…Danimarkanın bir hissəsi olan Qrenlandiyanın ABŞ-a ilhaqı baş verəcək.
SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti…əminliklə deyib, onun sözlərini Sky News yayıb.
…Düşünürəm ki, bu baş verəcək, – deyə siyasətçi bildirib. Onun sözlərinə görə, bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır.
O, həmçinin Danimarkanın muxtar bölgə hüquqlarını şübhə altına alıb, çünki ölkə Qrenlandiyadan “çox uzaqdadır”. Xatırladaq ki, Tramp Qrenlandiyanı əldə etmək arzusunu hələ ilk prezidentlik dövründə də (2017-2021) ifadə etmişdi.
…Və 2024-cü ildə prezident seçkilərində qalib gəldikdən sonra o, məqsədinə çatmaq üçün hərbi və ya iqtisadi təzyiqlərə əl atacağını istisna etməyərək bu fikrə qayıdıb.
Əli Babayev