Bakıda və Abşeron yarımadasındav fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz…
Daha çoxDay: March 14, 2025
298 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub
2024-cü il ərzində vətəndaşsızlıq vəziyyətində olan 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabata əsasən ötən il olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri, vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olan elektron müraciətlərin sayı 147,8 min olub. 2024-cü il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184,8 min nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,9 min…
Daha çoxAvropa Parlamentində korrupsiyaya görə axtarışlar aparılıb
Belçikada Avropa Parlamentinin binasında korrupsiyaya görə axtarışlar aparılıb. 2021-ci ildən bəri həyata keçirilən aktiv korrupsiya şübhələri ilə əlaqədar ölkə daxilində iyirmiyə yaxın əməliyyat keçirilib. SİA xəbər verir ki, Belçika polisi martın 13-də Avropa Parlamentində “kommersiya lobbiçiliyi adı altında” korrupsiya ilə bağlı aparılan araşdırmanın bir hissəsi kimi iyirmiyə yaxın axtarış aparıb. Səlahiyyətlilər “cinayətkar təşkilat tərəfindən törədildiyi iddia edilən” əməllərə istinad edərək bildiriblər ki, bir neçə şəxs aktiv korrupsiya əməllərində iştirakı ilə bağlı dindirilmək üçün saxlanılıb. Mətbuata bəyanatda deyilir ki, axtarışlardan biri də Portuqaliyada aparılıb. Belçika Federal Prokurorluğu kommunikesində 2021-ci ildən bəri…
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Rəşid Behbudov…
Daha çoxAzərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 12% artıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-fevral aylarında 1,4 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 12% üstələyir. ADY-dən SİA-ya verilən məlumata görə, hesabat dövründə qatarla səfər edən xarici turistlərin sayı 38% artaraq 3763 olub.
Daha çoxBaş nazir Milli Məclisdə hesabat verir
Hökumət Milli Məclisdə hesabat verir. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək. Baş nazir Əli Əsədov hesabatı təqdim edir. Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir: “Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır”.
Daha çoxRusiyada yoxsulluğun səviyyəsi yeni tarixi maksimuma çatıb..?
…Rusiyada 2024-cü ildə gəliri yoxsulluq həddinə çatmayan vətəndaşların faizində 7,2 faizə qədər azalma qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Federal Dövlət Statistika Xidməti (Rosstat) bildirib. 2024-cü ilin dördüncü rübünün (oktyabr-dekabr) hesabatına görə, yoxsulluq səviyyəsi 15 552 rubl səviyyəsində müəyyən edilib ki, bu da 2023-cü ilin göstəricisindən (14 339 rubl) çoxdur. Yoxsulluğun səviyyəsinin azalması əmək haqlarının, sahibkarlıq fəaliyyətindən və daşınmaz əmlakdan əldə edilən gəlirlərin artması, həmçinin sosial təşəbbüslərin tətbiqi və sosial ödənişlərin artması ilə əlaqədardır. 2024-cü ilin dördüncü rübündə əhalinin ümumi pul gəlirləri 2023-cü illə müqayisədə 18,4 faiz artaraq 34,1…
Daha çoxBŞİH iməciliklə bağlı çağırış edib
Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) )Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb. “Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, – marəciətə vurğulanıb.
Daha çoxAZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir
Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) xidmət keyfiyyətini daha da artırmaq məqsədilə “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində müştərilərinə əlavə imkanlar yaradır. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, “GetTransfer” platforması vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir. “Airalo” platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində yaxınları ilə əlaqə saxlamağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti…
Daha çox10 mindən çox insan azad olunan ərazilərə köçürülüb
Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavəndə köçürülüb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 163 ailə (536 nəfər), Laçın rayonunun Zabux kəndinə 14 ailə (40 nəfər), Laçın rayonunun Sus kəndinə 59 ailə (215 nəfər), Cəbrayıl şəhərinə 287 ailə (1169 nəfər), Qarabağ iqtisadi rayonuna daxil…
Daha çox