“UİD beynəlxalq demokrarlar birliyi təşkilatıdır”

“UİD beynəlxalq demokratlar birliyi təşkilatıdır”. Bu sözləri SİA-ya açıqlamasında UİD-nin Azərbaycan şöbəsi başkanı Çingiz Aygör deyib. Onun sözlərinə görə, bu təşkilat 2004 -cü ildə Almaniyanın Köln şəhərində qurulmuşdur: Hal-hazırda dünya üzrə 32 ölkədə 56 şöbəmiz fəaliyyət göstərir. UİD-nin özəlliklər Türkiyədə yaşayan vətəndaşları və türk toplumu olan insanların qarşılaşmış olduğları sosial, siyasi və mədəni problemlərini həll edən bir qrumdur. Bizlərdə UİD Azərbaycan olaraq burada yaşayan vətəndaşlarımıza öz dəstəyimizi göstəririk. Bu gündə Ramazan ayı ilə bağlı 9 min nəfərə iftar süfrəsi veririk. Burada tələbələr, müəllimlər, iş insanları və başqa insanlar buraya toplaşıb.…

Daha çox

Rusiyanın bəzi hava limanlarında məhdudiyyətlər tətbiq edildi

Rusiyanın Kaluqa və Saratov hava limanlarında müvəqqəti olaraq təyyarələrin gəlişi və buraxılmasına məhdudiyyətlər tətbiq olunub. SİA xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda qeyd olunub.

Daha çox

Azercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi

Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi “Kitab Klubu” layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsindətəşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi.Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu. Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının…

Daha çox

Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edəcək

Martın 17-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyənlər Masallı DAİM-ə (050 2874244) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Daha çox

XİN başçıları regional məsələləri müzakirə ediblər

Martın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə…

Daha çox

Ərdoğan Tuska görün nə hədiyyə etdi

Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir. SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu iqamətgahında rəsmi mərasimlə qarşılayıb. Mərasimdən sonra Ərdoğan və Tusk arasında ikitərəfli görüş keçirilib. Tusk sosial media hesabında Ərdoğanın ona verdiyi hədiyyə ilə bağlı paylaşım edib. “Rəcəb Tayyib Ərdoğan, bu hədiyyəyə görə təşəkkür edirəm. 1745-ci ildə Polşadan Osmanlı baş vəzirinə yazılmış məktub. Ölkələrimiz arasında sülh və dostluq simvolu. Hələ də qüvvədədir”, – Tusk yazıb.

Daha çox

Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb. Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin…

Daha çox

Birbank-ın “PO Growth” proqramına start verildi

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq. “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və…

Daha çox

İki ölkə parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə paytaxtımızda keçiriləcək XII Bakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Diqqətə çatdırılıb ki, Mərkəz yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün…

Daha çox

Lüksemburq, Belçika və Niderland müdafiə sahəsində daha çox əməkdaşlıq etmək istəyir

Belçika və Niderland hökumət başçıları Lüksemburqa səfər ediblər. SİA xəbər verir ki, Benilüks ölkələri Ukrayna müharibəsi fonunda müdafiə siyasəti sahəsində əməkdaşlığı gücləndirmək istəyir. Bu, üç ölkənin hökumət başçıları Lüksemburqda Senningen qəsrində görüşüblər. “Biz daha çox birlikdə işləmək, birlikdə almaq və birlikdə istehsal etmək istəyirik”, – deyə Lüksemburqun Baş nazir Luc Frieden üç hökumət başçısının görüşündən sonra bildirib. Əlavə edib ki, pul xərcləmək kifayət deyil, həm də onu səmərəli şəkildə investisiya etmək lazımdır. Niderland və Belçika hökumət başçıları Dik Şof və Bart De Vever də bu fikri təkrarlayıblar. “Benilüks İttifaqı 1944-cü…

Daha çox