TDT-nin yenilənmiş bayrağı rəsmi mərasimlə qaldırılıb

Türk Dövlətləri Təşkilatının (TDT) yenilənmiş bayrağına keçidin rəsmi olaraq tamamlanması münasibətilə təşkilatın İstanbuldakı qərargahının önündə bayraq qaldırma mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov iştirak ediblər. Tədbirdə çıxış edən TDT-nin baş katibi yenilənmiş bayraqdakı səkkizguşəli ulduzun yüz illərdir mövcud olan türk dövlətçilik ənənəsi, birliyi və gücünü ifadə etdiyini bildirib. Türk-İslam ənənəsinə görə, səkkizguşəli ulduzun müdriklik rəmzi olduğunu vurğulayan Ömüralıyev deyib: “Bu bayraq qardaşlığımızın gücünü, əməkdaşlığımızın dərinliyini və…

Daha çox

Britaniyada iqlim fəalları İlon Maska etiraz olaraq “Tesla” robotunu hədəf alıblar

İqlim fəalları Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər. SİA “Reuters”ə istinadla xəbər verir ki, “Just Stop Oil” təşkilatının iki fəalı qərbi Londonda yerləşən mağazada nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər. Milyarder İ.Mask ABŞ Prezidenti Donald Trampa yaxın müttəfiq hesab olunur və onun “X” platforması (keçmiş “Twitter”) vasitəsilə Britaniya, Almaniya, İtaliya və Rumıniyada sağçı partiya və fiqurları dəstəklədiyi bildirilir. ABŞ-da isə o, hökumətin kiçildilməsi planına rəhbərlik edir. Son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm…

Daha çox

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Cari ilin yanvar-fevral ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 min 754 şəxs qəbul edilib, onlara 178 min 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətləri olub. SİA-nın məlumatına görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib: •…

Daha çox

Sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib. SİA xəbər verir ki, mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb. Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur. Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur. “Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət…

Daha çox

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın

Toyunuzu fərqli və unikal bir məkanda keçirmək istərdinizmi? Türkiyənin dünyaca məşhur Kapadokiyası – sehrli pəri bacaları, rəngarəng hava şarları və sirli mədəniyyəti ilə zəngin bir səyahət təcrübəsi təqdim etməklə yanaşı, nağılları xatırladan mühiti ilə möhtəşəm toy mərasimləri üçün də mükəmməl bir seçimdir. SİA xəbər verir ki, Kapadokiyanın füsunkar mənzərəsi və romantik atmosferi, mağara otelləri, hava şarı gəzintiləri toyunuzu bu unudulmaz məkana yaraşan bənzərsiz bir mərasimə çevirə bilər. Nağılları gerçəyə çevirin Təsəvvür edin ki, pəri bacaları ilə əhatə olunmuş vadilərin birində, tarixi mağara otelində gözəl bir gününüzü qeyd edirsiniz və ya…

Daha çox

Azərbaycan və İspaniya arasında həftəlik uçuş tezliyinin artırılması müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, görüş zamanı iki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Daha çox

Jelka Tsviyanoviç Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. SIA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox