Ançelotti sıx oyun qrafikindən şikayətlənib


İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti sıx oyun qrafikindən şikayətlənib. SİA xəbər verir ki, italiyalı çalışdırıcı komandasının üç gündən bir oyun keçirməsinin futbolçularda yorğunluq yaratdığını deyib: “Bu şəraitdə futbol oynamaq çətindir. Ümid edirəm ki, gələcəkdə hər şey fərqli olacaq”.

Xatırladaq ki, martın 12-də “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Atletiko” ilə qarşılaşıb. “Kral klubu” bu gün isə ölkə çempionatında “Vilyarreal”la üz-üzə gələcək.

Əlaqəli Xəbərlər