Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksumumu yeniləyib. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3 000,8 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,84% artaraq 34,6 ABŞ dollarına bərabər olub.