ABŞ dövlət katibi Marko Rubionu Kanadanın Kvebek şəhərinin hava limanında gölməçəyə aparan qırmızı xalça ilə qarşılayıblar. SİA xəbər verir ki, bu barədə RT məlumat yayıb. Bundan əvvəl Rubio G7 xarici işlər nazirlərinin sammitində iştirak etmək üçün Kanadaya gəlib. RT-nin əldə etdiyi görüntülərə görə, ABŞ dövlət katibi Kvebek hava limanında birbaşa gölməçəyə aparan qısa qırmızı xalça ilə qarşılanıb. Belə bir jestin səbəbi ABŞ-ın Kanadadan idxal olunan mallara 25 faizlik rüsum tətbiq etməsi fonunda Vaşinqton və Ottava arasında münasibətlərin pisləşməsi ola bilər. Bundan əlavə, Amerika prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki,…
Daha çoxDay: March 15, 2025
5 milyard manatdan çox vergi borcu ləğv edilib
2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır. Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə…
Daha çoxDeputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirərkən danışıb. O qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərin bəziləri ilə prinsipcə razı deyil: “Bəzi təkliflərin isə yeri var. Bu məsələlər nəzarətə götürüləcək, hökumət və onun müvafiq qurumları tərəfindən addımlar atılacaq”.
Daha çoxPutinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq
Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu dəhşətli, qanlı müharibənin (Rusiya-Ukrayna – red.) nəhayət sona çatması üçün şans çox yüksəkdir. Lakin o, eyni zamanda, minlərlə Ukrayna əsgərinin Rusiya ordusu ilə əhatəyə alındığını, çox pis və həssas vəziyyətdə olduqlarını bildirib. “Mən Prezident Putindən onların həyatlarının qorunmasını qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər”, – deyə Tramp bildirib.
Daha çoxVəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib. Bu barədə SİA-ya kollegiyadan məlumat verilib. Bildirilib ki, ARVK-nın binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb. Qəbul çərçivəsində vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib. Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya…
Daha çoxKameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb
2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb. Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması…
Daha çoxBakı Qlobal Formunda sülhə gedən yol mövzusu müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib. SİA xəbər verir ki, Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluğu ilə keçirilən “Sülhə gedən yol” adlı panel iclasında əvvəlcə Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko Ukrayna-Rusiya müharibəsindən danışıb. Onun sözlərinə görə, bu müharibənin davam etməsi, sadəcə, bölgə üçün deyil, bütün dünya üçün təhlükədir. “Hadisələrə yalnız…
Daha çoxYatsenyuk Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır
Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk ora dəvət ediləcəyi təqdirdə, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, bu barədə Strana.ua xəbər verir. Ölkənin keçmiş baş naziri hərbi xidmətə tabe olduğunu bildirib. Yatsenyuk əlavə edib ki, hərbi münaqişənin ilk günündən o, Ukrayna silahlı qüvvələrinə qoşulmağa hazırdır, kaş ki, ona hərbi xidmətə get desəydilər. Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko atəşkəs dövründə səfərbərliyin dayandırılması ideyasını rədd etmişdi. Onun sözlərinə görə, hazırda bu atəşkəsdən daha çox kimin faydalandığı bəlli deyil. Əli Babayev
Daha çoxƏmək sahəsi üzrə 57 milli standart hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzə sınaq prosedurlarına dair…
Daha çoxAMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) qrafikinə uyğun olaraq 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, keçirilən yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə nəzarət subyektlərinə müvafiq təlimatlar verilib, onların icrasına nəzarət həyata keçirilməkdədir. Bundan başqa, ötən il 7 hüquqi və 48 fiziki şəxs sığorta agentinə lisenziyalar verilib. Könüllü qaydada və ya aparılmış nəzarət tədbirləri nəticəsində 51 fiziki şəxs sığorta agentinə, 1 hüquqi şəxs sığorta brokeri və 3 hüquqi şəxs…
Daha çox