Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti martın 13-də Dəməşqə gedib. SIA xəbər verir ki, nümayəndə heyəti Suriya Ərəb Respublikasının müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək. Müzakirələrin gündəliyinə Suriyanın demokratik qüvvələrinin Suriya hakimiyyətinin nəzarətinə keçməsi ilə bağlı razılaşma, eləcə də keçmiş prezident Bəşər Əsəd rejiminin tərəfdarları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalarla bağlı vəziyyət daxildir.
Daha çoxDay: March 14, 2025
Məhv edilən istehlaka yararsız məhsulların sayı
2024-cü ildə aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 32,4 min ton və 80,4 min sayda məhsul məhv edilib, 51 ton məhsul isə utilizasiya olunub. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi üçün genişmiqyaslı qida zəncirinə nəzarət tədbirləri həyata keçirilib. Bildirilib ki, hesabat dövründə qida obyektlərində 5,2 min yoxlama aparılıb, 4,3 min məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar qəbul edilib. Aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka…
Daha çoxİqtisadiyyat nazirinin birinci müavininin vətəndaşlarla görüşü təxirə salınıb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin martın 14-də Gəncədə keçirilməsi nəzərdə tutulan vətəndaş görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Daha çox“BMT bu kimi problemləri dayandıra biləcək gücə malik əhəmiyyətli təşkilatdır”
Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, ikinci soyuq müharibədən sonra, bəlkə də bu gün əsl müharibənin içindəyik: “Mənim Ukrayna ilə bir çox əlaqələrim olub. Hətta Rusiyanın Ukraynaya hücumu zamanı belə mən orada olmuşdum. Digər tərəfdən isə qeyd etmək istəyirəm ki, Fələstində və Qəzzada olan hadisələr məni çox kədərləndirir. Bununla yanaşı Rusiya və Ukrayna arasında olan savaşı da…
Daha çoxZelenskidən Putinin həmin bəyanatına reaksiya
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır”. SİA UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib. “Biz hamımız Putinin çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq, indiyə olan vəziyyətə görə, imtina etməyə hazırlaşır. Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq. Bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şeyi uzadacaq yeganə tərəf, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır”, – deyə Zelenski bildirib. Xatırladaq ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin onun uzunmüddətli sülhə gətirməli və…
Daha çoxVitrindəki qiymət kassadakı qiymətdən niyə fərqlənir?
“İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə görə qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə – səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. Vəkilin sözlərinə görə, həmin Məcəllənin 447.0-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına; qanunvericilikdə nəzərdə tutulan…
Daha çoxAzərbaycanda fiskal dayanıqlılıq aktualdır
Azərbaycanda təbii resursların idarə olunması baxımından fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır. SİA xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, akademik müstəvidə fiskal dayanıqlığın altı, hətta son dövrlərdə yeddi forması müəyyən edilib. Borc dayanıqsızlığının qarşısını almaq üçün fiskal intizamın vacibliyini vurğulayan Z.Vəliyev, bunun üçün güclü…
Daha çox38 ölkə ilə 201 sənəd imzalanıb
2024-cü ildə Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda 38 ölkə ilə 201 sənəd imzalayıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Məlumata görə, 2024-cü ildə 25 ölkənin (Avstraliya, Yaponiya, Banqladeş, İsrail, Səudiyyə Ərəbistanı, Almaniya, Belçika, Estoniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Montenegro. Polşa, Rumıniya, Serbiya, Slovakiya, Xorvatiya, Yunanıstan, Braziliya, Venesuela, Özbəkistan, Tacikistan, Rusiya, Gürcüstan) Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib. Eyni zamanda, bir neçə ölkə ilə (Keniya, Angola ve Qvineya-Bisau) Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb.
Daha çoxSəudiyyə Ərəbistanı ciddi maliyyə problemləri ilə üzləşib
Səudiyyə Ərəbistanının səhranın ortasında nəhəng göydələn-şəhər yaratmaq planları layihənin xərclərinin kəskin artması səbəbindən sual altındadır. SİA “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, təxminən 2080-ci ildə tamamlanması planlaşdırılan “Güzgü xətti” (“The Line”) layihəsinin proqnozlaşdırılan kapital xərcləri 8,8 trilyon ABŞ dolları məbləğinə yüksəlib. Bu məbləğ krallığın illik büdcəsindən 25 dəfə çoxdur. Bundan da pisi odur ki, jurnalistlərin əlinə keçən audit hesabatı məmurların layihə üzrə şişirdilmiş xərclərin sübutlarını gizlətmək üçün rəqəmləri saxtalaşdırmağa çalışdıqlarını üzə çıxarıb. İlkin layihəyə əsasən, göydələn səhra boyu 160 kilometr uzunluğunda olmalı idi, lakin bu planın reallaşması…
Daha çoxQeydiyyata alınan əqli mülkiyyət əsərlərinin sayı
Qeydiyyata alınan əqli mülkiyyət əsərlərinin sayı
Daha çox