“Uşaqlıqda ailədən gələn travmalar nəticəsində bəzi insanlarda bolderline şəxsiyyət pozuntusu olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
O bildirib ki, hər zaman müqayisə olunan insanların arasında bu daha çox baş verir: “Həddindən artıq dərəcədə itirmək qorxusu, həddindən artıq dərəcədə özünü kimsəsiz saymaq, artıq dərəcədə özünü hər kəsdən təcridetmə daha çox verdiyi bəzən sakit gedən məqamlardır. Amma həddindən artıq içərisində olan qəzəb dayanmadan əllərini başlarına tutub qışqırıq vəziyyətə gətirəcək qədər sinirlərin pozulmasıdır. Bu insanlar hətta intiharla üz-üzə qala bilirlər, yaxud “hər hansısa bir dərmanı içim və yoxa çıxım, onsuz da kimsə mənə əhəmiyyət vermir deyəcək” düşüncəsi ilə yaşayırlar. Ona görə də bəzən bu insanları müşahidə edən ətrafındakı yaxın insanları belə gətirərkən o insanlara inam hissini vermək çox çətin olur. Hətta balaca bir ipucu olur ki, onların psixi xüsusiyyətinə tam girərək empatik bir durumu yaradır. Ona görə bu tip insanlar özlərini hamıdan çox bədbəxt hesab edən insanlardır. Şəxsiyyəti o dərəcədə pozulmuş vəziyyətdə olur ki, ancaq özlərini kiçiltməklə, duyğusal bağları tamamilə hər kəsdən kəsilmiş vəziyyətdə uzunmüddətli müalicəyə ehtiyacı olan şəxsiyyət pozuntusudur”.
Müəllif: Samirə Nəsirova