Müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri…

Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində çıxış edib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs…

Daha çox

ekspert Putinin “istəklərini” izah edir…

Yaxın gələcəkdə hərbi əməliyyatların intensivliyi azala bilər… Rusiya lideri Vladimir Putin daha çox Ukrayna ərazisini ələ keçirmək üçün atəşkəs danışıqlarını uzadacaq. SİA-nın məlumatına görə, bunu “Defence Express”in direktoru Sergey Zqurets “Espresso”nun efirində deyib. Onun sözlərinə görə, Putin atəşkəslə bağlı bütün söhbətləri kənara çəkməyə çalışacaq və hesab edəcək ki, həddindən artıq işçi qüvvəsindən istifadə etməklə yanaşma Rusiyaya Ukraynanın müdafiəsini gücləndirməyə davam etmək imkanı verəcək. …Amma indi yaz olmasına və hər şeyin qurumağa başlamasına baxmayaraq, döyüşlərin intensivliyi azalır. Bunu deyən Zquretsin sözlərinə görə, düşmənin Pokrovsk ətrafında cəhdləri səngiyib.…

Daha çox

Jurnalist Azər Rəşidoğlunun müalicəsi ilə bağlı Prezidentə və birinci xanıma müraciət

Tanınmış jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. SİA-məlumat verir ki, Onkoloji problemləri olan Azər Rəşidoğlu ilə bağlı müraciəti media rəhbərləri, QHT təmsilçiləri və ölkənin tanınmış ictimaiyyət adamları imzalayıb. Həmin müraciəti təqdim edirik: “Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir. Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf…

Daha çox

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. SİA xəbər verir ki, bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”, – deyə o qeyd edib.

Daha çox

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub. SIA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox

Deyirəm, Ştirlesə baxa-baxa bunların da başı xarab olub ey..?

…Beləliklə, Belarusda, Minsk polisinin mətbuat xidməti yazır ki, kişiyə qarşı bilə-bilə təhlükə barədə yalan məlumat vermə maddəsi ilə cinayət işi açılıb. Nədir məsələ? Deməli, SİA-nın məlumatına görə, bir neçə gün bundan əvvəl işi-gücü olmayan 58 yaşlı Minsk sakini…bekarçılıqdan şəhərdəki 105 nömrəli dəmir yoluna zəng edərək, xətt əməkdaşından biletlərin qiymətini soruşub. Əməkdaş biletin qiymətini nə təhər deyibsə, bekar kişi qiymətin baha olduğundan “yaman qəzəblənib”..? Halbuki heç bir yerə gedəsi də deyilmiş, elə belə, xətt əməkdaşı ilə məzələnmək istəyib..? …Nə isə biletin bahalığını əsas gətirən kişi, xətt əməkdaşını təhdid etməyə başlayıb. O,…

Daha çox

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

Laçının Zabux kəndinin sakinləri bu il də Novruzu doğma yurdlarında qarşılayırlar. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində Novruz şənliyi keçirilib. Bayram şənliyində məktəb kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Təhsil sektorunun, “Laçın Abadlıq Xidməti” ASC-nin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Novruz şənliyində qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri nümayiş olunub, şagirdlər Keçəl və Kosa obrazını canlandırıblar. Şagirdlər yumurta döyüşdürüb, oyun oynayıb,…

Daha çox

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitet və iş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhs olunub. Prof.Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığı istiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülən işlərdən söz açıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsi, birgə layihələrin icrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərinin…

Daha çox

ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqlədi

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. Həmçinin, Vaşinqton Kiyevi hərbi yardımla təmin etməyə davam edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç bildirib. “Bizdə təsdiqlənmiş məlumatlar var. Yardım Ukraynaya gedir”, – Qrinkeviç deyib. O, əlavə edib ki, hər gün kəşfiyyat məlumatı paylaşılır.

Daha çox

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə…

Daha çox