Martın 18-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında 0.21% ucuzlaşaraq 83 049 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində isə artımmüşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.57% artaraq 1 908 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.88% azalıb, BNB isə 1.28% bahalaşıb.
Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.