vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

Martın 18-də – ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçiriləcək. SİA xəbər verir ki, Forumda İraq, Suriya və Türkiyədən 30-dan vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Onların arasında İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və başqaları yer alır. Forumda “Ortaq dəyərlər:…

Daha çox

40 nəfər istehlakçıların aldadılması ilə bağlı müraciət edib

Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 319, bu ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciət edib. SİA xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib. O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində ötən il 13 sahibkarlıq subyekti barəsində 24 inzibati xəta protokolu tərtib edilib. Bu ilin ilk iki ayı ərzində isə 4 sahibkarlıq subyekti barəsində inzibati tədbir görülüb. “Baxılan müraciətlər əsasında…

Daha çox

Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Daha çox

“Türkiyə təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarımızdan biridir”

Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə gözlənilən səfəri zamanı Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski türk rəsmiləri və biznes nümayəndələri ilə görüşündə bildirib: “Ankarada Prezident Ərdoğanla əldə etdiyimiz razılaşmaların nəticəsi olaraq Türkiyə hökuməti və iş adamları ilə maraqlı görüş baş tutdu. Türkiyə biznesinin artıq Ukraynada təmsil olunması vacibdir. Dövlətimiz bunu, həmçinin yardım və dəstəyi, xüsusən də “Bayraktar”ların tədarükünü yüksək qiymətləndirir”. Prezidentin sözlərinə görə, bu gün keçirilən görüşdə ədalətli və davamlı sülhün bərqərar olması üçün…

Daha çox

Cəbrayılda əmək yarmarkası keçirilib

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti əmək yarmarkası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında təşkil edilib. Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarka SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə təşkil olunub. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə…

Daha çox

Saleh Məmmədov Naftalan, Goranboy və Xocalı sakinlərini qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, qəbulda Naftalan şəhəri ilə yanaşı Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Daha çox

XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuş XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb. SİA xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət,…

Daha çox

Zelenski Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüşüb

Cümə axşamı, martın 13-də Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüş keçirib. SİA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Telegram-da məlumat verib. Ukrayna prezidenti türk biznesinin Ukraynada təmsil olunmasının vacibliyini vurğulayıb. …Dövlətimiz bunu, həmçinin yardım və dəstəyi, xüsusən də Bayraktarların tədarükünü yüksək qiymətləndirir, – deyə Zelenski bildirib. O, görüş zamanı müzakirə olunanları da açıqlayıb. …Bu gün biz ədalətli və davamlı sülhün yaxınlaşması səylərini, ikitərəfli münasibətlərin inkişafını, müxtəlif tipli pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq imkanlarını və türk şirkətlərinin Ukraynanın bərpasında iştirakını müzakirə etdik, – deyə dövlət…

Daha çox

İntizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib

Mart ayının 13-də Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə ARVK-dən məlumat verilib. Sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə…

Daha çox

Azərbaycanda mübahisələrin həlli ilə əlaqədar yeni Yol Xəritəsi təsdiqlənib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”nun 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsi təsdiq edilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifovun təsdiq etdiyi Yol Xəritəsi biznes mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üzrə qanunvericilik və təşkilati tədbirləri əhatə edir. Onun icrası çərçivəsində bu il icra sənədi üzrə icraatın effektivliyinin artırlması məqsədilə borclunun üçüncü şəxslərə qarşı pul tələbinə tutmanın yönəldilməsi, “Borcluların reyestri”…

Daha çox