bu səhvlər onların daha uğurlu olması üçün, əslində, bir köməkçidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun həmçinin qeyd edib ki, bəs pozitiv düşünmək üçün…
Daha çox“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə SİA “Azəriqaz”a istinadən xəbər verir. Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.
Daha çox“D8 təşkilatının önəmi böyükdür”
“İslam dünyasında inkişaf etmiş 8 ölkəni həmçinin Azərbaycanı özündə birləşdirən D8+ təşkilatı bizim ölkəmiz üçün böyük perspektivləri özündə saxlayan bir əməkdaşlıq formatıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata qəbul edilməsi Avrasiya regionunda yeni beynəlxalq hadisə kimi nəzərdən keçirilir və bu həqiqətən də belədir: “İslam dünyasının iqtisadi cəhətdən inkişaf etmiş 8 dövlətin sırasında olmaq Azərbaycan üçün bir şansdır. Eyni zamanda bu 8 ölkənin Azərbaycanı yekdil rəy ilə öz sıralarına qəbul etmələri Azərbaycanın imkanlarına və apardığı siyasətə etimadın və inamın ifadəsidir. Bu təşkilatda…
Daha çox“Microsoft” Cənubi Afrikada süni intellekt sahəsinə 298 milyon dollar sərmayə qoyur
Texnologiya nəhəngi “Microsoft” Cənubi Afrikada süni intellekt və data mərkəzi infrastrukturu sahəsinə 298 milyon dollar sərmayə qoyacaq. SİA “The Peninsula” nəşrinə istinadla xəbər verir ki, şirkət 2026-cı ilə qədər bir milyon cənubi afrikalıya süni intellekt və kibertəhlükəsizlik üzrə təlim imkanları təqdim edəcəyini elan edib. Şirkətin vitse-prezidenti Brad Smith Yohannesburq Yohannesburqda konfransda bildirib ki, bu, ölkədəki data mərkəzlərinə indiyə qədər qoyulmuş bir milyard dollarlıq sərmayəyə əlavə olunacaq. O əlavə edib ki, şirkət 50 min nəfərin bulud memarlığı, süni intellekt və kibertəhlükəsizlik sahələrində əlavə kurslar keçməsi və sertifikat imtahanlarında iştirak etməsi üçün…
Daha çoxƏdliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə qeydiyyat davam edir
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı davam edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi üçün namizədlərin qeydiyyatı prosesinə 20 fevral 2025-ci il tarixindən başlanılıb. Bildirilib ki, İctimai Şuranın üzvlüyünə namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində keçiriləcək…
Daha çoxBərdədə 11 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının yenidən qurulması istiqamətində işlərə start verilib. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən barət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun…
Daha çoxOrucluq insanlara nələri öyrədir?
“İnsanlar orucu vacib etməklə özlərini həqiqi fitrətinə qaytarır. Yəni insan yaranışında fitrətində necə idisə oruc tutmaqla özünə qayıdır. Ona görə də buna “Fitr” bayramı deyilir. Bayramı ərəb dilində “eyt-qayıdış”, “fitr” isə “fitrətə qayıdış” deməkdir. Eyni zamanda Ramazan ayında orucluqdan söhbət gedirsə birbaşa olaraq insanın ictimai münasibətlərinə də təsir göstərməlidir. Yəni oruc tutan adam, ibadət edən adam insanlara, cəmiyyətə qarşı məhəbbət dolu və mərhəmətli olmalıdır. Orucluq insanlardan bunları təlqin edir”. Bunu SİA-ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib. Onun sözlərinə görə, insan təkcə…
Daha çoxLukaşenko yeni hökumət başçısını təyin edib
Lukaşenko yeni hökumət başçısını təyin edib
Daha çox