ABŞ bu ölkənin səfirini ölkədən qovdu

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib. SİA xəbər verir ki, bu barədə M.Rubio “X” sosial şəbəkəsində yazıb. “Biz artıq Cənubi Afrikanın böyük ölkəmizdəki səfirindən məmnun deyilik. İbrahim Rəsul, Amerikaya və Prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi “persona non-qrata” elan olunur”, – paylaşımda qeyd edilib.

Daha çox

“Biz kifayət qədər bir-birimizi anlayan ölkələrik”

“Azərbaycan dövləti avroasiya məkanında son 20-30 il ərzində çox böyük fəallıq nümayiş etdirib. Bu fəallıq ilk növbədə beynəlxalq inteqrasiyanın inkişafı ilə bağlıdır. Biz bu haqda saatlarla danışa bilərik. Amma bir halda ki, real töhfələr verilməyibsə, sonra əməli addımlar atılmayıbsa, onda bu işlər elə layihə olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan isə həm danışır, həm vədlər verir, həm də əməli işlərini uğurla həyata keçirir. Biz Cənub Qaz Dəhlizinin nə qədər vacib, stratejik əhəmiyyətə vacib olduğunun şahidiyik: “Əvvələr kimlərsə bu layihə ilə bağlı bədgümanlıq…

Daha çox

Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”. SİA “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, – deyə o bildirib. 2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləmişdi. Qeyd edək ki, Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Siyahıya müxtəlif ölkələrdən dörd şirkət daxil edilib: Çinin CNNC, Cənubi Koreyanın KHNP,…

Daha çox

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib. Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başlayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris…

Daha çox

XİN başçıları strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər. XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarını postmünaqişə vəziyyəti və regiondakı…

Daha çox

“Azərbaycan bu gün müstəqil bir dövlət modeli ortaya qoya bilib”

“İlk dəfə 2013-cü ildə baş tutan Bakı Qlobal Forumu artıq bu gün 12-ci tədbirinə toplaşır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən hal-hazırda fəaliyyət göstərən və yaxud da ki, dövlət və ictimai xadimlərinin daxil olduğu Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilir: “Forumun məqsədi adından da göründüyü kimi qlobal məsələləri həll etməkdir. Əgər birinci forumda Dağlıq Qarabağ məsələsi mədəniyyətlərarası münasibətlər mövzusu gündəmdə idisə, builki forumda artıq yenilənən dünyanın fürsətlərindən istifadə edilməsi şüarı əsas götürülür. Bu onu göstərir ki, Bakı forumu dünyada gedən proseslərin…

Daha çox

Səyyar vergi yoxlamaları ilə 530 milyon manat əlavə vəsait hesablanıb

2024-cü ildə Azərbaycanda 393 səyyar vergi yoxlaması açılıb və 384 səyyar vergi yoxlaması başa çatdırılıb, bununla əlaqədar hesablanmış əlavə vəsait 530,7 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,7 %, 28,5 % və 2 % azdır. Hesabat dövründə başa çatmış səyyar vergi yoxlamaları ilə əhatə olunanların 97,7 %-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Hesablanmış əlavə vəsaitin 363,3 milyon manatı və yaxud 68,5 %-i əlavə hesablanmış vergi, 167,4 milyon manatı və…

Daha çox

Qarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur

Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib. “Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir”, – deyə o qeyd edib. A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.

Daha çox

NATO-nun baş katibi Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlama verib

Ukraynanın alyansa qoşulması məsələsi artıq gündəmdə deyil. SİA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte təsdiqləyib. O, bu barədə Bloomberg telekanalında bildirib. …Bəli, o, ABŞ prezidenti Donald Tramp həqiqətənmi Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarır?, – sualına cavab verib Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını istisna etmiş, eyni zamanda münaqişənin həlli üçün sülh razılaşmasına nail ola biləcəyinə əminliyini bildirmişdi. Öz növbəsində, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Vladimir Zelenski “Ukraynanın NATO-ya üzvlüyünü gündəmdən çıxarmayacağını” bildirib. Onun sözlərinə görə, əgər Kiyev alyansa…

Daha çox