Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir. Beləliklə, “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə (1), “1 saylı Bakı Dəmir Yolu Poliklinikası” və “2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ…
Daha çoxDay: March 14, 2025
Ermənistan hərbi məlumatlar mübadiləsi inspeksiyasından imtina edib
Ermənistanın son 3 ildə ATƏT çərçivəsində həyata keçirilən hərbi məlumatların mübadiləsi mexanizmlərində iştirakdan və inspeksiyalardan boyun qaçırıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, mina fəaliyyətinin müzakirə olunduğu beynəlxalq tədbirlərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərində 1,5 milyon minanın basdırılması, münaqişə bitdikdən sonra belə bu fəaliyyətin davam etdirilməsi faktları diqqətə çatdırılıb. “Həmçinin məsələnin humanitar problem olduğunu və miqyasını nəzərə alaraq beynəlxalq yardımın vacibliyi vurğulanıb. İştirakçı dövlətlər Ermənistanın davranışlarının regionda sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törətməsi barədə məlumatlandırılıb”.
Daha çoxUkrayna Rusiyadan 1 milyard dollara avadanlıq alır
Ukrayna Prezidenti Volodimir Zelenski Xmelnitski AES-in tikintisini başa çatdırmaq üçün Bolqarıstandan Rusiya reaktorlarının alınması haqqında fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün “Teleqram” kanalında bildirib. Deputat özü də Ukraynanın total de-rusizasiyası ilə əlaqədar bu təşəbbüsü dəstəkləməyib. O, sövdələşmənin 1 milyard dollar dəyərində olacağını da bildirib. Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko qeyd edib ki, Ukraynaya Xmelnitski Atom Elektrik Stansiyasının tikintisini başa çatdırmaq üçün təxminən 4 milyard dollar lazımdır. Bu ay Bolqarıstan tərəfinin avadanlığın satışı ilə bağlı qəbul etdiyi qərarın qüvvədə olma müddəti başa…
Daha çoxQarabağda qəbristanlıqlar üçün torpaq AYRILIB
Azad edilən ərazilər üzrə qəbiristanlıqlara ayrılan torpaq sahələrinin həcmi açıqlanıb. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2022-2026-cı illər ərzində müvafiq ərazilər üzrə şəhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Hesabata əsasən, bu istiqamətdə aidiyyəti qurumlar müvafiq işlərin icrasını davam etdirir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Füzuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılıb və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunub. Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın…
Daha çoxBu şəxslərin ərə getdikdən sonra müavinət alması təklif edilib
Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan…
Daha çox“Azərişıq” daha iki rayonun elektrik təsərrüfatını yeniləyir
“Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində İmişli və Beyləqan rayonlarının bir sıra ərazilərində köhnəlmiş elektrik təsərrüfatı yenisi ilə əvəz olunur. İmişlinin Oruclu kəndində işlər tam yekunlaşıb. Kənddə 7 Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 0.4 və 10 kV-luq yeni dayaqlar əkilib, müasir elektrik xətləri çəkilib. Həmçinin Xubyarlı kəndinin elektrik təsərrüfatı yenidən qurulur. Beyləqan rayonunun 4 kəndində – Aşağı Çəmənli, Aşıqalılar, Qaradağlı və Yuxarı Çəmənlidə yenidənqurma işləri hazırda davam edir. Qaradağlı kəndində yeni güc mərkəzləri – 5…
Daha çoxHazırda dəyişən dünyada ənənəvi dəyərlər pozulmaqdadır
Hazırda dəyişən dünyada ənənəvi dəyərlər pozulmaqdadır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzi hallarda hətta nizamnamələrə belə sığmayan vəziyyət müşahidə olunur. Nazir müavini həmçinin bildirib ki, müstəqil qərar qəbul etmək iqtidarında olmaq və milli maraqları əsas götürmək mütləqdir: “İqtisadi müstəqillik də qərar qəbul etməkdə mühüm rol oynayır. Çünki iqtisadiyyatın güclü olmadan qərar verməkdə müstəqil davranmaq çətindir”.
Daha çoxİsveç Ukraynaya 295 milyon dollarlıq hərbi yardım göndərir
İsveç 18-ci hərbi yardım paketi çərçivəsində Ukrayna üçün “Arçer” özüyeriyən artilleriya qurğuları və “Artur” əks-batareya radarları alacaq. SİA xəbər verir ki, bu barədə martın 13-də İsveç hökuməti məlumat yayıb. Bu yardım çərçivəsində İsveç 18 “Arçer” özüyeriyən artilleriya qurğusu və beş “Artur” radiolokasiya stansiyasını Ukraynaya təhvil verməyi, həmçinin Ukraynanın müdafiə sənayesinə, xüsusən də “Boqdana” kimi artilleriya sistemlərinin inkişafına sərmayə qoymağı planlaşdırır. Bu hərbi yardım paketinin ümumi dəyəri 3 milyard İsveç kronuna (295 milyon dollar) bərabərdir.
Daha çox“Azəriqaz” və DMA Xankəndi və Şuşada əmək yarmarkaları keçirib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi və Şuşa şəhərlərində birgə əmək yarmarkaları keçirib. Bu barədə SİA-ya “Azəriqaz”a istinadən xəbər verib. Tədbirlərdə “Azəriqaz”ın Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim edilib. Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib,…
Daha çox23 min hektara yaxın ərazi minalardan təmizlənib
23 min hektara yaxın ərazi minalardan təmizlənib
Daha çox