Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. SİA xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu yataqlar istismara veriləndən bu ilin martın 1-nədək isə 473,1 milyard kubmetr qaz hasil edilib. Bu müddət ərzində AÇG-dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan martın 1-nə olan məlumata görə 651,5 milyon ton neft və…
Daha çoxDay: March 14, 2025
Baş Prokurorluqda yeni təkliflər müzakirə edilib
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib, hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyev deyib ki, ilk növbədə hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dərindən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətinin müzakirəsinə çıxarmalıdırlar. İclasda peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi, vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası zamanı yaranan fikir ayrılıqları və ziddiyyətlər, habelə milli və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin…
Daha çoxTramp türkəsilli xanıma vəzifə verəcək
ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb. SİA bu barədə “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, irəli sürülən adlar arasında türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib. Qeyd edək ki, Seval Öz Massaçusets Texnologiya İnstitutunda elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”da yüksək vəzifələrdə çalışıb. Xatırladaq ki, Tramp daha əvvəl Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşdü.
Daha çox“Biz təhsillə ancaq dərs oxudum, qiymət aldım kimi baxmamalıyıq”
“Ümumiyyətlə təhsil sisteminin əsasını təkcə oxumaq, təhsil almaq deyil, həmçinin də bir şəxsiyyət kimi yetişdirmək təşkil edir. Əgər biz şəxsiyyət yetişdiririksə, əlbəttə ki, mütləq şəkildə burada mənəvi xüsusiyyətlər, həm təhsillə bağlı olan məsələlər, həm yeri gələndə dövlətçilik, milli mənəvi dəyərlərimiz qorunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, təhsillə ancaq dərs oxudum, qiymət aldım kimi baxmamalıyıq, kiminləsə rəqabət etmək kimi baxmamalıyıq: “Həmçinin də özümüzü yetişdirib, cəmiyyət üçün faydalı bir fərd kimi cəmiyyətə yararlı olmalıyıq. Bəzi insanlar təəssüflər olsun ki, elə bir mühitdə böyüyürlər ki, ancaq təhsil…
Daha çoxNaxçıvanda mənşə sertifikatlarının verilməsi 13 %-dən çox artıb
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 51 mənşə sertifikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur. SİA bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, 2 ay ərzində verilmiş mənşə sertifikatlarından dövlət büdcəsinə daxilolmalar 1 il əvvələ nisbətən 3,3 % artaraq 1 500 manat təşkil edib.
Daha çoxErmənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub
Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub. “Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının neytrallaşdırılması istiqamətinda müvafiq işlər görülüb. Aİ-nin Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib, Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin…
Daha çoxKir Starmer Britaniyanın səhiyyə sistemində mühüm islahatlar aparılacağını elan edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer səhiyyə sistemində mühüm islahatların aparılacağını elan edərək “NHS England” qurumunun ləğv ediləcəyini açıqlayıb. SİA “BBC”yə istinadla xəbər verir ki, bu addım bürokratiyanı azaltmaq, səhiyyə xidmətini daha səmərəli idarə etmək və birbaşa hökumət nəzarətinə qaytarmaq məqsədi daşıyır. K Starmer bildirib ki, dövlət hazırda həddindən artıq yüklənib və diqqətini itirib. Hökumət “NHS England”ın ağır bürokratik sistemə malik olduğunu və aydın hesabatlılıq mexanizmlərinin olmadığını iddia edir. Bu səbəbdən səhiyyə sisteminin daha şəffaf və effektiv idarə olunması üçün radikal struktur dəyişiklikləri həyata keçiriləcək. Yeni islahatların detalları və onların…
Daha çox“Belə insanların sözünə əsla fikir vermək lazım deyil”
““Qapı pusmaq” Novruz bayramına aid adətlərdən biridir”. Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. O bildirib ki, 100 illərdir ki, bu bizim adət-ənənəmiz olaraq davam etdirilir. Novruz bayramında bu “qapı pusmaq” bölgələrə görə dəyişilir: “Məsələn, elə bölgələr var ki, orada İlaxır çərşənbə günü yəni, Torpaq çərşənbəsində qızlar və ya oğlanlar “qapı pusur”lar. Əgər içəridən xoş bir söz gələrsə onun hasil olunacağına yozurlar. Əgər kimsə ağzından bir bəd söz çıxararsa bunu isə diləklərinin hasil olmaması kimi yozurlar. Bəzi bölgələrdə isə bu mərasim 20 Martda bayram axşamında keçirilir. Yəni, hansı…
Daha çox“AzərEnerji” “Masdar” şirkəti ilə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub. ASC-dən SİA-ya bildirilib ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib. İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqa layihənin icra strategiyası barədə müzakirələr aparılıb.
Daha çox“Aİ-nin əlində böyük imkanlar var, amma bundan istifadə etmir”
Bu gün “Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi” adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, Avropa İttifaqı çox böyük güclərə malik olan bir təşkilatdır, amma bundan istifadə etmir: “Buna nümunə olaraq 1995-ci ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini deyə bilərəm. Bütün bunların yaşanan bir zamanda Aİ-nin sadəcə edə biləcəyi həll yolu Minks Qrupu oldu. Amma üzərindən 30 il keçməsinə rəğmən ondan bir səs çıxmadı. Azərbaycan da…
Daha çox