Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin 87 %-i fiziki, 13-ü isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,8 %, hüquqi şəxslərin sayı isə 7,5 % artıb. İl ərzində kommersiya qurumlarının sayı isə 8,2 % artaraq 192 945 olub. Təkcə bu ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da…
Daha çoxDay: March 14, 2025
Mina problemi ilə bağlı göstərilən beynəlxalq yardımın miqdarı
Ötən il aparılmış ikitərəfli səylər nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bu sırada Almaniya 500 min avro, Belçika 250 min avro, Çin 500 min yuan, İtaliya 1,5 milyon avro, BƏƏ 5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini elan edib. Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana minaaxtaran itlər ianə olunub. Diqqətə çatdırılıb ki, çoxtərəfli dəstək istiqamətində Aİ tərəfindən Azərbaycan üzrə…
Daha çoxİslamı qəbul edən məşhur fransız futbolçunun çətin həyat yolu…
Ağrıları uğura çevirən və əsl gücün bədəndən deyil, ruhdan və əyilməz iradədən gəldiyini sübut edən bir insan… …Fransız futbolçu Bilal Riberinin şöhrətə gedən yolu asan olmayıb. SİA-nın məlumatına görə, onun uşaqlığı ağrı və iztirablarla dolu olub. Deməli, Riberi 1983-cü ildə Fransanın şimalındakı Bulon-sur-Merdə anadan olub və dediyimiz kimi, çətin uşaqlıq illəri keçirib. Atası onu tərk edib və oğlanın ailə istiliyi olmadan tək böyüdüyü bir monastıra buraxıb. Lakin onun iztirabları bununla da bitməyib. 12 yaşında o, ciddi bir avtomobil qəzasına düşüb və onun üzündə bu gün də görünən…
Daha çoxQubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində birinci kitab sərgisinin açılışı olub
Ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinə dair nadir əsərlər xüsusi hazırlanmış stentdə nümayiş olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlərini davam etdirir. Bu çərçivədə filialda birinci kitab sərgisinin açılışı keçirilib. Azərbaycanın hüquqi dövlət quruculuğu prosesini, müstəqillik yolunu, tarixini, mədəniyyətini, iqtisadi inkişafını, beynəlxalq əlaqələrin müxtəlif istiqamətlərini, hərbi qüdrətini, elm və təhsil işlərini işıqlandıran nadir nəşrlər bir neçə bölmədə sərgiyə çıxarılıb. Pedaqoji Universitetin Quba filialında “Gənclərə tövsiyələr” kitabının təqdimatında iştirak edən Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü,…
Daha çoxŞahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək. Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Daha çox2024-cü ildə inventarlaşdırılan abidələrin sayı
İşğaldan azad edilmiş ərazilərdə 2024-cü il ərzində Mədəniyyət Nazirliyi tərəfindən 10 abidə, 34 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə inventarlaşdırılıb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, ümumilikdə isə 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyektin invertarlaşdırılması həyata keçirilib.
Daha çoxMəhsulların qiymətlərini mədəniyyət müəyyən edir..?
Tədqiqatçılar 23 ölkədən 9200 qiymət etiketini təhlil ediblər… …Mədəniyyət təkcə istehlakçı davranışına deyil, həm də qiymətlərin necə təyin olunduğuna təsir göstərir. Alman alimləri müəyyən ediblər ki, qiymətlərin təyin edilməsi üsulu – məsələn, yuvarlaqlaşdırma (10.00), kiçik azalma (9.99) və ya dəqiq dəyər (9.87) – cəmiyyətin mədəni xüsusiyyətlərindən asılıdır. SİA-nın məlumatına görə, bu barədə “Frontiers in Behavioral Economics” (FBE) jurnalında yazılıb. …Tədqiqatçılar 23 ölkədən 9200 qiymət etiketini təhlil ediblər və qiymət sxemləri ilə üç mədəni xüsusiyyət arasında əlaqə tapıblar: fərdilik, qeyri-müəyyənlikdən qaçma və uzunmüddətli oriyentasiya. Avstraliya, Kanada…
Daha çoxDistant iş forması ilə bağlı layihə hazırlanır
Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət bildirilib. Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib. Belə ki, Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaş yarımadək…
Daha çoxAzərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi və 14 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq bu gün qəbul olunub. Lisenziyasının qüvvəsi müvəqqəti dayandırılmış sığorta vasitəçiləri aşağıdakılardır:
Daha çoxSosial və iqtisadi inkişafın paralel həyata keçirilməsi hökumətin əsas vəzifələrindəndir
Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir. SİA xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib: “Həmçinin hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat…
Daha çox