XİN başçıları strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər. XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarını postmünaqişə vəziyyəti və regiondakı…

Daha çox

“Azərbaycan bu gün müstəqil bir dövlət modeli ortaya qoya bilib”

“İlk dəfə 2013-cü ildə baş tutan Bakı Qlobal Forumu artıq bu gün 12-ci tədbirinə toplaşır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən hal-hazırda fəaliyyət göstərən və yaxud da ki, dövlət və ictimai xadimlərinin daxil olduğu Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilir: “Forumun məqsədi adından da göründüyü kimi qlobal məsələləri həll etməkdir. Əgər birinci forumda Dağlıq Qarabağ məsələsi mədəniyyətlərarası münasibətlər mövzusu gündəmdə idisə, builki forumda artıq yenilənən dünyanın fürsətlərindən istifadə edilməsi şüarı əsas götürülür. Bu onu göstərir ki, Bakı forumu dünyada gedən proseslərin…

Daha çox

Səyyar vergi yoxlamaları ilə 530 milyon manat əlavə vəsait hesablanıb

2024-cü ildə Azərbaycanda 393 səyyar vergi yoxlaması açılıb və 384 səyyar vergi yoxlaması başa çatdırılıb, bununla əlaqədar hesablanmış əlavə vəsait 530,7 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,7 %, 28,5 % və 2 % azdır. Hesabat dövründə başa çatmış səyyar vergi yoxlamaları ilə əhatə olunanların 97,7 %-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Hesablanmış əlavə vəsaitin 363,3 milyon manatı və yaxud 68,5 %-i əlavə hesablanmış vergi, 167,4 milyon manatı və…

Daha çox

Qarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur

Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib. “Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir”, – deyə o qeyd edib. A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.

Daha çox

NATO-nun baş katibi Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlama verib

Ukraynanın alyansa qoşulması məsələsi artıq gündəmdə deyil. SİA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte təsdiqləyib. O, bu barədə Bloomberg telekanalında bildirib. …Bəli, o, ABŞ prezidenti Donald Tramp həqiqətənmi Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarır?, – sualına cavab verib Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını istisna etmiş, eyni zamanda münaqişənin həlli üçün sülh razılaşmasına nail ola biləcəyinə əminliyini bildirmişdi. Öz növbəsində, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Vladimir Zelenski “Ukraynanın NATO-ya üzvlüyünü gündəmdən çıxarmayacağını” bildirib. Onun sözlərinə görə, əgər Kiyev alyansa…

Daha çox

Şərqi Zəngəzurda icarəyə verilmiş əkin sahələrinin ölçüsü

2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar əkin sahəsi (o cümlədən 720 hektar örüşün), Qubadlı rayonunda isə 2 000 hektar əkin sahəsi uzunmüddətli (40 il), 2024-2025-cü təsərrüfat ili üçün isə 60,8 min hektar əkin sahəsi üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, ölkə Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 27 aprel 2021-ci il tarixli fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə 4,7 min…

Daha çox

Dubinski Zelenskinin yüksək reytinqini göstərən sorğunu tənqid edir

Vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski ölkə prezidenti Vladimir Zelenskiyə yüksək reytinq göstərən sorğunu tənqid edib. SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb. …Zelenskinin reytinqini sifarişli nəşrdə 72 faizlə göstərən qlobalist çuxur dərhal yazır ki, onu qadınlar, gənclər və şərq bölgələrinin sakinləri dəstəkləyir. Heç olmasa xəritəni aça bilərdilər, axmaqlar, Bunu Dubinski yazıb. Ukraynalı parlamentari izah edib ki, şərq bölgələrində qızğın münaqişə səbəbindən Zelenskiyə “ölümcül nifrətlə nifrət edirlər”..? Əli Babayev

Daha çox

Ötən il imtiyazlı şəxslərə verilən mənzil və avtomobillərin sayı

2024-cü ildə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzil, 93 avtomobil təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabat dövründə mənzil təqdim olunan imtiyazlı şəxslərə Vətən müharibəsi şəhidinin ailə üzvü, Vətən Müharibəsi Qəhrəmanı və ya onların ailə üzvləri, Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər, I Qarabağ müharibəsi şəhidinin ailə üzvü, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, 20 Yanvar faciəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslər və 20 Yanvar şəhidinin ailə üzvü, Çernobıl AES-də qəza ilə bağlı əlilliyi…

Daha çox